Neftin rəngləri
ilə işləyən rəssam
Qəzetimizin budəfəki sayında sizlərə
Sabir Çopuroğlu ilə görüşümüzdən
söz açacağıq. Onun əsərləri ölkəmizin
və dünyanın bir çox muzeylərində və sənətsevərlərin
şəxsi kolleksiyalarında saxlanılmaqdadır. Sabir (el
arasnıda ona Ramiz deyirlər) Çopuroğlunun əsərlərini
digər əsərlərdən fərqləndirən isə
onun işlənmə texnikasıdır. Çünki o, rəsm
əsərlərini rəngli boyalarla deyil, neftdən
hazırlanmış boya ilə çəkir. Əslən
Borçalıdan olan rəssam 1956-cı ildə
Gürcüstanın Başkeçid bölgəsində
anadan olub. Uşaqlığı Ənyeravan kəndində
keçib, 4-cü sinfi də elə orada bitirib Sabir bəy. Səfərli
kəndində tam orta məktəbi bitirəndən rəssamın
sonrakı həyatı isə çox maraqlıdır.
Sabir bəy rəssamlığa
orta məktəbdə oxuduğu illərdən başlayır.
O, öz həyat hekayəsini belə şərh edir:
"Müəllimlərimdən İsa Allahverdiyev və
Süleyman Süleymanov bu işdə mənə çox dəstək
olublar. Onlar məni bu sahəyə çox həvəsləndirdilər.
Mən 7 yaşımda olarkən rəssamlığa
başladım. Müəllimlərim dedilər ki, gəl məktəbdə
sənə sərgi təşkil edək. Elə ilk sərgim
də 8-ci sinifdə təşkil olundu. Orda dahilərin,
tanınmış şairlərin portretlərini çəkmişdim.
Sərgi çox yaxşı keçdi. O vaxt əsərləri rəngli boyalarla işləmişdim".
Rəsmlərin tarixi...
Sabir Çopuroğlunun
ilk rəsm əsərinin maraqlı bir tarixi var.
Kənddə nənə və babasının himayəsində
yaşayan müsahibimiz
bildirir ki, o dövrdə bütün
kənd əhalisi evləri odun sobasi ilə qızdırırdı: "Bir dəfə yaza yaxın nənəm dəmir boruları
çıxarıb təmizləməyi tapşırdı.
Yaxşı yadımdadır, evimizin çöl divarlar
ağardılmışdı. Mən sobanı boşaldanda
əllərim qara hisə batdı.
Başladım əllərimi divara
sürtməyə. Sonra həmin izlərə
baxıb, beynimə belə bir ideya gəldi ki, mən qara hislə şəkil çəkim. Çəkdikcə
nəyinsə alındığını gördüm.
O vaxtlar Naftalan nefti gətirib, müalicə üçün
istifadə edirdilər. O da qara qətran kimi bir maye idi.
Götürüb, çuqun
qaba tökər, əllərimi
batırıb şəkil çəkməyə
başlayırdım. Əvvəl meyvə, sonra
ağacların şəkilini... Beləliklə, rəssamlığa
başladım. Yəqin bu da
bir Tanrı yazısı idi".
Sabir müəllim deyir
ki, onda rəssamlığa
maraq bir çox səbəblərdən yaranıb. Hələ uşaqlıqdan yaşadığı kəndin
çöllüklərində kənarları sal qayalıqların olduğunu
deyən müsahibimiz nənələrin toxuduğu xalçalarla o qayaların üzərindəki
naxışlar arasında hansısa oxşarlığın olduğunu düşünürmüş:
"Mən bunların şahidi olduqca həvəsim birəbeş
artırdı. Həmçinin, heykəltəraşlıqla da məşğul olurdum.
Məktəbi qurtarana yaxın hər kəs
öz yolunu seçdi. Mən də rəssam
olacağıma qərarlı idim. Çünki ən böyük
arzum rəssam olmaq idi. Mən bu sənəti
varlığım qədər sevirdim, bu gün də sevirəm".
Neft gölməçələrindən
hazırlanan boyalar...
1989-cu ildə Bakıya gələn Sabir
Çopuroğlunun həyatında yeni səhifə açılır. Rəssam
söhbət əsnasında söyləyir ki,
o illərdə həmyerlilərindən olan Sədrəddin Ömərov Azərbaycan
Dövlət Poltexnik İnstitutun
memarlıq şöbəsində işləyən Mürsəl
Nəcəfovun yanına aparır: "O mənim işlərimə
baxdı və xoşuna gəldi. O vaxtlar rəssamlıq məktəbi fəaliyyət
göstərirdi. Orada 3 il
təhsil aldım və ağac üzərində
bədii oyma sənətinə mükəmməl
yiyələndim. Mən digər uşaqlardan
isteadıma görə hər zaman seçilirdim. Sonra Tiflisə
getdim. Orada Akademiyaya daxil olmaq üçün
hazırlığa getdim."
