"Bir millət, iki dövlət
anlayışı xarici siyasətimizdə
də özünə yer
etməlidir"
Orxan Aybər: "Bu gün Azərbaycan
bölgədə böyük gücə sahib bir ölkədir"
"Həftə içi"
oxucularına tanış olan İzmir Strateji
Araşdırmalar Mərkəzinin rəhbəri Orxan Aybərlə
bu dəfə İzmirdə onun özünün ofisində
görüşdük. Orhan bəylə budəfəki
görüşümüz 24 aprel qondarma erməni
soyqırımına etiraz olaraq Tələt Paşa Komitəsinin
təşkil etdiyi yürüş-mitinqdən sonraya təsadüf
etmişdi. Ona görə də zaman-zaman Türkiyə və
Azərbaycanı narahat edən saxta erməni iddiaları ilə
söhbətimizə başladıq.
-
Şərqi Anadoluda etnik olaraq yaşayan ermənilər ilkin
olaraq Rus Carlığının təhriki ilə azlıqda
yaşadıqlarına baxmayaraq, bu coğrafiyada yaşayan
türklər, kürdlər və azəri türkləri
üzərində qətliamlar həyata keçirməyə
başladılar. Beləliklə özlərinə bir yerləşim
coğrafiyası hazırlamaq və dağılan Osmanlı
dövlətindən geniş torpaqlar əldə etmək istədilər.
Amma burada ermənilərin Rusiya çarlığı tərəfindən
hərəkətə gətirilməsi İngiltərə və
Fransanı proseslərdən kənarda saxlamaq istəyi bu iki
ölkənin də Rusiyanın acığına ermənilərdən
istifadə etməyə sürüklədi.Yəni Fransa və
İngiltərədə erməni qruplarından yararlanmağa
başladılar. Elə həmin dövrdə Anadolunun bir
çox yerində olduğu kimi, xüsusən də Şərqi
Anadoluda ermənilər tərəfindən üsyanlar
başladı. Bu üsyanlar əsasən Qərbin nəzarətində
idi və üsyanlar nəticəsində ermənilər
çoxlu sayda Azərbaycan və Anadolu türkünü, eyni
zamanda da kürdləri qətlə yetirdilər. Bu qətliamlara
baxmayaraq, Osmanlı dövləti ermənilərin bu hərəkətlərini
sinəyə çəkmək məcburiyyətində
qaldı. Amma ən sonunda müharibəyə atılan
Osmanlı rus ordusu ilə üz-üzə gəldi və
böyük qanlar axıdıldı. Elə Osmanlı bu
müharibəyə atılmadan öncə də rus ordusu ilə
erməni silahalı terror qrupları arasında bağlantıları
kəsmək, ruslarla işbirliyində olan terrorçu erməniləri
susdurmaq üçün 24 aprel günü, yaxud da həmin ərəfədə
erməni terror təşkilatlarının bağlanması və
qadağan edilməsi qərarını verdi. Ona görə də
24 apreli türklərin ermənilər üzərində
soyqırımı həyata keçirdiyi gün deyil, əksinə
erməni terror qruplarının və təşkilatlarının
fəaliyyətinə son verildiyi gündür. Nə hikmətsə,
bu günün qondarma soyqırımı günü kimi tarixdə
yer alması yönündə bir təbliğat
aparıldı. Bizim də cəmiyyətimizin bu məsələni
ciddi bir şəkildə araşdırmaması səbəbindən
ermənilər qondarma soyqırımı həyata
keçirildi deyə uzun bir yol qət edib dünyanı bizə
qarşı qoymağa çalışdılar. Bu gün
dünyada Argentina ilə birlikdə 20 ölkə qondarma
soyqırımın olduğu ilə bağlı öz
parlamentlərində qərar qəbul edib. ABŞ-ın bir
sıra ştatında da bu istiqamətdə sənədlər
qəbul edilib. Bütün bu səsləndirdiklərimdən
yola çıxaraq hesab edirəm ki, Azərbaycan-Türkiyə
və digər türkdilli ölkələrdəki
qardaşlarımızın bu məsələ ilə
bağlı bir vahid mövqe ortaya qoyması vacibdir.
- Siz bir
araşdırmaçısınız və ermənilərin
türklərə qarşı həyata keçirdiyi qətliamları
araşdırırsınız. Orxan bəy bilmək olar ki, bu
tədqiqatlar nəticəsində müəyyənləşib
ki, nə qədər türk ermənilər tərəfindən
soyqırıma məruz qalıb?
