İqromaniyanın qurbanı uşaqlar
Kompyuter oyunları
beynin işinə mane
olur. Böyük
Britaniya Kral İnstitutunun keçmiş
direktoru, baronessa Qrinfild bəyan edir ki, əgər
insan monitor qarşısında
həddindən artıq
vaxt keçirirsə,
onun beynində fizioloji səviyyədə
dəyişiklik baş
verir ki, bu da mütləq
davranış və diqqətlə bağlı
problemlərə gətirib
çıxarır.
Bu barədə "The Telegraph" qəzeti yazır. Məqalədə bildirilir ki,
oyunlar beyində müəyyən əsəb
bağlarını fəaliyyətdən
saxlayır. Axı, beyin
ətraf mühitin dəyişikliklərinə uyğunlaşma
qabiliyyətinə malikdir.
Kompyuter oyunları isə yeni mühitə nümunədir. Baronessa uşaqlara
monitorlardan uzaqlaşmağı
və küçəyə
çıxıb "ayaqlarının
altında otları
hiss etməyi" məsləhət
görür.
Yeri gəlmişkən,
oyunlara oxşar texnologiyalar asılılıq
və mükafatlanma ilə bağlı olan beyin sistemlərini
fəallaşdıraraq həddindən
artıq oyanıqlıq
yaradır. Nəticədə insanı başqa növ fəaliyyət deyil, məhz oyun cəlb etməyə başlayır.
Ona görə də orta hesabla
10-11 yaşlı uşağın
monitor qarşısında 2 min saata yaxın vaxt keçirməsi təəccüblü deyil.
Üstəlik kompüter oyunlarına
son dərəcə aludəçilik
insanın diqqətini
cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər
törətməyə təhrik
edir.
"PLoS ONE" jurnalında dərc olunan hesabatda isə göstərilir ki, internetdən asılılıq
beynin strukturlarını
dəyişdirmək və
hətta boz maddənin quruması təhlükəsi yaradır.
Yapon alimləri isə hələ 10 il bundan
əvvəl xəbərdarlıq
ediblər ki, videooyunlar yalnız beynin görmə və hərəkətə
görə cavabdeh olan sahələrini stimullaşdırır. Bu zaman davranış, hisslər və öyrənmə ilə bağlı digər hissələr isə inkişafdan qalır.
Oyunlar şagirdləri dərsdən uzaqlaşdırır
Xüsusilə
gəncləri və uşaqları təsiri altına alan
kompyuter oyunları qavrama pozğunluqları, öyrənmə çətinlilləri,
tarazlıq problemlərindən
ictimai pozğunluğa
qədər bir çox narahatlığa səbəb olur. Kompüter oyunu asılılığının zərərlərini və
müalicə üsullarını
nevrologiya mütəxəssisi
Məhmət Yavuz hesab edir ki,
belə oyunlarda sürətlə axan oyun kadrları adamı sürətli düşünmə və
sürətli hərəkət
etməyə məcbur
edir və oyunun saatlarla oynandığı düşünülsə,
beyin bir müddət sonra oyundakı sürətə
proqramlanır. Beynin quruluşu
etibarilə eyni anda bir çox
şeyi qiymətləndirdiyini
bildirən Məhmət
Yavuz oyun tempinə öyrəşən
beynin hər hansı bir mövzunu dərinliyinə
qədər təhlil
edə bilmədiyini vurğulayıb. Bu vəziyyətin xüsusilə
kompyuter oynayan şagirdlərə mənfi
təsir etdiyini bildirən mütəxəssis
beyni oyun tempinə öyrəşən
şagirdlərin dərslərinə
diqqət vermədiklərini
və müvəffəqiyyətsiz
olduqlarını bildirib.
Həkim
oyun asılılığı
səbəbilə ibarət
olan diqqət dağınıqlığı və oyundakı sürətdən qaynaqlanan
hiperaktivliklə birlikdə
şagirdin hər şeydən məhrum olmaq hala gələ
biləcəyini bildirib.
"İndiki uşaqların təfəkkür və təxəyyülü çox
aşağıdır"
Tanınmış psixoloq Kəmalə Baxış hesab edir ki, müasir
dövrdə kompyuter oyunları uşaq təfəkkürünü ləngidən
ən birinci amildir. Onun sözlərinə görə,
kompüter oyunları
azyaşlı uşaqlarda
çox ağır aqressiya yaradır: "Uşaqlar oyun oynayarkən hansısa bir mərhələni keçə bilməyəndə
hirslənirlər. Bu zaman onlar klaviaturanın
və ya siçanın düymələrini
də aqressiv basırlar. Ümumiyyətlə, əvvəlki uşaqlarla
indikiləri müqayisə
etdikdə müasir zamanın uşaqlarının
təfəkkür və
təxəyyülünün çox aşağı olduğunu müşahidə
etmək olur. Məsələn, uşaq hər
hansı bir kitabı oxuyub nəyisə dərk edib analiz edə
bilirsə, onun təfəkkürü inkişaf
edir. Müxtəlif elektron oyunlar
isə uşağı
kütləşdirməyə başlayır. Uşaq kitabdan,
bilik almaq istəyindən soyuyur.
O, artıq normal cəmiyyətdə
müqayisə aparmağı
bacarmır".
Psixoloq qeyd edir ki,
kompyuter oyunları uşaqların təxəyyülünün
inkişafına da mənfi təsir göstərir: "Əvvəllər
uşaqlar nağıllar, hekayələr oxuyur və ya özləri
üçün taxtadan, qumdan nəsə düzəldirdilərsə,
bu, onun təxəyyülünün inkişafına gətirib
çıxarırdı. Uşaqlar əvvəllər rəsm
çəkirdilər. İndi isə rəsm çəkən
uşağa nadir halda rast gəlmək olur. İndiki
uşaqlar əlində mobil telefon kompyuterin qabağından
çəkilmir. Artıq yeniyetməlik dövründə
mücərrəd təfəkkür inkişaf etməlidirsə,
bu, uşaqlarda inkişaf etmir".
Müsahibimiz
uşaqların kompyuter oyunlarından asılı
olmasının günahını ilk növbədə
valideynlərdə görür. Onun fikrincə,
uşağı kompyuterdən tamamilə uzaqlaşdırmaq
lazım deyil. Sadəcə, uşaqların başını
başqa maraqlarla da qatmaq lazımdır. Ən əsası,
valideyn uşağa nümunə olmalıdır: "Uşaq
görəndə ki, valideyni bütün günü oturub
televizora baxır, mobil telefonla nəsə edir, kompyuterdə
oyun oynayır və ya sadəcə internetə baxır, onda o
da bu hərəkətləri təlqin etməyə
başlayacaq. Uşaqda kompyuter oyunlarından
asıllılıq yaranmasın deyə, mütləq oyunlar
üçün müəyyən vaxt ayırmaq
lazımdır".
Zahidqızı
Sevda
Həftə
içi.- 2011.- 19 oktyabr.- S. 6.