"Kişi və qadın" Mingəçevir teatrında...
Bu günlərdə Əli Əmirlinin "Kişi və qadın" adlı iki hissəli epataj komediyası əsaslı təmirdən
sonra 43-cü teatr mövsümünü açan
Mingəçevir Dövlət
Dram Teatrının ifasında
tamaşçılara təqdim
edildi. Bu barədə "Həftə
içi"nə məlumat
verən teatrın direktoru, əməkdar mədəniyyət işçisi
Həsən Həsənov
deyib ki, bu tamaşa Əli Əmirlinin Mingəçevir teatrında
tamaşaya qoyulan dördüncü əsəridir:
"Dramaturqun komik-dramatik səpkidə işlədiyi
bu komediyada dramatik situasiya gözlənilməz olduğu
qədər də maraqlıdır. Hadisələr tamaşaçının diqqətini
elə ilk səhnələrdən
səfərbər edir.
Bir-birilərini əvəz
edən qəfil dönüşlərlə, gərgin
psixoloji məqamlarla müşayiət olunan komik səhnələr, ekssentrik vəziyyətlər,
vərdiş etdiyimiz həyat normalarını pozan epataj hadisələr
quruluşçu rejissor
Sərvər Əliyevin
yozumunda adi məişət komediyası
modelində deyil, sırf teatral həyat modeli kimi təqdim edilir".
Tamaşanı
müşayiət edən
sürəkli alqışlar
işin uğurlu alınmasının bariz göstəricisi idi söyləyən teatrın
rəhbəri alqışların
onların işi üçün çox yüksək qiymət olduğunu da söylədi: "Tamaşada
teatrımızın istedadlı
aktyorları Günel Əhmədova, Şıxı
Yaqubov, Zülfi Məmmədov, Fəridə
Məmmədova, Ruhəngiz
Abdullayeva, Afət Əliyeva və rejissorun özü Sərvər Əliyev gözəl oyun göstərə bildilər.
Rəssamı Rafael Haşımov,
musiqi tərtibatçısı
isə Elnur Rəsulov olan tamaşa haqda cəsarətlə deyə
bilərəm ki, Mingəçevir teatrı
çoxdan belə bayram əhvalında olmamışdı."
Onu da deyək ki,
dünyanın özü
qədər qədim və əbədi bir mövzuya - kişi və
qadın münasibətlərinin
qəribəliklərinə həsr olunan bu komediyanı dramaturq 2004-cü ildə qələmə alıb. Əsər elə yazıldığı
ildə də Dövlət Gənclər
Teatrında mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda
uğurla səhnələşdirilib.
Bundan sonra əsər ölkənin bir sıra teatrlarına da vəsiqə alıb. Axırıncı dəfə "Kişi
və qadın" bu ilin aprel
ayında Qusar Dövlət Dram Teatrında
ləzgi dilində səhnələşdirilib.
Pərvin İsmayılova
Həftə
içi.- 2011.- 22 noyabr.-S. 6.