-
Hazırda rəsmi sənədlərə istinad etsək
görərik ki, 1915-ci ilə kimi 8 yüz min insanı ermənilər
qətlə yetiriblər. Bu rəsmi sənədlərdə
açıq şəkildə göstərilib. Amma bu rəsmi
sənədlərdir, reallıqda isə bundan da çox insan
ermənilər tərəfindən müxtəlif işgəncələrlə
öldürülüb. Çünki şərqi Anadoluda ermənilər
tərəfindən yüzlərlə üsyanlar baş verdi
və bu üsyanlar nəticəsində yüzlərlə əliyalın
insan qətlə yetirildi. Bunun ən böyük sübutu ermənilərin
bu gün özlərinə paytaxt etdikləri İrəvan
şəhəridir. İrəvan bir Azərbaycan türk şəhəriykən
bu gün bir nəfər olsun belə Azərbaycan türkü
orada yaşamır. Eyni zamanda, İrəvan şəhərinin
ətrafında belə bir Azərbaycan türkü tapa bilməzsən.Yəni
bu gün Ermənistanın işğal edib sahib olduğu
torpaqlarda erməni nüfuzu təqribən 15-20 faiz həddində
idi. Bu torpaqlardakı insanları qətlə yetirə-yetirə,
soyqırıma məruz qoya-qoya orada müəyyən torpaqlar
əldə etdilər. Onu da deyim ki, ermənilər bu siyasətlərini
Türkiyə ərazisində də həyata keçirmək
istədilər. Xüsusən də şərqi Anadoluda
özlərinə bir "vətən" yaratmaq istədilər.
Amma bu dəfə planları baş tutmadı. Türklərin
qurtuluş müharibəsi onların önündə
böyük bir əngəl yaratdı. Bunu bacarmadıqda da
başladılar türk diplomatlarına qarşı terror həyata
keçirməyə. Onlarca türk diplomatına tələ
quruldu və qətlə yetirildi. Bunun da
qarşısının alındığını
gördükdə isə başladılar bütün
dünyanı qondarma erməni soyqırımı adı
altında özlərinə tərəf çəkməyə.
- Bütün bu erməni siyasətinə
qarşı Azərbaycan-Türkiyə necə bir xarici siyasət
nümayiş etdirməlidirlər?
-
Türkiyə Azərbaycan torpaqlarının işğaldan
azad edilməsi üçün Ermənistanla sərhədlərini
bağlayıb. Bu sərhədlərin bağlanması da Kəlbəcərin
işğal edilməsindən sonra baş verdi. Sərhədlərin
bağlanması isə Ermənistan iqtisadiyyatına ciddi şəkildə
bir zərər vermiş oldu. Fəqət Qərbdəki
qüvvələr bu sərhədlərin açılması
üçün Türkiyəyə ciddi şəkildə təzyiq
etdilər. Hələ də bu təzyiqlər davam edir. Əgər
Türkiyə bu sərhədləri açarsa, Ermənistanın
iqtisadi baxımdan əli rahatlaşacaq və xüsusən də
Dağlıq Qarabağdan çıxmaq məsələsində
daha da "ərköyünləşəcək",
müxtəlif bəhanələr gətirəcək. Amma
bütün araşdırmalar göstərir ki, Ermənistan
getdikcə zəifləyən və kiçilən bir gücə
çevrilir. Bu zəifləyən gücə qarşı
önümüzdə sürətlə inkişaf edən,
bölgədə xüsusi bir təsir imkanlarına malik bir Azərbaycan
görürük. Azərbaycan bu istiqamətdə ciddi
addımlar atır. Ən böyük addımlardan biri Azərbaycan
neftini və qazını dünya bazarına çıxarmaq
istiqamətində həyata keçirilən boru xətlərinin
çəkilişi, Cənubi Qafqazda tranzit enerji
resurslarına sahib olmasıdır. Bir
məsələni diqqətinizə
çatdırım ki, bu
gün ərəb ölkələrində
baş verən hadisələr və bu hadisələrin fonunda dünyada neft və qazın qiymətlərinin qalxması Azərbaycana
daha da əlverişli
imkanlar yaradır. Bu imkanlar sayəsində Azərbaycan iqtisadi baxımdan daha güclü bir mövqeyə sahib olmaq yolunda irəliləyir.
Təbii ki, Türkiyə
neft almaq üçün ciddi vəsaitlər
sərf edən bir ölkədir. Bəzi
ölkələr neftin qiyməti
yüksəldikdə bundan
üstünlük əldə
etdiyi halda, bəziləri
də Türkiyə kimi neft
və qaz almaq üçün milyonlarla dollar vəsait xərcləmək məcburiyyətində
qalır. Azərbaycan isə qazananlar
sırasındadır. Bu iqtisadi zənginliyi
əldə saxlamaqla
yanaşı, Azərbaycan bölgədə əldə etdiyi siyasi və
hərbi gücü də
bir araya gətirib özünün
torpaq bütünlüyünün
təminatı istiqamətində Ermənistanı
yerində oturtmaq imkanlarını
daha da artırmalıdır.Təbii ki, bu addımlar atılan zaman Türkiyə də Azərbaycanla birlikdə
hərəkət etməli və işğalçı Ermənistanın
cəzalandırılması yönündə daha
ağır qərarların
beynəlxalq aləmdə qəbul olunmasına nail
olmalıdır. Əminəm ki, bir millət iki dövlət
anlayışı, bizim ölkələrin
xarici siyasətində də
özünə güclü bir yer
qazandırmalıdır. Belə olacağı halda
qeyd etdiyimiz birgə
siyasəti və onun faydasını
hamımız görmüş
olacağıq.
Nahid Canbaxışlı
Həftə içi.- 2011.- 20 may.-
S. 4.