"Kitabxanalar milli mədəniyyətin
dirçəliş resursudur"
Dünən Cəfər Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında "Kitabxanalar
milli mədəniyyətin
dirçəliş resursudur"
mövzusunda beynəlxalq
konfransın açılışı
keçirilib. Mədəniyyət
və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə,
UNESCO-nun "İnformasiya hamı
üçün" proqramının
Azərbaycan Komitəsinin
təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış
edən mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev ənənəvi
nəşrlərin elektron
formaya çevrilməsindən
danışıb. O qeyd
edib ki, hazırda əhalinin bütün təbəqələrinə
ödənişsiz xidmət
edən, dövlətin
fasiləsiz informasiya və təhsil siyasətini təmin edən kitabxanaların fəaliyyətinin gücləndirilməsi
aktual problemlərdən
sayılır. Tədbirdə çıxış edən
Rusiyanın Bakıdakı
səfiri Vladimir Doroxin
bu sahədə Azərbaycanla sıx əməkdaşlığa hazır
olduqlarını dilə
gətirib. Səfir həmçinin
konfransın işində
uğurlar arzulayıb.
UNESCO üzrə Azərbaycan
Milli Komissiyasının
birinci katibi Günay Əfəndiyeva isə çıxışında
18 oktyabr tarixinin Azərbaycan dövləti
üçün çox
önəmli olduğunu
xatırladıb və
konfransın belə bir günə təsadüf etməsini xüsusi vurğulayıb.
O, konfrans iştirakçılarına
Azərbaycanın Dağlıq
Qarabağ problemi haqda danışıb və bu ərəfədə
ərazilərimizdə çoxsaylı
kitabxanalardakı, nadir nüsxələrin
dağıldığını, məhv edildiyini deyib. Xatırladaq ki, ikigünlük
konfransda bir sıra maraqlı məruzələr dinləniləcək
və master-klasslar keçiriləcək. Konfrans çərçivəsində
həmçinin Azərbaycanın
qabaqcıl region kitabxanalarının
fəaliyyətinin təqdimatı
keçiriləcək.
Nigar
Həftə içi.- 2011.- 19 oktyabr.- S.
7.