"Qəliz və vacib" kinonun bəsit dublyajı
"Bu kino ki var, çox qəliz məsələdir.
Həm qəlizdir, həm də vacib". Bu dillər əzbəri olan ifadə məşhur
"Bəyin oğurlanması"
filmində Hidayət müəllim obrazını
canlandıran müqtədir
sənətkar Səməndər
Rzayevin sözləridir.
O, Bakıdan kino çəkməyə gələnlərə
kömək etmək istəməyən həmkəndlilərinə
kinonun əhəmiyyətini
bu məşhur sözlərlə çatdırırdı.
Kinonun əsas və birinci dərəcəli hissəsi
olan dublyaj da elə kinonun
özü qədər
qəliz və vacib məsələdir. Ən azından ona görə ki, milli film seyr etməklə kino və filmə
olan tələbatı
ödəmək olmaz.
Elə ona görə də dublyaj da ən
az kino və
filmlərə göstərilən
qayğıdan kənar
qalmamalıdır. Ancaq
indi kino kimi elə dublyaj
mütəxəssisləri də bu "qəliz və vacib" sənətin qəliz vəziyyətə
düşdüyü qənaətindədir.
Görəsən buna
səbəb nədir?
Niyə dilimizə dublyaj olunmuş filmlərin səviyyəsi
aşağıdır? Bizi
və kino həvəskarlarını maraqlandıran
bir neçə məqama aydınlıq gətirməyə çalışdıq...
Bir əsr yaşı
olan milli dublyaj
Əvvəlcə
bir az dublyajın
tarixinə nəzər
salaq. Əslində Azərbaycan kino aləmində dublyaj sənəti yeni deyil. İlk dəfə 1966-cı ildə
"Çapayev" filmi
ilə əsası qoyulan dublyaj müəyyən tarixə
malikdir. Həmin vaxtdan 1990-cı ilə qədər (ondan sonra kinostudiyanın nəzdində fəaliyyət
göstərən dublyaj
redaksiyası dağıldı)
il ərzində 60
film dublyaj olunaraq tamaşaçıya təqdim
olunub. Azərbaycan dövlət müstəqilliyini
əldə etdikdən
sonra Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələsi
aktuallaşdı və
filmlərin dublyaj edilməsinə böyük
ehtiyac yarandı. Heydər Əliyevin prezidentliyi dövründə
"Azərbaycan dili haqqında" mövcud fərmanından sonra bütün televiziya kanallarında dublyaj redaksiyaları fəaliyyətə
başladı. Bu redaksiyaların
əksəriyyətində müəllif hüququ qorunmaqla, alınmış
xarici filmlərin Azərbaycan dilində orijinal səslənməsi
üçün geniş
tərcüməçi və
aktyor potensialı formalaşdırıldı. Amma
bu dublyajda əvvəlki keyfiyyətə
nail olma imkanı vermədi. Faktdır ki, dublyajda vəziyyətin
heç də ürəkaçan olmaması
daha çox xarici ölkə teleseriallarının tərcüməsi
zamanı üzə çıxır.
Üçqat dublyajımız...
Bizdə
dublyajı telekanallar özləri etdiyindən elə filmin adını da hər telekanal özü bildiyi kimi tərcümə edir. Məsələn,
"Inglourious Basterds"
(Besslavnıe ublödki)
filminin adını dilimizə televiziya kanallarımız - Şərəfsiz
Əclaflar, Şərəfsiz
Alçaqlar, Şərəfsiz
Mələzlər, Şərəfsiz
İt Uşaqlar, Şərəfsiz Yaramazlar
və s. kimi tərcümə edir. Ancaq indiyə qədər də bu film dilimizdə özünə əməlli
BİR ad tapa bilməyib.
Bundan
başqa, ilk olaraq müqayisə edəcəyimiz
dillərdəki söz
sayına baxaq. İngilis dilində sözlərin sayı 1 milyona yaxındır. Rus dilində isə 450 min, türk dilində 104 min. Azərbaycan
dilində isə 45
min söz var.
Buradan
ingilis dilində olan bir filmin
bunlardan hansına daha yaxşı tərcümə oluna biləcəyi aydın şəkildə görə
bilərik. Düzdür,
Rusiyada 10 -dan artıq professional dublyaj studiyaları var və onlar da
öz növbəsində
səslənmə və
tərcümənin keyfiyyəti
baxımından önəmli
rol oynayır. Amma hər halda
bu studiyalar bizdə olsaydı belə yenə leksik nöqteyi- nəzərdən bizim dublyaj zəif olacaqdı. Biz də dublyajın pis alınmasının mənfi
məqamlarından biri
də filmləri ancaq rus dilindən
tərcümə edilməsidir.
Bu zaman filmin original dilindən savayı, rus tərcüməsi də daxil olmaqla
Azərbaycan dili də eşidilir.
