KİTAB SATAN, KİTABIMA PUL ALMA

  

   İmdadımdı, harayımdı bu kitab,

   Kitab satan, kitabıma pul alma.

   Mənim ömür sarayımdı bu kitab,

   Kitab satan, kitabıma pul alma.

  

   Gəl ömürü-günü satma, amandı,

   Saçımdakı dəni satma, amandı.

   Kitab mənəm, məni satma, amandı,

   Kitab satma, kitabıma pul alma.

  

   Hörmət-izzət gözləyənin çoxdu,

   Adam bilib, söz deyənim çoxdu!

   Orda-burda "izləyənim" çoxdu,

   Kitab satan, kitabıma pul alma.

  

   Demirəm ki, gözünü yum, payla-ver,

   Kitab azdı, sərrafı seç, oyla, ver.

   Hörmət üçün alan olsa sayla ver,

   Kitab satan, kitabıma pul alma.

  

   Şeir mənim, cavab elin-düzə ,

   Sağ ol sənin, savab elin-sözə ,

   Söz Allahın, kitab elin-bizə ,

   Kitab satan, kitabıma pul alma.

  

 

   MƏNİM

  

   Kimin xəbəri var çəkdiklərimdən,

   Çıxıb axırıma bu zillət mənimg

   Silib Günəş məni öz dəftərindən,

   Yapışıb yaxama bu zülmət mənim.

  

   Daşına dolanıb-dönəm Allahın,

   Dua kitabıdır sinəm Allahın.

   Ya əziz bəndəsi mənəm Allahın,

   Gətirir başıma müsibət mənim?!

  

   Zərdən tül tikəsən, qızıldan pərdə,

   fayda, heykələm pəncərələrdə.

   Quru cansağlığı olmayan yerdə,

   Nəyimə gərəkdir səltənət mənim?!

  

   Quş olub göylərdə süzə bilərdimg

   Balıq tək sularda üzə bilərdimg

   Çətin bu möhnətə dözə bilərdim,

   Yarım olmasaydı məhəbbət mənim.

  

   Ay Elman, bu umu-küsünə qurban,

   Yanan ürəyinin hisinə qurban.

   Yenə yaxşısına, pisinə qurban -

   Başımın tacıdır bu millət mənim!

  

  

   HARA TƏLƏSİRSƏN?

  

 Sən atlısan, mən piyada,

   Zaman, hara tələsirsən?

   Açılmayıb sabah hələ,

   Duman, hara tələsirsən?

  

   Hər gecə bir ac canavar,

   Bu qorxudan az cana var.

   İşıq yeri azcana var,

   Güman, hara tələsirsən?

  

   Həyat-dəniz, günlər-avar,

   gərəkdi günlərə var?

   Hələ qara günlərə var,

   Saman, hara tələsirsən?

  

   O yay elə, bu yay belə.

   Elman, olan bu, yay belə.

   Çəkilməyib bu yay belə,

   Kaman, hara tələsirsən?..

   Amang hara tələsirsən?

  

 

   NİYƏ QORXUM ALLAHIMDAN

  

   Allah-mənim!

   Mən-Allahın!

   Niyə qorxum Allahımdan?!

   Düz demirəm, sən Allahın,

   Niyə qorxum Allahımdan?!

  

   Gözüm taraz, qaşım taraz,

   Ürəyim düz, başım taraz.

   Tərəzimdə daşım taraz,

   Niyə qorxum Allahımdan?

  

   Dili dualı gedirəm,

   Gözləri dolu gedirəm -

   Hər gün bu yolu gedirəm,

   Niyə qorxum Allahımdan?!

  

   Demirəm ki, günahım yox,

   Günahımda tamahım yox.

   Ondan ayrı pənahım yox,

   Niyə qorxum Allahımdan?!

  

   Dərdim varsa, əl üzmürəm,

   Ya dözürəm, ya dözmürəm.

   Yumurtada yun gəzmirəm,

   Niyə qorxum Allahımdan?!

  

   Qoy nəfsi daş kəsən qorxsun,

   Dörd tərəfə əsən qorxsun.

   Pambıqla baş kəsən qorxsun,

   Niyə qorxum Allahımdan?!

  

   Qılıncdan qan daman var,

   Ədalətə göz yuman varg

   Qıpqırmızı and-aman var,

   Niyə qorxum Allahımdan?!

  

   Çoxdan aşıb bəndə bəndig

   Bir gördün göydən endi.

   Mənim qorxum bəndədəndi,

   Niyə qorxum Allahımdan?!

 

 

   Elman Tovuz

 

   Həftə içi.- 2011.- 21-23 may.- S. 7.