Çal Aslan kim
olub?
Məhəmməd
Piriyev: "Babam öz dəstəsi ilə Andranikin 40 min
qoşununu məhv edib"
Düzü əslən
Laçınlı olan bu tarixi qəhrəman Çal Aslan
haqqında eşitməmişdim. Və bu
günə kimi də heç
bir məlumatım da yox idi. Amma
Qarabağın Çal Aslan
adlı igid və qəhrəman oğlu olub. Bəs Çal Aslan kimdir? Bununla bağlı paytaxta çıxıb sorğu
apardıq. Heç kəs bu
qəhrəmanı tanımadı. Amma əslən
laçınlı olan bir
gənc başını bulayıb dedi ki, belə bir ad eşitmişəm. Amma
kimliyi haqqında heç
nə bilmirəm. Öz-özümə düşündüm:
Bəlkə taksi sürücülərinə
müraciət edim? Çünki
sürücülər daha çox əhali ilə sıx təmasda olur, qəzet-jurnal oxuyurlar.
Taksi sürücülərindən biri gülə-gülə dedi:
"Sizi nə maraqlandırır?" jurnalist olduğumu ona dedikdə o, belə cavab verdi: Çal
Aslan mənim babam olub. Sürücünün
adı Məhəmməd Piriyev idi. M. Piriyev bildirdi ki, əslən
laçınlı olsalar da,
Ağdamda doğulub, boya-başa çatıb: "Çal
Aslan Laçın rayonunun
Kürdhacı kəndində doğulub, Soltan bəyin əmisi oğludur.
Bölgələrdə, eləcə də camaat
arasında adıçəkilən bu tarixi şəxsiyyət haqqında o qədər də məlumat yoxdur.
Çal Aslan elə aslan kimi kişi
olub. Cəngavər, qorxmaz,
dizi bükülməz bir
igid olub. Onun gülləsindən quş
da ötə bilməzdi. Çal
Aslanın adı gələndə yağı düşmən
zağ-zağ əsərdi. Azərbaycan
xalqı Soltan bəyi daha
geniş tanıyır. Amma
Çal Aslan ondan da qoçaq
olub. Elə Soltan bəy
kimi ağıllı adam
olub. Bir sözlə, Çal Aslan soltan bəyin sərkərdəsi idi".
M.Piriyev onu da dedi ki,
babası haqqında elə dərin məlumatı olmayıb: "Allah rəhmət eləsin akademik Xudu Məmmədova,
bir gün Xudu müəllim doğulduğu
doğma kəndi olan
Mərziliyə gəlir və söhbət Çal
Aslandan düşəndə o deyir ki,
ə, görün Çal
Aslanın burda qohumlarından kimi var, onu
mənimlə görüşdürün.
Çünki o igid haqqında sinəm doludur.
Nə qədər sağam, qoy bu məlumatları onun qohumlarına çatdırım. Onda çox kiçik idim.
Ağlım elə sən deyən kəsmirdi. Amma
babam haqqında Xudu
müəllimin dediklərindən bir-iki kəlmə
qalıb. 1918-ci ildə Andranik Gürcüstana getmək üçün
Paşa bəydən yol
istəyir və bunun müqabilində ona bir qatır yükü vəd edir. Paşa bəy Çal Aslanla Soltan bəyi
yanına dəvət edib bu
haqda onların fikirlərini öyrənir.
Bu dəmdə
Çal Aslan belə cavab verir ki,
biz gərək Şuşa
qubernatoru Xosrov bəyin
yanına gedək və ona bu haqda məlumat verək.
Çal Aslanla Soltan bəy Şuşaya Xosrov bəyin yanına gedib
bu haqda ona məlumat verirlər ki,
Andranik böyük qoşunla üstümüzə gəlir.
Xosrov bəy çox
uzaqgörən və ağıllı adam
olub. O, Çal
Aslanın sözündən tutur və bir az fikirləşib deyir - "Aslan, əmioğlu
fikirin nədir?"
Çal Aslan Xosrov bəyə belə cavab
verir ki, düşmənə
yol vermək olmaz. Amma Andranik bizə bir qatır yükü
qızıl vəd edib deyir
ki, siz yer
verin mən qoşunlarımla birgə Gürcüstana keçirəm. Xosrov bəy Çal Aslana söyləyir ki, sənin
üz-gözündən sərkərdəlik yağır, bir sərkərdə kimi bu haqda nə fikirləşirsən?
O belə cavab verir ki, Andranikə bildirəcəyik ki, camaat başa
düşməsin deyə topları sökün,
onu qatırlara yükləyin və sizə
onda yol verəcəyik.
Bu təklif Xosrov bəyin
çox xoşuna gəlir
və sağ əlini Çal
Aslanın kürəyinə vurub deyir ki, əmioğlu sən
əsl sərkərdəsən və mənim sualıma da sərkərdə kimi cavab verdin. Belə də olur. Bu siyasətlə Zabux çayında 3 gün
qanlı döyüş gedir.
Çal Aslan öz dəstəsi ilə 40 min
erməni silahlılarını məhv edir".
Müsahibin onu da
söylədi ki, 11-ci qızıl ordu Azərbaycana gələndən sonra bolşeviklərin əlinə keçməsin
deyə Soltan bəy Çal
Aslana təklif edir ki, artıq Azərbaycan sovet
ordusunun əlində olduğundan
onunla Türkiyəyə getsin:
"Çal Aslan etiraz edib deyir
ki, kişi də
vətənini düşmən əlində qoyub
gedərmi? Qürbətdə yaşamaqdansa
və yad məzarın olmaqdansa
vətəndə qalmaq daha
yaxşıdır. Çal Aslan qucaqlaşıb, öpüşüb
ayrılan zaman Soltan bəy
dərindən ah çəkib belə bir bayatı söyləyir:
Əziziyəm, dolan gözüm,
Dol gözüm,
dolan gözüm.
Gedərsən qayıtmazsan
Vətəni dolan gözüm.
Çal Aslansa belə
cavab verir:
Xoruz
keçdi, çağırır
Vədə
keçdi, çağırır
Başım
cəllad əlində,
Dilim dostu
çağırır.
Hətta deyilənə
görə orda hər iki qəhrəman
düşmən əlinə
keçməsin deyə
bir-birilərinə güllə
də atmaq istəyirmişlər. Amma Soltan
bəy uzaqgörənlik
edib Çal Aslana deyir ki,
özümüzü öldürə
bilərik amma arvad-uşağı fikirləşmək
lazımdır. Düşmən çoxdur. Soltan bəy ailəsini
Çal Aslana tapşırıb Türkiyəyə
gedir. Bolşeviklər Çal Aslanı
tutub Qazaxıstana sürgün edir. Sürgündə onun iki gözü də tutulur və axırda gəlib vətəndə ölür".
M.Piriyev onu
da vurğuladı ki, Çal Aslanın nəticəsi Fazil Mehtiyev də Azərbaycanın milli qəhrənmanıdır.
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2011.- 14 sentyabr.- S. 8.