"Cümhuriyyətlə
Azərbaycan dövlətçiliyi bərpa olundu"
"Rusiya inqilabından sonra Azərbaycanda
milli muxtariyyətin yaradılması ideyaları baş
qaldırmışdı"
Bir
neçə gündən sonra Azərbaycan Demokratik
Cümhuriyyətinin yaradılmasının 93-cü ili tamam
olur. Artıq dünyanın hər yerində Azərbaycan səfirliklərinin
və ya ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən diasporlarımızın təşkilatçılığı
ilə Demokratik Cümhuriyyətin yaradılması bayram kimi
qeyd olunur. Ona görə də biz tanınmış
tarixçi alimlərlə görüşərək bu
möhtəşəm hadisənin təfərrüatları
barədə söhbətləşmək qərarına gəldik.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini Cəbi
Bəhramov cümhuriyyətlə bağlı fikirlərini
bizimlə bölüşdü
- Azərbaycan
dünyanın ən qədim tarixə malik ölkələrindədir.
Ona görə də 1918-ci ildə Azərbaycanda cümhuriyyət
elan olunması qətiyyən təsadüfi
sayılmamalıdır. O dövrdə Rusiyada gedən
ictimai-siyasi proseslər, 1905-11-ci illərdə Cənubi Azərbaycanda
Səttarxanın rəhbərliyi altında gedən
milli-azadlıq hərəkatı, nəhayət Şimali Azərbaycanda
milli şüurun yeni mərhələyə qədəm
basması, dövlətçilik ənənəsinin bərpasına
dair fikirlərin üstünlük təşkil etməsi və
sair kimi hallar mövcud idi. 1917-ci ildə Rusiyada baş
vermiş fevral-burjua inqilabından sonra keçmiş müstəmləkələrdə,
o cümlədən Azərbaycanda da milli muxtariyyətin
yaradılması ideyaları baş qaldırdı.
- Bunun üçün siyasi təşkilatlanmaya
ehtiyac vardı
-
20-ci əsrin əvvəllərində Azərbaycanda
ictimai-siyasi qurumlar mövcud idi. Hətta daha dəqiq desək,
1904-cü ildən başlayaraq belə təşkilatlar
yaradılırdı. Onların bir çoxu
düşünürdü ki, əgər Rusiya demokratik əsaslar
üzərində qurulan bir dövlət olsa, onun tərkibində
milli muxtariyyət almaq mümkündür. Belə fikirlər
daha çox o dövrün ən iri siyasi təşkilatlarından
olan Müsavatda və digərlərində də hakim idi. Təsadüfi
deyil ki, 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz
Müsəlmanlarının Qurultayında Azərbaycanın
siyasi elitasının bütün nümayəndələri
iştirak etmişdi və əksəriyyət də milli
muxtariyyət məsələsinə üstünlük
vermişdi. Amma 1917-ci ilin oktyabrında Rusiyada baş vermiş
hərbi çevriliş Azərbaycan ziyalılarını da
milli muxtariyyət istəyindən çəkinməyə
vadar etdi. 1917-ci ilin dekabrında Zaqafqaziya seymi yaradıldı,
apreldə isə bu qanunverici orqan həm də Zaqafqaziyanın
federasiyasının hökumətini təşkil etdi.
- Yeri gəlmişkən, Zaqafqaziya
seymində Azərbaycan və Gürcüstandan fərqli olaraq
Ermənistan barədə təzadlı fikirlər səslənir
-
Seymdə Azərbaycan və Gürcüstan, bir də ermənilər
təmsil olunurdu, Ermənistan yox. Ona görə ki, ermənilərin
torpağı olmadığından, dövlət statusları
yox idi. Amma sonradan qonşuların torpağı hesabına
indiki dövləti təşkil ediblər. 1918-ci ilin
fevralından mayın 26-na qədər olan dövrdə gedən
proseslər əvvəl Gürcüstanın, sonra isə təbii
ki, Azərbaycanın özünü müstəqil elan etməsi
ilə nəticələndi.
- O illərdə özünü
müstəqil elan edən Qafqaz respublikalarının suverinlik
hüququ dünya birliyi tərəfindən qorunurdumu?
-
Gürcüstan təminat almışdı, Almaniya onların
təhlükəsizliyini təmin edəcəyinə söz
vermişdi. O ki qaldı Azərbaycana, fikrimcə, ölkəmizlə
əlaqəli nələr baş veribsə, hamısı
Bakı nefti ilə bağlı olub. Bu fikir də təsadüfi
deyil. Çünki bolşeviklər oktyabrda Rusiyada hərbi
çevriliş edəndə, hansı ki, bölgəmizdə
Zaqafqaziya Komissarlığı fəaliyyət göstərirdi,
Lenin dekabrın 16-da quldurbaşı Şaumyanı Qafqazda
fövqəladə və səlahiyyətli komissar vəzifəsinə
təyin etdi. Lenin, eləcə də başqa bir sərəncamla
Şaumyana 500 min qızıl pul ayrılmasına göstəriş
verdi. 1918-ci ilin fevralında isə əlavə olaraq
Şaumyanın hesabına 31,8 milyon qızıl pul, 2 aeoroplan,
2 zirehli maşın və 5 min tüfəng verib. Eləcə
də Qafqaz cəbhəsindən qayıdan rus hərbçilər
və 5 min erməni əsgəri də onun sərəncamında
idi. Məhz bu silah-sursatlar sonradan erməni quldurların əli
ilə Bakıda və bölgələrdə günahsız,
əliyalın azərbaycanlıların kütləvi qətlə
yetirilməsində istifadə olunub.
