10 illik "Olimpiya dünyası"
Milli Olimpiya Komitəsi və Azərbaycan Mətbuat
Şurası "Olimpiya
dünyası" qəzetinin 10 illik yubileyi ilə bağlı dəyirmi masa keçirib.
Mətbuat Şurasında keçirilən tədbirdə
qurumun sədri Əflatun Amaşov
sözügedən nəşrin Azərbaycanda olimpiya
hərəkatındakı rolundan
danışıb. "Olimpiya
dünyası"nın hər zaman
ölkəmizin idman həyatının
dinamikasına adekvat fəaliyyət
göstərdiyini deyən Əflatun Amaşov
nəşrin idman jurnalistikasının
inkişafında, bədən tərbiyəsinin kütləviləşməsində
başlıca təbliğat vasitəsinə çevirildiyini
və Azərbaycanın idman ictimaiyyəti
tərəfindən həvəslə
qarşılandığını diqqətə
çatdırıb.
"Qəzet jurnalistikamızın ənənələrinə
sadiqliyi ilə də öncüllərdəndir.
Bu isə "Olimpiya
dünyası"nın rəhbərliyinin öz
işinə məsuliyyətlə yanaşmasının,
formalaşdırdığı işgüzar
kollektivin də eyni
keyfiyyətlərin daşıyıcısı olduğunun bariz göstəricisidir.
Güman edirəm ki,
qəzet qarşıdakı müddətdə prinsiplərinə
yenə sadiqliyi ilə seçiləcəkdir",
- deyə o əlavə edib.
Əflatun Amaşov bildirib
ki, "Olimpiya
dünyası" qəzetinin 10 illik yubileyi ilə bağlı mərasimin təşkili
rəhbərlik etdiyi qurumun
Milli Olimpiya Komitəsi
ilə birgə reallaşdırdığı layihənin tərkib
hissəsidir. Layihə barədə məlumat verən şura sədri onun
başlıca məqsədinin ölkədə idmanın təbliğinə
dəstək vermək olduğunu söyləyib.
Birgə əməkdaşlıq çərçivəsində
idman jurnalistikasının daha
da inkişafına yönələn
genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyini
nəzərə çatdırıb.
Çıxış edənlərdən
Mətbuat Şurası sədrinin müavini,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,
şuranın idarə heyətinn üzvləri, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər"
qəzetinin baş redaktoru
Aydın Quliyev, "Paralel"
qəzetinin baş redaktoru
Tapdıq Abbas, həmçinin "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru
Hikmət Babaoğlu, "Xalq
qəzeti"nin baş redaktor
müavini Tahir
Aydınoğlu, "İdman" qəzetinin
baş redaktoru Qabil Mehdiyev və
başqaları çıxışlarında bildiriblər ki, Azərbaycanda idmanın geniş
vüsət almasında dövlət siyasətinin müstəsna
rolu var və bu yöndə qazanılmış
uğurların, tətbiq olunan yeniliklərin
təkcə vətənimizdə deyil, onun hüdudlarından kənarda da təbliği mühüm
yer tutur. Natiqlər həmçinin
Mətbuat Şurasının MOK ilə əməkdaşlığının
idman jurnalistikasındakı ixtisaslaşmanın
dərinləşməsinə xidmət baxımından məhsuldar
olacağına əminliklərini ifadə ediblər.
Sevda
Zahidqızı
Həftə
içi.- 2011.- 22 noyabr.- S. 8.