Azərbaycanda
çayçılığın inkişaf
yolları...
Çay dünyada çox geniş yayılan
içkidir. Nə qədər içkilər icad olunsa da, ona
təlabat isə ildən-ilə artır. Buna səbəb
çayın xoş dadı, ətri, susuzluğu
yatırması və müalicəvi əhəmiyyətinin
olmasıdır. Azərbaycanın cənub bölgəsində
isə çayçılığın inkişafına hələ
uzun illər bundan əvvəl başlanılıb.
Adıçəkilən bölgələr sırasında Lənkəran
rayonunu misal göstərmək olar ki, bu bölgəyə
çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib.
İlk çay fabriki isə Lənkəranda 1937-ci ildə qurulub
ki, bundan sonra da çayın kütləvi istehsalına
başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında
3413 hektardan çox çay plantasiyaları salınıb. 14
çay emal edən, 2 çay çəkən və
qablaşdıran fabrik fəaliyyətə başlayıb.
Sovet dönəmində 34 min ton çay yarpağı
hazırlanırdı. Lənkəran çayı 1981-ci ildə
Leypsiqdə keçirilən müsabiqədə "Azərbaycan
buketi" mükafatına və qızıl medala layiq
görülüb.
Azərbaycanda
çayın qiyməti niyə bahadır?
Hazırda
çayçılıq özünün çətin
günlərini yaşayır. Bu barədə çox
yazılar yazılıb, çox müsahibələr
götürülsə də, bu gün Azərbaycanda
çayçılığın inkişafından
danışmaq bir qədər real görünmür. Cənub
bölgəsində çayçılığın
hazırkı vəziyyəti ilə tanış olmaq
üçün bu dəfə Lənkərana səfərimizdə
bu sahədə olan bir sıra məqamları nəzərdən
keçirərək, uğurlar və qarşıdakı
problemlərlə maraqlanmalı olduq. Bu işdə isə bizə
dəstək verən Beynəlxalq Qafqaz və Azərbaycan
çay Assossasiyalarının prezidenti, respublikanın əməkdar
aqranomu, Lənkəran Dövlət Universitetinin İqtisadiyyat
və Aqrotexnologiya kafedrasının müdiri, Kənd Təsərrüfatı
elmləri doktoru, professor Fərman Quliyev oldu. O bildirdi ki,
çayçılıq diqqət tələb edən sahədir:
"Belə ki, ən yaxşı çay yarpağını
belə ən əlverişli şərtlər daxilində bir
ildən artıq saxlamaq olmur. Çay keyfiyyətini sürətlə
itirir. Tropik ölkələrdə çayı hər
üç həftədən bir yığırlar. Əgər
hansısa bir səbəbdən çayı vaxtında
yığa bilməsələr, məhsul növbəti
yığıma qədər sürətlə
ucuzlaşır. Bir neçə aydan sonra belə keyfiyyətsiz
çay artıq Avropada və Asiyada heç kimə gərək
olmur. Çayın baha olmağının bir neçə səbəbi
var. Çay kolu çox ləng böyüyür. Birinci məhsulu
dərənə qədər gərək çay sahəsinə
uzun müddət qayğı göstərəsən.
Yalnız 7-9 ildən sonra çay kolu birinci məhsulunu
verir".
Həmsöhbətimiz
Azərbaycanda çayın baha olmasını başqa səbəblərlərlə
də izah etdi: "Məhsul yığımı da asan
prosedur deyil. Çay yığımı zamanı yalnız təzə
yarpaqları yığmaq lazımdır. Bu prosesi
avtomatlaşdırmaq cəhdi səmərə verməyib.
Maşınla yığılanda köhnə çay
yarpaqları da dərilir və məhsulun keyfiyyətini
aşağı salır. Çayı əllə ən
yaxşı yığan işçi gün ərzində və
çox gərgin əməkdən sonra 10 kiloqram məhsul
yığa bilər".
Fərman müəllim
onu da qeyd etdi ki, çayçılıq get-gedə zəifləməkdədir:
"Lənkəranın sosial-iqtisadi inkişafına həsr
olunan 2009-cu ilin 9 ayının hesabatında göstərilir
ki, məhsul yığımı dövründə 65 ton
yaşıl çay yarpağı istehsal edilib. 2008-ci ildə
isə Lənkəranın çay plantasiyalarından cəmi
74 ton məhsul yığılıb. Bu isə 2007-ci illə
müqayisədə 53 faiz azdır. Statistik göstəricilərə
əsasən, 2006-cı ildə rayonda 311 ton çay
yarpağı tədarük olunduğu halda, 2007-ci ildə
istehsalın həcmi iki dəfə aşağı
düşərək 157 ton olub. Çayçılıq təsərrüfatlarımız
bax bu cür bədbin rəqəmlər üzərində
var-gəl etməkdədir".
Müsahibimiz hazırda
Azərbaycanın çaya olan tələbatının
çox hissəsini xarici məhsullar hesabına ödədiyini
də vurğuladı: "Vaxtıilə Azərbaycanda
çay plantasiyalarının sahəsi 13 min hektara
çatırdısa, indi bu rəqəm 1000 hektara
düşüb.
