YETİMDİR
Yalı
aşan qoşa yoldur,
Zirvələr
qardan yetimdir.
Ətri-gül-çiçəyi
boldur,
Bəs,
çəmən hardan yetimdir?!
Arı
sevda pətək deyil,
Hər
naləsaz tütək deyil,
Könlüm
dərdlədir, tək deyil,
Dil
ahu-zardan yetimdir.
Ay
bəllidir parasından,
Günəş-işıq
çarasından,
Gözlərim
göz qarasından,
Ürəyim
qordan yetimdir.
Ünvansız
daş da - itən daş
Hardadır,
atsan, bitən daş?!
Vətənsiz
qalan vətəndaş –
Bax
elə burdan yetimdir.
Sənmisən
eşqi unudan?!
Həsrət-yaramı
qanadan
Kimsə
atadan, anadan
Nəğməkar
yardan yetimdir.
TƏRK ELƏMƏ
(Düşmən
tapdağında olan
torpaqlarımızın
işğaldan
azad
edəcəyimizə inamla)
Əl
yetməsə o dağlara,
Dərələrə
ərk eləmə
Göstərdiyin
görkəzmədi,
Allah,
bizə görk eləmə.
Od məndədi, qor arama,
Yarım olsan, yar arama.
Əllərini
çək yarama,
Sığalını
bərk eləmə.
Dərd-alaçıq,
çətin olan
Beş
qarğıdı çətən olan
Ümid,
tərki-vətən olan
Nəğməkarı
tərk eləmə.
QALX, TÜRKÜM!
Bir atəşin bir oduyuq,
Bir millətin bir adıyıq,
Bir
ananın övladıyıq,
Saf
südə şərikim mənim.
Qalx
ayağa, türküm mənim!
Boyumuz-Savalan,
Qoşqar,
Murov,
Ağrıdağ, Kəpəz var.
İnadı-sərt
qala divar;
Qranitim,
bərkim mənim;
Qalx
ayağa, türküm mənim!
Qarabağım
talan yerdə;
Yağı
torpaq bölən yerdə
Tək
hənirin gələn yerdə
Yoxdur
qorxum-hürküm mənim,
Qalx
ayağa, türküm mənim!
And
kimi içilər adın;
Sayılıb-seçilər
adın.
Dünyaca
ölçülər adın;
Turan
boyda görküm mənim,
Qalx
ayağa, türküm mənim!
Hər an düz yolda-haqdasan,
Haqqa dirək bayraqdasan,
Silah
kimi ayaqdasan;
Varlığımı
dərkim mənim –
Qalx
ayağa, türküm mənim!
Qalx,
qəm şimşəyi çaxmasın,
Şərdən
al qanlar axmasın.
Qalx
ki, qalxanlar qalxmasın.
Əslim,
soyum, köküm mənim –
Qalx
ayağa, türküm mənim!
Yusif Nəğməkar
Həftə içi.- 2011.- 21-23
may.- S. 7.