- Bəs
Milli Şura necə yaradılıb?
-
Yuxarıda qeyd etdiyim proseslərin nəticəsi olaraq
mayın 26-da Milli Şura və hökumət təsis olunub. 2
gün sonra - mayın 28-də isə Azərbaycan Demokratik
Cümhuriyyətinin yaradıldığı elan edilib. Fikrimcə,
cümhuriyyətin yaradılması Azərbaycan dövlətçiliyinin
bərpası demək idi.
- Razılaşaq ki, o dövrdə
İslam Şərqində demokratik cümhuriyyət təsis
etmək üçün insanlar çox savadlı, dövlətçilik
anlayışını dərindən bilməliydilər
- Təbii
ki, Cümhuriyyəti elan edənlərin hamısı
dövrünün ziyalısı idi, hər biri xaricdə təhsil
almışdı. Onlar o dövrdə ən müasir, ən
inkişaf etmiş məfkuriyyəyə malik idilər. Amma məncə,
onlar erməni psixologiyasını yaxşı bilməyiblər.
Təəssüf ki, həmin vaxt istər Rusiyada, istərsə
də Avropada ermənilərin necə qəddar, hiyləgər
və vəhşi xislətə malik millət olduğunu
bilirdilər, amma bu barədə onlarla eyni bölgədə
yaşayan Azərbaycan siyasiləri məlumatsız idilər. Buna
baxmayaraq, demokratik cümhuriyyətin yaradılması sübut
etdi ki, Azərbaycan xalqı dövlət mexanizmi yaratmaq və
onu idarə etmək iqtidarındadır. Ermənilər isə
heç vaxt dövlətçilik ənənəsinə
malik olmayıb. Adi bir misal göstərək: 1907-ci ildə
çar Nikolay Eçmiadzinə prokuror təyin edir və ona
tapşırır ki, erməni Qriqoryan kilsəsi barədə
məlumat toplayaraq ona ötürsün. O vaxt tərtib olunan 6
səhifəlik məxfi arayışda belə bir cümlə
yer alıb: tarixin bütün gedişatında təkzibolunmaz
faktlarla sübut olunub ki, ermənilər bir xalq olaraq nə
dövlət, nə də dövlətçilik mexanizmi
yaratmaq iqtidarında deyillər. Yeri gəlmişkən, rus
prokuror heç bir yazılı sənəddə erməniləri
xalq adlandırmır, onlara sadəcə, tayfa deyir.
- Elə isə niyə Ermənistan
dövləti yaradıldı?
- Onu ermənilər
yox, ruslar təsis edib. 1920-ci ildə Azərbaycanı
işğal edən Rusiya Zəngəzur, Göyçə və sair kimi Qərbi
Azərbaycan torpaqlarında
Ermənistan adlı dövlət yaradaraq özünə birləşdirdi.
Ümumiyyətlə, ermənilər
istər o dövrdə,
istər 20-30-cu illərdə,
istər Böyük Vətən müharibəsi
ərəfəsində, 1948-53-cü illərdə, 60-cı illərdə,
eləcə də
1988-ci ildən sonra da Azərbaycana qarşı məkrli siyasətlərini həyata
keçiriblər. Bütün hallarda
isə ermənilər
cinayətkar havadarlarının
köməyi ilə Azərbaycan torpaqlarını
hissə-hissə ələ
keçiriblər. Bu gün isə Azərbaycan xalqı və onun rəhbərliyi
keçmişdə itirdiyimiz
torpaqların təəssüfünü
çəkir. Bir
neçə il öncə Azərbaycan Prezidenti İlham Əliyev cəbhə bölgəsində
səfərdə olarkən,
hərbçilərimizlə görüşdə İrəvan
şəhəri haqda
da danışaraq, bu tarixi məkanın
ermənilərə güzəştə
gedilməsini bağışlanmaz
səhv adlandırmışdı.
Dövlət başçısı təbii ki, tarixi faktlara əsaslanaraq belə fikirlər səsləndirmişdi.
Şəxsən mən də
bir tədqiqatçı
kimi deyirəm ki, məhz həmin
güzəştlər sonradan
Azərbaycan xalqına
çox baha başa gəlib.
- Müasir Azərbaycan
Respublikasını da məhz həmin cümhuriyyətin varisi
hesab edirik. Sizcə, hansı uyğunluq nəzərə
çarpır?
- Ən
əsası odur ki, Konstitusiya qanununda yazılıb: Azərbaycan
Respublikası Azərbaycan Demokratik Cümhuriyyətinin
varisidir. Cümhuriyyətin ənənələrini bərpa
etmişik, yaşatmışıq və bu məsələdə
ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir.
1991-ci ilin fevralında məhz Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvanda cümhuriyyətin atributu olan
üçrəngli bayraq qəbul olundu, Naxçıvanın
adından "Sovet Sosialist" sözü
çıxarıldı və təbii ki, sonradan bütün
bu dəyişikliklər bütövlükdə Azərbaycanda
qəbul edildi.
Vüsal Tağıbəyli
Həftə içi.- 2011.- 25 may.-
S. 4.