Fransa mətbuatı
Azərbaycanın turizm potensialı barədə
yazıb
Fransada nəşr olunan "Səyahətlər
aləmində" jurnalında Azərbaycanın turizm
imkanlarından bəhs edən "Qafqaz sıra dağları
ilə Xəzər dənizi arasında" adlı məqalə
dərc olunub. Azərbaycanın coğrafi quruluşundan bəhs
edən yazının əvvəlində ölkəmizin Qafqaz
sıra dağları ilə Xəzər dənizi arasında
kontrast bir ərazidə yerləşdiyi bildirilir. Məqalədə
Qafqazın cənubunda, Xəzər dənizi sahilində yerləşən
Azərbaycan ilə Fransa arasında vaxt baxımdan 3 saat fərq
olduğu, Bakıdan Parisə təyyarə ilə
uçuşun isə 5 saat çəkdiyi, Xəzər dənizinin
əslində heç bir dəniz və okeana
çıxışı olmayan dünyanın ən
böyük gölü olduğu barədə məlumat
verilir.
Məqalənin müəllifi,
turizm sahəsində ixtisaslaşmış jurnalist Patrik
Geofroia Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın
iki qitəni birləşdirən bir körpü rolu
oynadığını, 1991-ci ildə müstəqilliyini
yenidən bərpa etmiş ölkəmizin 2011-ci ili turizm ili
elan etdiyini diqqətə çəkir. Azərbaycanın zəngin
yeraltı və yerüstü sərvətlərinə
görə dünyanın ilk istehlakçı ölkələrindən
olduğunu qeyd edən jurnalist Azərbaycanın dünyəvi
ölkə olduğunu xüsusi vurğulamış, digər
müsəlman ölkələrindən fərqli olaraq əhalisi
əsasən şiələrdən ibarət olan
respublikamızda tək-tək hallarda qadınların
çadrada göründüyünü bildirir. Şərqdən
daha çox Qərb atmosferini özündə cəmləşdirmiş
Bakıda çoxlu sayda fransız butiklərinə rast gəlindiyi,
Xl əsrə aid edilən İçərişəhərlə
yanaşı, XlX və XX əsrlərə məxsus arxitektura
nümunələrinin göz oxşadığı, XXl əsrdə
paytaxtımızda gedən nəhəng quruculuq işləri,
Bakının küləklər şəhər kimi ad
çıxardığı, İçərişəhər
kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil
edildiyi məqalədə yer alıb. Müəllif azərbaycanlıların
vaxtilə oda sitayiş etdiklərini, bunun bariz nümunəsi
kimi Suraxanıdakı "Atəşgah"ın Zərdüştlük
dövründən xəbər verdiyini, Azərbaycanın mənşəcə
türk olan azərbaycanlıların Vətənı
olduğu, dinc, sülhsevər və qanaqpərvər olan bu
xalqın vaxtilə uzun illər ərəblərin,
farsların, rusların, yaxın vaxtlara qədər isə
sovetlər birliyi dövründə bolşeviklərin təsiri
altında yaşadıqlarını qeyd edir.
Məqalədə
ölkədə əsrlərin mədəniyyət müxtəlifliyinin
nümunəsi kimi Qobustan misal gətirilir, bu bölgədə
vulkanların izinə rast gəlindiyi bildirilir.
Bakıya və onun ətrafına
səyahət etdikdən sonra turistlərin Böyük Qafqaz
sıra dağlarına və dağlıq ərazidə yerləşən
gözəl mənzərəli Lahıc kəndinə getmək
istəyində olacaqları diqqətə çəkilir.
İpək kəlağayının vətəni hesab edilən
bu bölgədən sonra Şəki Azərbaycanın ən
gözəl və tarixi abidələrlə zəngin, turistik
baxımdan maraqlı bir regionu olduğu vurğulanır. Şəkidə
XVIII əsrə aid Xan sarayının da UNESCO-nun mədəni
irs siyahısına daxil edildiyi, Kiş kəndindəki Alban
kilsəsinin ən qədim dövrə - eramızın birinci
əsrinə aid abidə olduğu barədə fransız
oxucularına məlumat verilir.
Müəllif Azərbaycanın
"Evrovizion-2011"-dən sonra daha çox məşhurlaşdığını
və bütün dünyada tanındığını
bildirir, 2012-ci ildə bu mahnı müsabiqəsinin ölkəmizdə
keçirilməsinin əhəmiyyətindən, Azərbaycan
turizminin prioritetlərindən söhbət açır,
ölkədə "Hilton" və digər otellərin fəaliyyət
göstərdiyini, daha 25 otelin, o cümlədən
"Marriot", "Fairmont" otel layihələrinin həyata
keçirildiyini qeyd edir. Məqalə ilə bərabər
Bakının görməli yerlərinin, İçərişəhərin,
Kiş kəndindəki Alban kilsəsinin, milli ornamentlərlə
bəzədilmiş qədim toxuculuq nümunələrinin
fotoları verilib.
Azad Əliyev
Həftə
içi.- 2011.- 1 noyabr.- S. 2.