Seyid Əzim Şirvaninin qəbirüstü abidəsi yenidən qurulub

 

Görülən işlərin təşəbbüskarı millət vəkili Elxan Süleymanovdur

 

Mayın 21-də XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairi mütəfəkkiri Seyid Əzim Şirvaninin Şamaxının Şahxəndan qəbiristanlığında qəbirüstü abidəsinin əsaslı bərpasından sonra açılış mərasimi olub. Qəbirüstü abidənin yenidənqurulmasının təşəbbüsçüsü dəstəkçisi, Şamaxının millət vəkili Elxan Süleymanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, bu rayon Şərq dünyasına xeyli sayda dahi insanlar bəxş edib. O, belə XIX əsrin görkəmli şairi Seyid Əzim Şivanini belə insanlardan biri kimi xarakterizə edib: "Seyid Əzim hər zaman millətin inkişaf etməsini cahillikdən uzaqlaşmasını maarifpərvər bir insan kimi özünün qarşısında əsas məqsəd qoyub. O, qəzəllərində İslamı öz mənfur məqsədləri naminə istifadə edən mollaları tənqid edir əhalini onların fitnələrinə qulaq asmamağa çağırırdı. Seyid Əzim məhz belə fikirlərinə görə yalançı ruhanilərin, insanların savadsızlığından istifadə edən o dövrdəki məmurların qəzəbinə tuş gəlirdi. Hətta onun müəllimlik etməsinə imkan vermirdilər. Amma bu gün ona təzyiq edənlərin, onu "allahsız" adlandıranların adı heç bir yerdə çəkilmədiyi halda, Seyid Əzim Şirvani onun qoyub getdiyi zəngin irsi dillərdə yaşayır. Bu gün onun əsil iman sahibi olduğu təsdiqlənir".

Çıxışı zamanı E.Süleymanov bildirdi ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısından rayondakı qəzalı məktəblərdən birinə Seyid Əzim Şirvaninin adının verilməsini xahiş edib həmin təhsil müəssisəsinin təmirini öz üzərinə götürüb. Eyni zamanda, deputat mərasimdə şairin qəzəllərini səsləndirən iki məktəbliyə Seyid Əzim Şirvani mükafatının veriləcəyini bəyan edib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asim Məmmədov bildirib ki, belə bir abidənin yenidən qurulması sevindirici haldır. Onun sözlərinə görə, S.Ə.Şirvani Azərbaycan ədəbiyyatının tanınmış simalarındadır: "Hesab edirəm ki, gələcəkdə dövlətimizin bu sahədə apardığı işlərin nəticəsində Şamaxı əvvəlki şöhrətini yenidən bərpa edəcək. Bu, Azərbaycan hökumətinin qarşıya qoyduğu məqsədlərdəndir".

S.Ə.Şirvaninin qəbirüstü abidəsinin açılışını edən akademik Bəkir Nəbiyev bildirib ki, Füzulidən sonra Azərbaycan qəzəlinin yüksək zirvəsində dayanan şairlərdən biri təqribən 175 il bundan öncə Şamaxıda dünyaya göz açmış S.Ə.Şirvanidir: "Şairin əsərləri bu gün dönə-dönə nəşr edilib, geniş yayılır, ətrafında səmərəli tədqiqatlar aparılır. Çox ürəkaçan bir faktdır ki, prezident İlham Əliyevin xüsusi sərəncamı ilə 25 min nüsxədə nəfis şəkildə nəşr edilib ölkəmizin kitabxanalarına hədiyyə edilən klassik əsərlərimiz arasında S.Ə.Şirvaninin iki cildlik çox sanballı kitabları da var. Azərbaycan poeziyası ədəbiyyatşünaslıq elminin tarixində ən sanballı, mükəmməl təzkirələrindən birini Seyid Əzim Şirvaninin əsərlərinin timsalında tapıb. Bu təzkirə İran, Türküstan, Rum şairlərindən, onların yaradıcılığından bəhs etsə , əsərdə əsas yeri elə bizim Şirvan şairlərinin irsi tutur".

B.Nəbiyevin sözlərinə görə, Seyid Əzimin əsərlərinin dilindəki sadəlik, aydınlıq, konkretlilik, millilik bu gün gənc şairlərimiz üçün böyük bir ədəbi məktəbdir: "Ancaq bu günə kimi Seyid Əzimin Şamaxıdakı məzarı bərbad vəziyyətdə idi. Lakin xalqını sevən insanların xeyirxah işləri nəticəsində o yenidən tanınmayacaq dərəcədə yenidən qurulub. Bu işdə öz köməyini əsirgəməyən bütün insanlara Seyid Əzim yaradıcılığını sevən on minlərdən biri kimi öz təşəkkürümü bildirirəm".

Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Seyid Əzim Şirvan şairləri Azərbaycan dili ədəbiyyatı durduqca yaşayacaqlar: "Şairlər hər zaman doğulurlar, amma ölmürlər. Çox sevinirəm ki, Seyid Əzimin özünə yaraşan bir abidəsinin açılışıdır buradan hər dəfə keçəndə ona salam verib keçəcəyik. Görülən işlərə görə Şamaxı rayon ictimaiyyətinə təşəbbüs göstərən adamlara, eyni zamanda, həmkarım Elxan Süleymanova xüsusi təşəkkürümü bildirirəm".

  

 

Ceyhun

 

Həftə içi.- 2011.- 24 may.- S. 6.