Qazaxıstanda Asiyanın
IV "Davos Forumu"
keçirilib
Mayın 3-4-də Qazaxıstanın paytaxtı
Astana şəhərində növbəti - IV Beynəlxalq
Astana İqtisadi Forumu
keçirilib. Asiyanın "Davos Forumu"
adlanan bu görüş dövlət
səviyyəsində keçirilib,
tədbirə dünyanın
tanınmış siyasi
və ictimai xadimləri, biznes nümayəndələri, mütəxəssislər
və məşhur
Nobel mükafatçıları dəvət edilib.
İqtisadi forumun açılışında
iştirak edən Qazaxıstan Respublikasının
prezidenti cənab Nursultan Nazarbayev toplantı iştirakçılarını
salamlayaraq öz çıxışında qlobal
inkişafın aktual məsələləri haqda
müzakirələrin aparılmasının
vacibliyinə toxunub.
Forum gündəlikdə duran bir sıra məsələləri,
beynəlxalq Valyuta Sisteminin təkmilləşdirilməsi,
ərzaq təhlükəsizliyi,
iqtisadi innovasiya və alternativ energetika, turizmin inkişafı və
regional inteqrasiya məsələlərini
müzakirə edib. Plenar iclasın moderatoru BMT-nin baş katibinin
müavini Noelin Heyzer məruzə üçün ilk sözü
iqtisadiyyat sahəsində
Nobel mükafatı laureatı
Robert Mandellə (Kanada)
verib. O, öz çıxışını müasir dünya iqtisadiyyatında cərəyan
edən qlobalmiqyaslı
proseslərin beynəlxalq
əməkdaşlıq əsasında
tənzimləmə yollarının
təhlilinə həsr
edib. İclasın birinci yarısında həmçinin, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı
katibi Yan Kubiş, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
təşkilatının baş
direktoru Jak Diuf, Ümumdünya Turist Təşkilatının
baş katibi Taleb Rifai, Xorvatiyanın
keçmiş prezidenti
Stepan Mesiç, iqtisadiyyat üzrə Nobel
mükafatçısı Jon Neş və başqaları maraqlı çıxışlar ediblər.
Astana iqtisadi forumun
işində Azərbaycandan
Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov
və Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iqtisadiyyat üzrə fəlsəfə
elmləri doktoru Vurğun Süleymanov iştirak edib. Professorlar Ç.İsmayılov
və V.Süleymanov
regional inteqrasiya və
turizmin inkişafı
bölmələrinin işində
iştirak edərək
xarici alim və mütəxəssislərlə
fikir mübadiləsi aparıb və bu sahədə əlaqələrin inkişaf
etdirilməsi haqqında
razılıq əldə
ediblər.
Professor Ç.İsmayılovla söhbətdə Beynəlxalq
Turizm Təşkilatının
rəhbəri cənab
Taleb Rifai Azərbaycanda turizmin inkişafına dövlət
səviyyəsində yüksək
dəstəyin olmasını
bəyənərək, respublikamızla
əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.
Professor Ç.İsmayılov həmçinin,
İsveçin Turist İndustriya Federasiyasının
prezidenti Jan Lundinlə
görüşərək respublikamızda "Turizm
ili"nin keçirilməsi haqda həmsöhbətini məlumatlandırıb.
Cənab
J.Lundin turizm sahəsində ölkələrimiz
arasında bu istiqamətdə əməkdaşlığın
inkişafına dəstək
vermək arzusunda olduğunu bildirdi.
İqtisadiyyat üzrə fəlsəfə
elmləri doktoru V.Süleymanov forum çərçivəsində
keçirilən "Astana İnvest 2011" sərgisində
Qazaxıstanın iş
adamları ilə görüşərək Azərbaycandakı
investisiya mühiti barədə onları məlumatlandırıb.
Ceyhun
Həftə içi.- 2011.- 13 may.-
S. 5.