"Heydər
Əliyev və müstəqil Azərbaycanın
inkişafı"
Şuşa Humanitar Kollecində
bu mövzuda konfrans keçirildi
Şuşa Humanitar Kollecində Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunmuş
"Heydər Əliyev
və müstəqil Azərbaycanın inkişafı"
mövzusunda elmi-praktiki
konfrans keçirilib. Konfransı
kollecin direktoru Rəsul İsmayılov açaraq bildirib ki, tarixdə iz qoymaq hər
bir şəxsə nəsib olmur:
"Ən böyük şəxsiyyətlər özündən
çox, mənsub olduğu cəmiyyəti düşünən, onun
varlığının və
xoşbəxtliyinin qorunması
yolunda həyatını
verən insanlardır"
deyən dahi Atatürkün sadaladıqlarına
bütövlüyü ilə
əməl edən, Azərbaycan tarixində onun milli inkişafını
və özünüdərkini
təyin edən, dövlətçilik ənənələrini
formalaşdıran çox
görkəmli şəxsiyyətlər
içərisində ön
sıralarda duran və nəhəng tarixi simalardan biri, müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əlirza oğlu Əliyevin öz yeri var. Cəmiyyətdə
baş verən bütün hadisələri
qabaqcadan duyan, ən gərgin anlarda belə tələsməyən, hər
bir çətinlikdən
ağılagəlməz çıxış
yolu tapmağı ilə fərqlənən
Heydər Əliyev
nadir şəxslərdəndir. Həyatının 50 ildən
çoxu Azərbaycan
xalqının və dövlətinin taleyi ilə sıx bağlı olan, iqtisadiyyat, milli ideologiya və mənəviyyat, mədəniyyət,
elm, təhsil, səhiyyə
və digər sahələrdə çalışan
ümummilli liderimiz Heydər Əliyevin misilsiz fəaliyyəti xalqımızın yaddaşından
heç vaxt silinməyəcək. May ayının 10-u ümummilli
liderin anadan olduğu günüdür.
Cismən aramızda olmasa
da, ruhu daimi başımız üzərindədir. Çünki onun yarımçıq qalmış işləri
hörmətli prezidentimiz
cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilib".
Sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini
Vüsalə Fətəliyevaya
söz verildi. V.Fətəliyeva söylədi
ki, "Azərbaycanın
dövlət müstəqilliyinin
daha da möhkəmləndirilməsi
uğrunda Heydər Əliyevin yürütdüyü
ən uğurlu siyasətin biri də ölkəmizin beynəlxaq təşkilatlara,
o cümlədən Avropa
Şurasına üzv
olması idi: Xarici siyasət sahəsində yeridilən
tarazlaşdırıcı siyasət və buna paralel olaraq
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində Heydər
Əliyev tərəfindən
həyata keçirilən
uğurlu tədbirlər
Azərbaycanın dövlətçilik
ənənələrinə yeni çalarlar gətirərək, respublikamızın
lider dövlətə
çevrilməsində əvəzsiz
rol oynadı. Hələ sovet dövründə Azərbaycan
SSR Dövlət Təhlükəsizliyi
Komitəsinə, 1969-cu ildən
sonra respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil
dövlətçilik ənənələrinin
yeni müstəvidə
inkişaf etdirilməsində,
milli mənlik şüurunun oyanışında,
gələcəkdə müstəqilliyini
əldə edəcək
dövlətimiz üçün
yeni kadrların, o cümlədən zabit heyətinin hazırlanmasında
əvəzsiz xidmətlər
göstərib. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-nin konstitusiyasında Heydər Əliyev uzaqgörən bir addım atdı. Onun təşəbbüsü ilə
konstitusiyada Azərbaycan
dili dövlət dili elan edildi.
Bu, həmin dövrdə
dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım, onun dilinin, milli dövlətçilik ənənələrinin
inkişaf etdirilməsinə
Heydər Əliyev tərəfindən göstərilən
əvəzsiz xidmət
idi.
1991-ci ilin payızında
Azərbaycanın dövlət
müstəqilliyinin əldə
edilməsində Heydər
Əliyevin mühüm
rolu oldu. Lakin 1992-1993-cü illərdə Azərbaycanı
yenidən dövlət
müstəqilliyini itirmək
təhlükəsi aldı.
Belə bir vəziyyətdə
1993-cü ilin iyun ayında H.Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəldi. O,
dərhal Azərbaycanın
başı üzərini
alan təhlükənin
aradan qaldırılması
və dövlət müstəqilliyimizin bir də əldən verilməməsi üçün
gücünü səfərbər
etdi. 1993-cü il iyun ayının
15-də Heydər Əliyev
Azərbaycan Respublikası
Milli Məclisinin sədri seçildi.
Onun uzaqgörən
siyasəti nəticəsində
1994-cü ilin mayında
Ermənistanla atəşkəs
barədə razılıq
əldə edildi. 1994-cü ilin sentyabr ayının
20-də xarici ölkələrin
neft şirkətləri
ilə Xəzərin neft və qazla
zəngin strukturlarının
işlədilməsi barədə
"Əsrin müqaviləsi"
adlı tarixi sənəd imzalandı.
Bununla da Azərbaycanın iqtisadi cəhətdən inkişaf
etdirilməsinə və
onun təhlükəsizliyinin
təmini üçün
daha uğurlu tədbirlər keçirməyə
imkan verdi.
Xəzər neftinin dünya
bazarına nəqlinə
imkan verən Bakı-Tiflis-Ceyhan-Ərzurum qaz
kəmərlərinin işə
düşməsi Azərbaycanın
dövlət müstəqilliyinə
verilən daha bir töhfə oldu. Bir sözlə, hakimiyyətdə
olduğu dövrlərdə
ulu öndər həyatını Azərbaycanı
dünyada tanınan, seçilən dövlətlər
sırasında görmək
kimi müqəddəs
bir amala həsr etdi. Bu gün Heydər
Əliyev tərəfindən
möhkəm təməli
qoyulan müasir Azərbaycan dövlətinin
əbədiyyətə qədər
öz müstəqilliyini
bir daha əldən verməyəcəyi
şübhə doğurmur".
Şuşa Humanitar Kollecinin
tədris işləri
üzrə direktor müavini İslam Əhmədov, tərbiyə
işləri üzrə
direktor müavini Könül Hüseynova və pedaqogika müəllimi Sevinc Sərxanlı da ümummilli liderin fəaliyyəti dövründə
elmə, təhsilə
verdiyi qiymətdən,
o sahədə gördüyü
işlərdən söz
açdılar.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2011.- 6 may.-
S. 8.