"50 ildir sənətdəyəm, hələ də
əməkdar artistəm"
Xanəndə Qaraxan Behbudovun
75 yaşı tamam olur
Respublikamızın korifey sənətkarlarından biri
də muğam ustası, xanəndə, əməkdar artist Qaraxan Behbudovdur. Ömrünün
75-ci baharını arxada
qoyan sənətkar şükürlər olsun
ki, hələ də çox gümrahdır. Yorulmaq bilmədən çalışır.
Səsi necə var elə də
qalıb.
Məlumat üçün deyək
ki, Qaraxan müəllim 1935-ci ildə
Ağdam rayonunun Əfətli kəndində
doğulub. 1953-cü ildə
Mahrızlı kənd
orta məktəbini bitirib. 1954-56-cı illərdə
sovet ordusunda xidmət edib. 1961-ci ildə
Q.Behbudov
sənətə gəldiyi
illəri belə xatırlayır: "1963-cü ildə bəstəkar Süleyman Ələsgərovun
məsləhəti ilə
sənədlərimi Asəf
Zeynallı adına orta ixtisas musiqi
məktəbinin xanəndəlik
şöbəsinə verdim.
Adıçəkilən musiqi
məktəbində təhsil
alarkən xalq artisti Əlibaba Məmmədov və əməkdar müəllim
Nəriman Əliyevdən
muğamın sirlərini
öyrəndim. 1964-cü ildə
Müslüm Maqomayev adına Azərbaycan dövlət filarmoniyasında
keçirilən baxışda
uğurla çıxış
etdiyimə görə,
məni ora solist qəbul etdilər. Elə o ildən həm musiqi təhsilimi davam etdirirdim, həm də işlədim. 1968-ci ildə
Asəf Zeynallı adına musiqi məktəbini bitirdim.
1978-ci ilə kimi hər ay rayonlara gedərək kənd zəhmətkeşləri qarşısında
çıxışlar etmişəm".
Qaraxan Behbudov onu da
vurğuladı ki,
1978-94-cü illərə kimi
Azərbaycan Konsert Birliyində işləyib:
"Korifey sənətçilərimiz
Xan Şuşinski, Mütəllim Mütəllimov,
Əbülfət Əliyev,
Yaqub Məmmədov, Şövkət Ələkbərova,
Sara Qədimova, Fatma Mehralıyeva, Habil Əliyev, Hacı Məmmədov və başqaları ilə qastrollarda olmuşam, onlarla çiyin-çiyinə
işləmişəm. Solo konsert verirdim. Filarmoniyanın o vaxtkı
direktoru Şəmsi Bədəlbəyli şəxsən
özü həmin konsertdə iştirak edirdi. Konsert başa çatdıqdan sonra məni yanına çağırdı,
üzünü Çahangir
Aslanoğluna tutub dedi ki, bizə
belə oxuyan lazımdır. Sabahdan Qaraxan müəllim üçün konsert briqadası təşkil edirsən və briqada üzvlərinin siyahısını tutub mənə təqdim edirsən. Mən həmin konsert briqadası ilə rayonlara gedib, konsertlər verərdim. 30
il fasiləsiz olaraq kənd zəhmətkeşlərinə xidmət etmişəm. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
yaradılan "Nəsillərin
estafeti" təşviqat
qatarının tərkibində
isə həmişə
çıxışlar etmişəm.
1979-cu ildə Mədəniyyət
və İncəsənət
Universitetinin Mədəni
Maarif fakültəsini
bitirmişəm. 1983-87-ci illərdə
iki dəfə kənd zəhmətkeşləri
qarşısında göstərdiyim
xidmətlərimə görə,
SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Həmkarlar İttifaqının
"Fəxri döş
nişanı" ilə
təltif olundum. Sovetlər Birliyi dağılandan sonra "Azkonsert" birliyi də öz fəaliyyətini dayandırmalı
oldu. Bundan sonra pedaqoji fəaliyyətə başladım.
Belə ki, 1996-99-cu ilə kimi Q.Qarayev
adına 8 saylı musiqi məktəbində,
1999-2010-cu ilin oktyabrına
kimi S.Rüstəmov adına 13 saylı musiqi məktəbində yeniyetmələrə muğamın
sirlərini öyrətməyə
başladım. 2010-cu ildən
bu günə kimi Milli Konservatoriyanın
muğam kafedrasında
müəllim işləyirəm
və burada muğamlarımızı təbliğ
edirəm. 2005-ci ildə
əməyim ölkə
prezidenti tərəfindən
qiymətləndirilərək prezident təqaüdünə
və 2006-cı ildə
isə əməkdar
artist kimi fəxri ada layiq görüldüm.
Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Qarabağ
xanəndələri" albomuna
mənim də adım daxil edilib".
Qaraxan Behbudov onu da
söylədi ki,
1962-ci ildə keçirilən
II respublika festivalının
I dərəcəli laureatı
olub: "1984-cü ildə
Afrika ölkələrində
qastrollarda olmuşam. Anqolada və Konqoda verdiyim konsertlər uğurla nəticələnib. Səfərə
getməkdə məqsəd
isə milli musiqimizi və muğamlarımızı xarici
ölkələrdə təbliğ
etməkdir. O cümlədən,
MDB dövlətlərinə də səfərlərimiz
çox olub. Uzun müddətdir Azərbaycan mədəniyyətinə
yorulmadan xidmət göstərirəm. Bu yolda
can qoymuşam, gecə-gündüzüm
olmayıb. Əfsuslar
olsun ki, Mədəniyyət və
Turizm Nazirliyi əməyimə vaxtında
qiymət verməyib. Muğamdan xəbəri olmayanlara, ağzından süd iyi gələn
uşaqlara xalq artisti adı verilib. Amma 50 ildir bu sənətdəyəm,
hələ də əməkdar artistəm".
Müsahibim son dövrlərdə televiziyada çıxış
etmədiyini də söylədi: "Təkəmseyrək
verilişlərə dəvət
olunuram. Bu yaxınlarda
AzTv-də böyük
sənətkarlarımız Nəriman Əliyev və Bakir Həşimov
haqqında xatirə verilişinə mən də dəvət olundum. Başqa vaxtı məni telekanallara dəvət etmirlər. 75 yaşım
olur. Heç zəng edib soruşan yoxdur ki, hardasan, necəsən?
Bu barədə onu da deyə bilərəm
ki, xalq artisti Bəhram Mansurov uzun illərdir
sənətdə olub.
Övladları onun yubileyinin keçirilməsi
ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyinə müraciət etdilər. Əgər Mansurov kimi sənətkarın yubileyinin keçirilməsində
nazirlik maraqlı deyilsə, mənim yubileyimi heç keçirməyəcək. Çünki
2005-ci ildə 70 illiyimlə
bağlı nazirliyə
müraciət etdim. Cavab vermədilər. Məcbur olub, opera studiyasında yubileyimi özüm keçirdim.
Bu dəfə də
75 illik yubileyimlə bağlı nazirliyə müraciət edəcəyəm.
Keçirsələr də
sağ olsunlar, keçirməsələr də.
Biz axı sənətə
şan-şöhrət üçün
gəlməmişik, qoy
nazirlik şan-şöhrət
dalınca qaçanların
qayğısına qalsın.
Yalnız mən Prezident cənab İlham Əliyevə güvənirəm. Sağ
olsun, prezident seçiləndən sonra
əməyim qiymətləndirildi.
Xalq artisti adı almaq üçün sənədlərim
aidiyyəti qurumlara göndərilib".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2011.- 24 may.-
S. 7.