Kamil bir palançı
olsa da insan...
Azərbaycanda peşə təhsilinə maraq artır
Hər
sənətin öz gözəlliyi, öz yeri var, deyirlər.
Son illərin araşdırılmaları
göstərir ki, texniki peşə təhsilinə maraq ildən-ilə artır. Xüsusən rabitə, nəqliyyat, elektron texnika, neft-energetika, xalçaçılıq, bərbər,
reklam işi ixtisaslarına marağın
böyüdüyü maşahidə
olunur. Artıq peşə məktəblərində
müasir dövrün
tələblərinə uyğun
ixtisaslı kadrlar hazırlanır. Bazar iqtisadiyyatı şəraitində
peşə təhsilinə
diqqətin artırılması,
ali təhsillilərlə
yanaşı, ixtisaslı
fəhlə kadrlarının
işlə təminatı
da öz həllini tapıb.
13 yaşlı
Bakı Peşə Məktəbi yeganə təhsil ocağıdır
ki, burda xalçaçılığın sirrləri öyrədilir.
1982-ci ildən Maştağada
fəaliyyətə başlayan
bu məktəbdə zəngin təcrübəyə
malik bacarıqlı kadrlar çalıçır.
Məktəbin direktoru
Səidə Səlimzadə
burada peşə və ixtisaslar üzrə 6 fənn kabineti, 1 kompyuter otağı, hərbi hazırlıq kabneti, idman zalı fəaliyyət göstərir.
Bundan başqa, məktəbdə 3 tədris-itehsalat
emalatxanası və 2
mərtəbəli laboratoriya
da var.
Məktəbin
texnika üzrə ixtisas fənn müəllimi Sima Hüseynova 25 ildir ki, burda çalışır.
Sima müəllimə
bildirir ki, məktəb Maştağa
qəsəbəsində yerləşməsinə
baxmayaraq, ətraf kəndlərdən də
burada təhsil alan şagirdlər çoxdur. Onun sözlərinə görə,
peşə məktəbində
8 ixtisas müəllimi,
13 istehsalat təlim ustası çalışır.
Hazırda məktəbdə
xalçaçı, tikişçi,
tikiş avadanlığının
operatoru, aşbaz, qənnadçı, ərzaq
malları satıçısı,
nəzarətçi-kassir ixtisası
üzrə 259 şagird
dövlət hesabına,
mühasib-fərdi kompyuter
operatoru qadın bərbəri-manikurs, eləcə
də aşbaz qənnadı peşəsi
üzrə 60 gənc
oğlan və qızlar ödənişli
əsaslarla təhsil alır.
Sima Hüseynova onu da bildirir ki,
gənc qızlar xalçaçı peşəsinə
böyük həvəs
göstərirlər. O, xalçaçılarda
Aygül Bağırovanın,
Aynurə Novruzovanın,
Vüsalə Babayevanın
adlarını fəxrlə
çəkir və deyir ki, məktəbdə
gənc kadrlara çox üstünlük
verilir.
Peşə
məktəbləri arasında
Dəmir Yolu Liseyinin xüsi yeri var. Bakı Metropoliteni üçün
ixtisaslı fəhlə
kadrları hazırlayan
lisey 1923-cü ildə
1 saylı fabrik-zavod peşə məktəbi,
1941-ci ildə 1 saylı
dəmir yol peşə məktəbi,
1955-ci ildə 4 saylı
şəhər texniki
peşə məktəbi,
1969-cu ildə 2 saylı
şəhər orta texniki peşə məktəbi adlandırılıb.
1996-cı ildən Nazirlər
Kabinetinin qərarı
ilə Dövlət Dəmir Yolu Liseyi adlandırırlan bu təhsil ocağı indiyədək
Dövlət Dəmir
Yolu və Bakı Metropoliteni üçün 35000-dən çox
ixtisaslı fəhlə
kadrları hazırlayıb.
Azərbaycanın ictimai-siyasi
mədəni həyatında
mühüm rol oynayan ziyalılarımızın
bir çoxu bu məktəbin yetirmələridir.
Liseyin
Tədris istehsalat üzrə direktor müavini Sədaqət Nəbiyeva deyir ki, burada metropoliten
maşinisti köməkçisi,
elektrovoz maşinisti köməkçisi, dəmir
yol stansiya köməkçisi ixtisası
üzrə 400-dən çox
şagird təhsil alır. Təhsil müddəti 3 il, 1 il, 6 ay olmaqla hər qrupda 20 şagird var: "Şagirdlərimiz bu ixtisasa həvəslə yiyələnirlər. Hər
il gənc kadr kimi Bakı
Metropoliteninin müxtəlif
sahələrində işlə
təmin olunurlar".
Vətən
sevgisi, vətəndaşlıq
borcu elə ilk növbədə məktəbdən
başlayır. Bu günün
şagirdi - sabahın
əsgərləri, müəllimi-mühəndisi,
həkimi, alimi və çilingəridir.
Odur ki, daşıdığımz peşədən,
sənətdən asılı
olmayaraq hər birimiz əməllərimizlə
vətənə xidmət
edirik.
İradə
Cavadova
Həftə
içi.- 2011.- 5-10 noyabr.- S. 12.