"Hind
çayı ilə bizim çay arasında fərq çox
deyil"
Ömrünün
çoxunu çayçılıq elminə həsr edən
Fərman Quliyevlə söhbətimizdə o,
çayçılığı dirçəltmək
üçün bu sahəyə uzunmüddətli kreditlər
verilməli olduğunun vacibliyini də vurğuladı: "Bu
kreditlər uzunmüddətli olmalıdır. Çünki bir hektar
sahədə çay
plantasiyası salmaq
6-7 min dollara başa gəlir". Çayın starteji əhəmiyyətli,
gündəlik istifadə
olunan bitki olduğunu söləyən
mütəxəssis insanların
tələbatı üçün
vacib olan bitki kimi onun
inkişafının zəruriliyini
də bildirdi. Onun sözlərinə görə, hind çayının
yarpağında 28-30 faizə
qədər tanin (tanin çayda əsas keyfiyyət göstəricisidir) maddəsi
var: "Bundan əlavə, hind çayında
4-5 faiz kofein və 45-50 faiz ekstrativ maddələr var.
Bizim Lənkəran çayının tərkibində
də 28-30 faiz tanin, 5-6 faizə yaxın kofein, 46-50 faiz ekstratlı maddələr var. Deməli,
dünyaya meydan oxuyan hind çayı ilə bizim çay arasında keyfiyyətdə o qədər
də fərq yoxdur". Çayçılığın
geniş vüsət alması isə ulu öndər Heydər Əliyev dönəmində başlanıldığını
söyləyən professor 1970-82-ci illərdə ölkədə
çayın həm maddi, həm də texniki bazasının yaradıldığını
da vurğuladı:
"O zaman yerli çay mütəxəssisləri
hazırlanırdı və
hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilirdi. Həmin illərdə
Azərbaycanda çayçılıq
üçün yararlı
torpaqların xəritələnməsi
prosesi həyata keçirilib. Nəticədə
müəyyən edilib
ki, Lənkəran-Astara
bölgəsində 23 min hektar
çay əkini üçün istifadəyə
yararlı torpaq var. O illərdə hökumətin
"Çayçılığın inkişafına dair" məlum qərarı çıxıb. Siyasi sistemin
kökündən dəyişməsi
çayçılığa da zərbə vurdu", - deyə Fərman müəllim söylədi. O əlavə
edir ki, indi çayçılığın
inkişafı üçün
böyük potensial imkanlar var. Dövlət tərəfindən kreditləşmə
imkanları yaranıb.
Bu yolla çayçılığın
inkişlafını bir
qədər də sürətləndirmək olar.
Çayçılıqla dövlət büdcəsinə
xeyli vəsait də daxil etmək.
Belə ki, hər dəfə çayçılıq sahəsinə
qoyulan vəsaitdən
əlavə 70% gəlir
əldə etmək olar ki, bu
da kənd təsərrüfatı sahələri
içində heç
birisindən əldə
oluna bilməz".
"Çayçılığın inkişafında Dövlət
Proqramının qəbulu
vacibdir"
Çayçılıqla məşğul olmaq istəyən fermerlərlər
üçün ən
əsas problem vəsait
çatışmazlığıdır.
Mütəxəssisin bildirdiyinə görə,
banklar təəssüf
ki, kənd təsərrüfatına uzunmüddətli
kredit verməkdə maraqlı deyil. Çay bitkisi isə, bəlli olduğu kimi, 7-8 ildən sonra məhsul verir. 8-9 ildən
sonra əldə edəcəyi çayı
satıb krediti ödəyəcəyi vədi
banklar tərəfindən
ciddi qarşılanmır.
Kreditlərin böyük əksəriyyəti
qısamüddətli olur.
Məsələn, taxılçılıqla, kartof əkini ilə bağlı kredit götürmək imkanları çayçılığa
nisbətən xeyli çoxdur. Bu işə
görə dövlətin
sərəncamı və
hazırlanmış xüsusi
konsepsiya olmalıdır
ki, ölkədə çayçılığın inkişafı üçün
uzunmüddətli kreditlər
ayrılsın: " Ümumiyyətlə, çayçılığın
inkişaf etdirilməsi
üçün Dövlət
Proqramının qəbulu
vacibdir! ".
"Azərbaycanın 70%-ni çayla təmin edirdik"
"Sovet dönəmində
biz Azərbaycanı 70 faiz
çayla təmin edirdik. İndi heç 1 faizə
də gücümüz
çatmır", - deyə
Fərman müəllim
gileyləndi. Çayçı alim bu sahənin
dirçəldilməsi üçün
böyük işlər
görülməsinin də
vacib olduğunu söylədi. Professor çayçılığın həm də yeni iş yerlərinin
açılması demək
olduğunu bildirdi:
"Yaxın keçmişdə
çay istehsalı və emalında 65-70 min adam işləyib. İndisə
bu sahədə işləyənlərin də
sayı həddən artrıq azdır. Azərbaycana
20-25 min ton quru çay
lazımdır. Bu sahə də dövlətin nəzarəti
altında olmalıdır.
Taxılçılığa dövlət tərəfindən
göstərilən qayğı
kimi bu sahəyə
də qayğı göstərilsə, məni
sizi inandırım ki, Azərbaycanda bu sahədə çox yüksək gəlirlər əldə
olunar".
Pərvin İsmayılova,
Bakı-Lənkəran-Bakı
Həftə
içi.- 2011.-18 oktyabr.- S. 5.