ƏBRU
FƏLSƏFƏSİ
Təfəkkür
və özünüdərkə gedən yol
İnsan oğlunun ortaq mirası olan sənət hər
mədəniyyət mühitində və çağında
fərqli boy, xətt, rəng və səs olaraq
özünü göstərib.
Bu sənət növlərindən biri də Əbrudur.
Əbru sənətinin nə zaman və hansı ölkədə
ortaya çıxdığı məlum deyil. Əbru sənətinə
aid ən qədim əsərlər Uyğur
Respublikasının Hoten əyalətindəki
qazıntılarda tapılan, VIII-X əsrlərə aid olan
nümunələrdir. Ayrıca Azərbaycanda arxeoloji
qazıntılar zamanı çıxarılmış XIV əsrə
aid olduğu təsbit edilən çini üzərinə
işlənmiş əbruli əşyaların da var olduğu
iddia edilir.
Bulud və ya buluda bənzər anlamına gələn
əbrunun bəzi qaynaqlara görə, Hindistanda
yarandığı yazılır. Bəzi qaynaqlarda isə
Özbəkistanın Buxara şəhərində meydana gəlib,
Orta Asiya dillərindən olan çağataycada
"dalğalı, cizgili " mənasını
daşıyıb, "əbrə" adı ilə məlumdur.
İpək Yolu ilə İrana gələn bu sənət
həmin ölkədə "abru" (su üzü) və ya
"əbri" (buluda bənzər, bulud kimi) olaraq
adlandırılır. Daha sonra türklərlə birlikdə
Anadoluya gələn bu sənətin adı "əbru"
olaraq tanınmışdır.
Avropada "Marbling" adı ilə məşhurlaşan
əbru, XVII əsrdə "türk mərmər
kağızı" kimi bu coğrafi ərazidə
böyük maraq doğurub. Günümüzdə
Avropanın bir çox muzeyində əbru sənətçilərinin
əsərləri var.
Əbru sənəti ən qədim türk
kağız süsləmə sənətidir. Əbru sənətindən,
kitab cild rəsmlərində,
xəttatlıqda, fon kağızı
süsləməsində istifadə edilir.
Əbru sənətində işlədilən rənglərin
çoxu təbiətdən
alınıb. Bu, torpaq
və qayalardan, bitkilərdən, təbiətdə
olan rənglərdən qaynaqlanan
boyalardır. Klassik əbruda əsas olan boyanın suda əriməməsidir.
Boya əzilib toz
halına gətirilir və qurudulmuş
sığır ödü də üyüdülüb ona
qarışdırılır. Sonra kitrəli
su (yabanı tikan suyu) hazırlanır. Həmin boya
qarışığı at tükündən
olan fırça ilə və ya incə bir çubuqla əbru qabındakı suya səpilir. Boyanın içindəki
sığır ödü rənglərin
bir-birinə qarışmasına mane olur. Suda rənglər buluda bənzər, rəngarəng bir hal alır. Bunun üzərinə
müxtəlif çiçək rəsmləri də
damladılıb, dəmir çubuqla
aşağıya və ya yuxarıya
çəkilir (lalə, qərənfil, qızılgül). Əbrunun
kağıza köçürülməsi məharət, incəlik
və əldən zirəklik istəyir. Çünki
suyun üzərindəki rənglər
qalıcı deyil. Əgər tez hərəkət edilməzsə, suyun üzərindəki naxışlar bir an içində yox olub gedər, dağılar.
Bu səbəbdən həmin sənəti
icra edən sənətkar təqdirəlayiqdir.
Əbru ustadı Mustafa Esat Düzgüman şeirlərindən
birində sevdiyi sənət barədə belə deyir:
Tərif gərçi
asan amma tətbiqatda güçlük var,
Təcrübəsiz yapılarsa insan olar biqərar,
Görünüşə aldanıb da çox asanmış demə sən,
Bir ixtisas
işidir bu aşiq olan ər yapar.
... Bəzən günəş batarkən
və ya doğarkən üfüqdə
onun qırmızı,
sarı, mavi rəng çalarlarıyla
buludları sanki bir əbru kimi
şəkilləndirdiyini görürük.
Bəzi gecələrdə isə
ay sanki əsrarəngiz
fırçası ilə
baxışlarının nurunu
buludların arasından
göy üzünə
səpir. Bunu əbru sənəti ilə kağıza köçürmək o qədər
gözəldir ki...
Sanki sənətçi rənglərin
içinə axır,
səmanın ənginliklərində
yox olur... Min bir çeşid
gözəlliyin dünyası
olan əbru, sənətçinin əli
ilə könül qapısını açır,
orada taxtda oturur.
Əbru sənəti ilə işləyən ulu babalarımız bir anda dəyişən,
rəngdən rəngə
girən bu səmavi gözəllikləri
yer üzünə gətirib, şahanə əsərləri kağız
üzərində əbədiləşdiriblər.
Hz. Əli nə
gözəl deyib:
"Sən özünü
kiçik bir cisim sanırsan, halbuki bütün aləm sənin ətrafında dönür".
Çox əmək istəyən əbru sənətinin geri dönüşü və
təkrarı yoxdur. Ən qədim Osmanlı
əbru əsəri
1595-ci ilə aiddir.
Şebek
Mehmet Efendi imzasını daşıyır.
Ancaq bir sənətin inkişafı
və qəbul olunması üçün
yüzlərlə il keçməlidir. Bunu düşündüyümüzdə əbrunun nə qədər keçmişə
dayanan tarixi olduğunu görərik.
Əbru sənəti ilə bağlı yazılmış
ilk əsər "Tərkibi-i
Risalə-i əbri"
dir. Bu əsər 1608-ci ildə
yazılmış, əbrunun
işlənmə tərzindən
və sənətkarlığından
bəhs edir. Osmanlıda Mehmet Əfəndidən sonraki ən əhəmiyyətli əbru
sənətçisi "Hatip"
əbrusuna da adını verən istanbullu Hatip Mehmet Efendidir. Eyni zamanda, xəttat olan sənətçi Ayasofya məscidində də hatiplik edib. İnsanın əbru sənəti
ilə təması digər sənətlərə
nəzərən mənən
daha çox və özəldir.
Əbru təfəkkürə və
özünü dərk
etməyə dayanır.
Sənətçi ilə elə
bütünləşir ki,
sanki kainatın yaradılışını onda
hiss etmək mümkün
olur. Və əbru əyani zərafətdir, mübahisəsiz
gerçəkdir... Əbru
başdan başa bir fəlsəfədir...
Pərvanə Əlizadə
Həftə içi.- 2011.- 7 sentyabr.- S.
7.