Dövlətçilik tarixində AXC-nin Heydər Əliyev şəxsiyyətinin rolu

 

Aytən Mustafayeva: "Əsrin əvvəlində devrilməsinə baxmayaraq, əsrin sonunda Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi"

 

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 93 illiyi münasibətilə "Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Heydər Əliyev şəxsiyyətinin rolu" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Milli Məclis deputatlarının, Azərbaycanın müvafiq nazirlik komitə nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, alim KİV nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə institutun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva Heydər Əliyevin Azərbaycan xalqının tarixində oynadığı mühüm roldan, eyni zamanda müsəlman Şərqində ilk demokratik cümhuriyyət kimi tanınan AXC-nin fəaliyyətindən söz açıb. A.Mustafayeva o dövrün gərgin beynəlxalq münasibətlərinə müharibələrə baxmayaraq, Azərbaycan xalqının gələcəyi üçün əldə etdiyi əhəmiyyətli nailiyyətlərindən bəhs edib. O, ötən əsrin 18-20-ci illərində mövcud olan milli hökumətin 1920-ci ilin aprelində XI rus ordusu tərəfindən devrilməsinə baxmayaraq, Azərbaycanın 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini söyləyib.

A.Mustafayeva Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunmasında inkişafında olan xidmətləri , eləcə AXC-nin fəaliyyəti haqqında ümummilli liderin məruzələri, cümhuriyyətin əhəmiyyəti ilə bağlı söylədiyi fikirləri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Sonra ümummilli liderin müasir Azərbaycan dövlətinin quruculuğundakı roluna həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə təhsil nazirinin müavini, professor İradə Hüseynova "Heydər Əliyev Azərbaycan dövlətçiliyi" mövzusunda məruzə ilə çıxış edib. 1969-cu ildə Azərbaycana rəhbər təyin edilən H.Əliyevin kənd təsərrüfatı respublikası olan Azərbaycanı sənaye ölkəsinə çevirdiyini söyləyən İ.Hüseynova Azərbaycanda hərbi məktəbin açılması, yüzlərlə sənaye müəssisəsinin, SES-in tikintisinin onun adı ilə bağlı olduğunu bildirib.

Konfransda institutun milli təhlükəsizlik erməni araşdırmaları şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli "Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında" mövzusunda məruzə ilə çıxış edib: "Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrü səciyyələndirərkən, milli hökumətin liderlərinə münasibət bildirib, onları Azərbaycan xalqının görkəmli siyasi xadimləri kimi xarakterizə edib. O, Paris Sülh Konfransına yola düşən Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin Qərb dövlətləri tərəfindən de-fakto tanınmasındakı xidmətlərinə yüksək qiymət verib. Ulu öndər birmənalı olaraq 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu qeyd edib".

İnstitutun ekspert şurasının üzvü, professor Anar İsgəndərov "Müsəlman Şərqində ilk demokratik cümhuriyyət" adlı məruzəsində AXC-nin uğurlarından bəhs edib: "Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Mövcud olduğu iki ildən az müddət ərzində Cümhuriyət Azərbaycan dilini dövlət dili elan edib, Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul edib, Azərbaycanın dövlət rəmzlərini təsdiq edib, ilk ali məktəb olan Bakı Dövlət Universitetinin fəaliyyətinə nail olub, Azərbaycanın milli valyutasını dövriyyəyə buraxıb, ilk Azərbaycan parlamentini təsis edib, Azərbaycanın Avropa dövlətləri tərəfindən de-fakto tanınmasına nail olub, Azərbaycanda 20-yə qədər dövlətin səfirlik konsulluqlarının açılmasını təmin edib".

A.İsgəndərovun sözlərinə görə, AXC-nin daha bir uğuru ordu quruculuğu sahəsində olub, 40 minlik ordu yaradılıb.

 

 

Naibə

 

Həftə içi.- 2011.- 7-10 may.- S. 11.