1977-ci ilin may
ayında hərbi xidmətə çağırılan rəssamın
təhsili də yarımçıq qalır. Sabir
Çopuroğlu deyir
ki, uzun tarix keçən rəssamlıq yolu onu sonralar
neftdən boya kimi
istifadə edib şəkillər çəkməyə
gətirib çıxarır: "O vaxtlar
yuxularımda neft buruqlarını görürdüm. Gölməçələrdən
neft götürüb,
şəkillər çəkirdim. 1990-cı illərdə neft buruqlarının yanına keçərkən
gölməçələrdə yığılıb qalan neftdən bir az götürüb,
özümlə emalatxanama gətirdim. Bu, neft texnikası ilə tablo çəkmək istiqamətində
başlanğıc oldu. Sonralara
tədricən onun tərkibinə müxtəlif
qatqılar əlavə etdim. Həmin
gündən etibarən də əsərlərimi neftlə
çəkirəm".
Rənglərin kəşfi
Rəssam əsərlərinini çəkmək üçün əllərindən və
dırnaqlarından istifadə edir. Dediyinə
görə, neftlə qarışdırılmış boya məhlulunu da özü hazırlayır. Hətta bu boya maddəsi Standartlaşdırma,
Meteorologiya və Patent
üzrə Dövlət Komitəsi tərəfindən patentə
də layiq görülüb.
Müsahibimiz söyləyir ki, əsərləri rəngarəng olsa da, daha
çox tarixi və neft buruqları olan mövzulara üstünlük
verir. Dediyinə görə,
əsərlərinin çoxu şəhərin
tarixi keçmişi,
bu günü ilə
bağlıdır. 800-dən artıq əsərin müəllifi
olan rəssam ölkəmizin dünyada tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm
də Azərbaycan həqiqətlərini dünyaya
tanıtmaq niyyətindədir. Sabir Çopuroğlu neftlə çəkilən
rəsmlərin sirrindən də danışır. Onun sözlərinə görə, rəngli boyalarla istənilən əsərləri
çəkmək olar: "Amma neft bir
rəngdədir. İlk baxışdan belədir.
Lakin mən onun sirrlərini
bildiyimə görə, onda bir neçə rəngin olduğunu
bilirəm. Əslində neftin bir neçə rəngi, çalarları var, onları gərək anlayasan".Müsahibimiz hərdən neftlə çəkilən
əsərlərdə xırda cizgilərdə
fırçadan da istifadə etdiyini söyləyir. Lakin
bəzi əsərlərində fırça izləri tapmaq mümkün deyil: "Çünki mən
onları ancaq barmaq və
dırnaqlarımla işləyirəm. Bu əsərlərin
çoxları neft buruqlarıdır. Mənim
əsərlərimdə neft buruqlarına
daha çox rast gələ bilərsiniz".
"Qara
qızıl"la çəkilən rəsm yeganə sənət
əsəridir ki...
2006-cı ildə neftlə çəkdiyi rəsmlərə
görə Almaniyaya dəvət olunan Sabir Çopuroğlu
"İncəsənətdə sülh"
II Beynəlxalq Simpoziumda Azərbaycanı uğurla təmsil edir. O,
16 dövlətin 32 nümayəndəsi arasında birinci yeri tutur.
"Həmin əsəri orada çəkdim.
İki başlı atın üstündə
bir xanım təsviri. Bu
əsər çox bəyənildi və
qalib oldum".
Neftlə çəkdiyi rəsmlərə
daha çox əcnəbilər
maraq göstərdiyini söyləyən
rəssam onu da qeyd edir ki,
"qara qızıl"la çəkilən
rəsm yeganə sənət əsəridir ki,
bu əsərləri bütün
dünyada ən məşhur rəssamlar
tərəfindən qəbul olunur. Fərqli
yaradıcılığa malik istedadlı
rəssam Sabir Çopuroğlu
söhbət əsnasında azərbaycanlı olmağı və
Azərbaycan neftini dünyada
öz fərqli üslubu
ilə tanıtmağı ilə fəxr etdiyini
də dedi: "Məndən sonra bunu təkrar edənlər
çoxdur. Lakin onlar mənim tüxnikamı tam
olaraq mənimsəyə bilməzlər".
Təsviri incəsənət ixtisası üzrə təhsil
alan övladını da
bu yolda yetişdirdiyini söyləyən rəssam sənətinin,
neft texnikası ilə işləmənin
özündən sonra onda
gördüyünü bildirir.
Hazırda o əlində ən böyük əsərin
hazırlandığını deyir. 10 metrlik kətan üzərində hazırlanan bu əsər isə Xalça
Muzeyinin yeni
binasının açılışında nümayiş
olunacaq.
Xatırladaq ki, Sabir
Çopuroğlu ilə görüş
zamanı onun haqqında film
çəkildiyinin də şahidi olduq.
Pərvin
İsmayılova
Həftə
içi.- 2011.- 16 noyabr.- S.7.