Qaçan sətirlər -
subtitr...
Dublyajın
çətin və az istifadə edilən növü də var ki,
o da "subtitr"dır.
Subtitr film zamanı ekranda filmin orijinal dilinin tərcüməsini qeyd edir. Belə olan halda da
filmdə insanların
intonasiyası, səsi
daha aydın olur və insanın
keçirdiyi hisslər
film izləyənlərə daha çox ötürülür. Bu vəziyyətdə
film daha da təsirli olur. Lakin subtitr vasitəsilə
dublyaj olunan filmlərin də mənfi cəhətləri
var. Belə ki, bu vaxt sətirlərin
tez-tez hərəkət
etməsi bəzi sözlərin oxunuşunu
çətinləşdirir. Diqqətini subtitrlara cəmləyən insan filmdəki bəzi məqamları gözdən
qaçırır və
filmin tam mənası
ilə anlamağa imkan vermir. Bundan
başqa qeyd edək ki, subtitr
dublyajı zamanı filmin ilkin materialı
lazımdır. Subtitrlər
filmə yerləşdiriləndən
sonra isə onun Azərbaycanca surəti çap edilməlidir. Bu isə o deməkdir ki, artıq həmin film Azərbaycanda qalmalıdır.
Onu daha Azərbaycandan kənarda istifadə etmək mümkün olmur. Onu da qeyd
edək ki, dünyada ən çox gəlir gətirən filmlər -
"Xarabalıqdan çıxmış
milyonçu" və
"Apokalipsis" də
subtitrlar vasitəsilə
dublyaj edilib.
Peşəkarlıq naminə...
Bir az da mütəxəssislərin
fikirlərini eşidək.
Dublyajlarda tez-tez səsini eşitdiyimiz əməkdar artist Səidə
Quliyeva dilimizə tərcümə olunan filmlərin dublyajından narazı olmadığını
bildirdi: "Bu gün
tamaşaçıların eşitdiyi dublyaj çox az müddət
ərzində ərsəyə
gələn tərcümə
əsasında olan dublyajlardır. Bu iş profesionallıq tələb
edir və bunun üçün işə mütləq
can qoymaq lazımdır.
Mən ümumilikdə
indiki dublyajdan narazı deyiləm. Qısa vaxt ərzində və maliyyənin çox az olduğu bir vaxtda bu
səviyyədə dublyaj
normaldır. Vaxtilə
Cəfər Cabbarlı
kinostudiyasında filmlər
dublyaj olunurdu ki, baxın, əsl dublyaj odur. Çünki həm səsləndirmədə
iştirak edən aktyorlar çox olurdu, həm də film bir-iki günə deyil həftələrlə üzərində
işlədikdən, müzakirə
olunduqdan sonra efirə verilirdi".
Sevimli
aktrisamız son dövrün
ən peşəkar dublyajından da danışdı. Onun sözlərinə görə,
"Həzrəti Yusif"
filmi peşəkarcasına
dublyaj olunan filmlər arasında birincidir: "Bu film həqiqətən
də çox peşəkarcasına dublyaj
olunub. Filmin tərcüməsinə də
söz ola bilməz. Bu dublyaj respublikada həqiqətən
də böyük səs-küyə səbəb
oldu. Çünki səsləndirmədə peşəkar
aktyorlar çalışmışdı
və filmin üzərində uzun müddət işlənmişdi.
Böyük əmək
sərf olunan iş də təbii ki, mükəmməl və möhtəşəm olur".
Səidə Quliyeva dublyajın yüksək səviyyədə olmasının
aktyorlardan da asılı olduğunu deyir. Onun sözlərinə
görə, aktyorun peşəkarlığı özünü
səhnədə və
filmdə olduğu kimi təbii ki, dublyajda da
göstərir: "Nəcibə
Hüseynova, Rasim Balayev, Fuad Poladov
və bu kimi bir çox
aktyorlarımız var
ki, onların səsləri də rolları kimi bəyənilir".
Müsahibimiz
söyləyir ki, indi ölkəmizdə dublyaj məktəbinə çox ehtiyac var. Onun fikrincə, dublyaj məktəbi mütləq olmalıdır,
bu sahə də digər incəsənət sahələri
kimi öyrənilməli
və mütəxəssislər
yetişdirməlidir: "Hər
şeyin başında
pul gəlir. Əgər kifayət qədər maliyyə və texniki vəsait olsa bu sahədə də nəzərə çarpacaq dərəcədə
irəliləyiş görmək
mümkündü. Əgər
aktyor gördüyü
işin müqabilində
çox az əməkhaqqı alırsa,
o, öz işinə necə can qoya bilər. Hər kəsin əməyi layiqincə qiymətləndirilsə
inanın ki, peşəkarlıq da artar".
Nigar İxtiyarqızı
Həfət içi.- 2011.- 16 noyabr.- S.
8.