"ADR-in süqutunda
da ermənilər şərəfsiz rol oynadılar"
Fəzail Ağamalı: "İndi tarix başqa formada təkrar olunur"
Mayın
28-də Azərbaycan Demokratik
Respublikasının (ADR) yaranmasının
93-cü ili tamam olur. Azərbaycan tarixinin ən şərəfli dövrlərini
əhatə edən bu tarixlə bütün dünyada öyünməyə haqqımız
çatır. Şərqin
ilk demokratik dövləti
olan ADR bütün dünyaya digər millətlərə qarşı
ehtiram, Avropaya demokratiya, dözümlülük
dərsi keçdi.
Hakimiyyəti 23 ay sürən ADR bir
çox uğurlara da imza atdı.
Bu gün müstəqil
Azərbaycan Respublikasının
var olması üçün də
ADR-ə və bu respublikanın qurulması
kimi müqəddəs
vəzifəni həyata
keçirmiş babalarımıza
borcluyuq. Professor, millət
vəkili Fəzail Ağamalı ilə birlikdə bir daha şərəfli tariximizə nəzər saldıq.
- 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin
yaradılması Azərbaycan
xalqının ən böyük tarixi nailiyyətlərindən biridir.
Şərqdə ilk demokratik
respublika məhz Azərbaycan olmaqla, bəşəriyyətin dövlətçilik
tarixində, xüsusilə
müasir dəyərləri
özündə ehtiva
edən cəmiyyətlərin
sonrakı inkişafında
özünəməxsus yer
tutan çox ciddi tarixi hadisədir.
Biz həmin tarixlə
azərbaycanlı olaraq
qürur duyuruq və həmişə qürur duymaqla davam edəcəyik. Ən çətin tarixi situasiyaya baxmayaraq, yaranmış vəziyyətdən istifadə
edərək, o zaman Azərbaycanın istiqlalını
istəyən və bu istiqamətdə mübarizə aparmağı
həyat amalı seçən tarixi şəxsiyyətlər mübarizəyə
qoşuldular və demokratik respublika yaratdılar. Lakin bu respublikanı qoruyub saxlamaq, möhkəmləndirmək mümkün
olmadı. Çünki
hadisələrin sonrakı
gedişi, xüsusi olaraq Rusiyada bolşevizmin hakimiyyətə
gəlməsi, Rusiya imperiyasını bərpa
etmək istəyi Azərbaycanın müstəqil
dövlət kimi yaşamasına imkan vermədi və 1920-ci il aprelin 28-də cümhuriyyət müstəqilliyini
itirdi. Azərbaycanda bolşevizm hakimiyyətə
gəldi. Bununla da Azərbaycan sovet adı altında Rusiyanın müstəmləkəsinə çevrildi.
- ADR o zaman bütün Avropaya demokratiya nümunəsi göstərdi. ADR-in varisi
olan indiki Azərbaycan bu demokratik ənənənin
daşıyıcısı kimi bu gün
ciddi cəhdlər göstərir ?
- Tamamilə düz buyurursunuz. Azərbaycan
1918-ci ildə demokratik
respublika yaradarkən sözün həqiqi mənasında bütün
dünya dövlətlərinə
nümunə ola biləcək bir xətt götürdü.
Qadınlara səsvermə
hüququnun verilməsi
ilk olaraq Azərbaycanda
tətbiq edildi. O zaman Avropa ölkələri
və ABŞ-da qadınların seçmək
və seçilmək
hüququ yox idi. Eyni zamanda,
parlamentdə müxalifət,
Azərbaycanda fəaliyyət
göstərən ayrı-ayrı
siyasi qrupların, etnik azlıqların nümayəndələri də
təmsil olunurdular. Bu
çox ciddi nümunəydi və Azərbaycan bu nümunəni bəşəriyyətə
təqdim edə bildi. Məhz bu ənənələr üzərində bu gün öz dövlətini quran, inkişaf etdirən Azərbaycan yenə də bir çox
cəhətdən, demokratik
ənənələrin inkişafı
baxımından nümunəvi
ölkələrdən biridir.
Özünün dəyərləri,
atdığı addımlarla
bəşəriyyətin demokratik
inkişafı baxımından
keçdiyi yoluna öz töhfəsini verməkdədir. Təəssüf
ki, bu gün
dünyanın aparıcı
dövlətləri Azərbaycanın
həm o zaman, həm də indi bəşəriyyətə
verdiyi töhfələrini
lazımi şəkildə
qiymətləndirmir. Əksinə,
Azərbaycana qarşı
müxtəlif ittihamlar
irəli sürürlər.
Necə olur ki, Avropanın mərkəzində ictimai
təhlükə təşkil
edən, dövlətçilik
üçün ciddi
problemlər yaradan anarxist hərəkətlər
yatırılanda ayrı-ayrı
beynəlxalq təşkilatlar
ittiham irəli sürmür. Anarxizmə qarşı kəskin münasibət ifadə edəndə, ictimaiyyət
və dövlətçiliyin
təhlükəsizliyinin təmin
olunması üçün
addım atanda Azərbaycan ittiham olunur. Beynəlxalq təşkilatların hesabatlarında
mənfi imic formalaşdırılır. Düşünürəm
ki, bu cür
yanaşmalar ədalətsizdir.
Azərbaycan indi də bəşəriyyətə
bütün sahələrdə
olduğu kimi, eyni zamanda dövlətçilikdə,
demokratik dəyərlərin
inkişafında öz
töhfəsini verməkdədir.
- ADR-in o zaman demokratik baxımdan ifrata yol verdiyi,
hətta azərbaycanlıları
qanına qəltan etmiş ermənilərə
belə parlamentə düşmə imkanı yaratması son zamanlar tənqid hədəfinə
tuş gəlirdi. İndi də tolerant ölkə kimi Azərbaycan bütün dünyaya nümunə göstərilir. Necə müqayisə aparmaq olar, biz yenə də səhvə yol vermirikmi?
- Əgər keçmişin
səhvlərindən, tarixin
bizə verdiyi ibrət dərslərindən
nəticə çıxarmasaq
daha ciddi fəlakətlərlə üz-üzə
qala bilərik. Bəli, o zaman parlamentdə "Daşnaksutyun"
partiyası da təmsil olunurdu və Azərbaycan Demokratik Cümhuriyyətinin
süqutunda ermənilər
şərəfsiz rol
oynadılar. İndi tarix başqa formada təkrar olunur. Bu da Azərbaycan
torpaqlarının 20 faizinin
işğalı ilə
nəticələnib. O zaman
Göyçəni, İrəvanı,
sovet hakimiyyəti illərində Zəngəzuru
itirdik. İndi Qarabağ ermənilərin
işğalı altındadır.
Bunun da səbəbləri ayrı-ayrı
tarixi mərhələlərdə,
geosiyasi durum və Azərbaycan rəhbərliyinin
buraxdığı səhvlər
idi. Biz bu səhvləri təkrar etməli deyilik. 1992-ci ildə Dağlıq Qarabağ məsələsini
həll edə bilərdik. Öz səhvlərimiz nəticəsində
torpaqlarımız işğal
altına düşdü.
Biz bu səhvlərdən
nəticə çıxarmalıyıq
və erməniyə erməni kimi yanaşmalıyıq. Azərbaycanın
tolerantlığında erməni amilinə xüsusi
yanaşma tələb olunur.
Əli Zülfüqaroğlu
Həftə içi.- 2011.- 24 may.-
S. 4.