Sarı gəlin" dövlət reyestrinə daxil edilib

 

Yaşar Hüseynli: "Dövlət reyestrinə salınan nümunələrin hər birinin Azərbaycana məxsusluğunu sübut edən materiallar var"

 

"Sarı gəlin" xalq mahnısı, Azərbaycan yallısı, "Kitabi Dədə-Qorqud", "Koroğlu" dastanları Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestrinə daxil edilib. Bunu Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli deyib.  

Y.Hüseynli bildirib ki, dövlət reyestrinə salınan 4300-dən artıq nümunənin pasportlaşdırılması Azərbaycana məxsusluğu haqqında şəhadətnamə verilməsi prosesi xüsusi kodlar vasitəsilə həyata keçiriləcək: "Dövlət reyestrinə salınan hər bir nümunənin ayrıca kodu var məhz bu kodla reyestrdə yerini tutur. Nümunələrə veriləcək pasportlarda tarixi məlumatlar yer alacaq. Pasportun üzərində bu sözlər yazılacaq - "Azərbaycan qeyri-maddi mədəni irs nümunəsinin elementar pasportu Mədəniyyət Turizm Nazirliyi tərəfindən verilir". Pasportda göstəriləcək ki, Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri dövlət reyestrində rəsmi qeydiyyata alınıb. Reyestr kodu da qeyd olunacaq. Pasportda nümunənin adı, reyestr kodu, kateqoriyası, qrupu, növü, janrı, tərifi/təsviri, tərkibi/təsnifatı, tarixi/orialı, pasportu verən orqanın adı, pasportun verilmə tarixi, nazirin imzası möhür qoyulacaq. Nümunələrə veriləcək pasportlar aidiyyəti qurumlarda, mədəniyyət sahəsinə aid olanlar da Mədəniyyət Turizm Nazirliyində saxlanılacaq". Y.Hüseynli onu da əlavə edib ki, hansı ölkəyə məxsusluğu ilə bağlı bir çox iddialar olan nümunələrin hər birinin Azərbaycana məxsusluğunu sübuta yetirən materiallar var lazım gəldikdə bu materiallardan istifadə olunacaq: "Digər ölkələr əgər bizim nümunələri mənimsəsələr, o zaman məsələ hüquqi müstəviyə keçəcək. Dövlət reyestrinin anlamı odur ki, biz bunun bütün hallarda Azərbaycana məxsus olduğunu dövlət olaraq sübut edirik qeydiyyata alırıq. Dövlət reyestrinə salınan Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin hər biri dünya səviyyəsində təsdiq olunacaq. Bu qeyri-maddi mədəni irs elə bir şeydir ki, maddi abidələrdən, müəllifi olan nümunələrdən fərqli olaraq bunun kimə məxsus olduğunu sübut etmək mürəkkəb məsələdir. Azərbaycan bütün bu nümunələri öz üzərinə götürür istər beynəlxalq, istərsə yerli səviyyədə onun hüquqlarını müdafiə etməlidir".

Sektor müdiri bildirib ki, dövlət reyestrinə aşıq mahnıları, saz havaları, duetlər, nəfəs çalğı alətləri, muğamlar, "Saçları burma", "Sarı bülbül", "Sevgili yar", "Sarı gəlin", "Sevirəm səni", "Sona bülbüllər", "Sudan gələn sürməli qız", "Sular sonası", "Süsən-sünbül" digər Azərbaycan mahnıları, dastanlardan "Abbas Gülgəz", "Abdulla Cahan", "Aşıq Qərib", "Əsli Kərəm", "Leyli Məcnun", "Fərhad Şirin", "Qurbani", tənək dolmasından tutmuş bütün dolma növləri daxil edilib. Onun sözlərinə görə, nümunələr üçün ayrıca sayt hazırlanacaq müxtəlif dillərdə fəaliyyət göstərəcək. Eyni zamanda, hər bir nümunə haqqında ayrıca kataloq da yaradılacaq.

 

 

Vüsal Tağıbəyli

 

Həftə içi 2011.- 22 sentyabr.- S. 8.