Bakı çayxanalarından
"nobelçi" çıxmayacaq
Zahir Əzəmət: "Əslində mükafat
haqda düşünmədən yazmaq lazımdır"
Şair Zahir
Əzəmətin adı indi bütün
ədəbiyyatçılara və onu sevənlərə
tanışdır, çünki o, ölkədə ən
populyar mədəniyyət portalı - "Kultaz.com"
saytının rəhbəridir.
Deyirlər ki, o saytda hər
yazarın yazısı
yerləşdirilmir. Yazıları
yerləşdirilməyənlər ondan inciyir. Bunu mətbuatda açıq yazmasalar da, dost-tanışları
arasında tez-tez bu mövzuda söhbət edirlər. Zahir Əzəmət isə onların könlünü almaq üçün belə bir şeir yazıb.
"Sənin də könül qırmaq haqqın var, sənin də sevməmək haqqın...".
Ancaq əslində könül
qırmaq sevməməkdən daha yaxşıdır,
çünki sevənləri sonda qadınlar tərk edir
və ümidlərlə yanaşı, onların
sevişdikləri də yoxa çıxır.
Hələ bu harasıdır?..
Dip-diri dediyimiz
sözlər də yoxa çıxır dilimizdən,
hələ bu azmış kimi, qadınların özləri
də kişilərin sözlüyündən
çıxır həmişəlik. Onların heç
birinin yenidən sevişməyə nə yeri, nə də
sözləri olur.
Yox olmağın zamanı gəldimi?..
Bizlər sevilmək
üçün doğulmuşduq, sevmədilər... Bəlkə ona görə ki, qaranlıq olub gecəyə döndük,
öz içimizdən
qopduq, şəhər
bizi əridib itirdi içimizdə. Yan-yana düzülü dəbdəbəli evlər
kimi tıxaca düşüb yox olduq. Belə asanmı?
Şair Zahir
Əzəmət də hər şeyin asanlıqla sona
gəldiyini demir. O deyir ki, Azərbaycan kimi kiçik bir ölkədə yazıçı kitab satışı ilə özünü dolandıra
bilməz. "Ədəbiyyata
mütləq dövlətin
dəstəyi olmalıdır.
Bu dəstək açıq tenderlər, nəşriyyat sektoruna dəstək vasitəsilə,
kitab mağazalarının
açılmasına uzunmüddətli
faizsiz kreditlər verilməsi və digər yollarla edilməlidir". Zahir Əzəmət soruşur:
Azərbaycanda niyə
kitab oxunmur? Sualına özü belə cavab verir: "Azərbaycanda
80-dən yuxarı rayon
olsa da, kitab mağazaları yalnız Bakıdadır, həm də çox az sayda.
Bəs insanlar haradan kitab alıb
oxumalıdır?! Belə
baxanda "Azərbaycanda
niyə kitab oxunmur" sualı gülünc deyilmi?! Bax, bu məsələdə
dövlətin hüquqi
müdaxiləsinə gərək
var. Öncə nəşriyyatlar haqqında
qanun yenidən işlənməlidir".
Zahir Əzəmət
həm də uzun müddətdir ki, yazı prosesindən
uzaqlaşdığını etiraf edir və Sevinc
Çılğının "Ən yeni
ədəbiyyat" seriyasından çap olunan
"Alaçarpa" kitabına yazdığı
tanıtım yazısında yazıb ki, Sevincin
şeirləri özü kimidir: hisslərlə dolu,
çılğın, hövsələsiz vəg
dağınıq.
Dostyanə söhbət...
Zahir Əzəmətin
də öz hisslərinin dolu, çılğın,
hövsələsiz və dağınıq olduğunu
öyrənmək üçün onunla "Facebook"da
söhbət etməli oldum. Sözün düzü, ondan
müsahibə aldığımı öncə ona
demədim, çünki düşündüm ki,
şairlər incə duyğulu insanlardır, birdən
razılıq verməz və o baxımdan bir dost kimi onunla
dostyanə söhbət etdik.
- Vəziyyət necədir?
- Əsas
"Kultaz"la əlləşirəm.
- Əlləşmə, bir az qabağa get.
- Düz deyirsən,
istəyirəm, "Kultaz"a yeni dizayn yaradım, rus və
ingilis dillərində versiyalar da olsun.
- Bunun üçün maliyyə lazımdır.
- Allah yetirəcək.
- Bəs "Milli kitab" mükafatında
işlərini yola qoya bilirsənmi?
- İndi seçim
mərhələsindəyik.
- Hansısa əsəri oxumusan?
- Hələ
hamısını yox.
- Vaxtın olmur?
- Nə mənada?
- O mənada ki, münsiflər vaxta görə
kitabları tez oxumalıdırlar.
- Yox, hələ kifayət
qədər vaxtımız var, hissələrə
bölüb oxuyuram.
- Ağlın nə kəsir, Azərbaycandan
"nobelçi" çıxacaq?
- İndiyə
qədər yazılanlar içindən yox.
- Niyə bizim yazarlar dünya səviyyəsində
roman yaza bilmirlər, buna intellektualımızmı
çatmır?
- Xalq olaraq hələ
folklora çox bağlıyıq, yazılı
ədəbiyyatla bağlı təcrübəmizin tarixi
çox qısadır. Digər tərəfdən
dünya ədəbi prosesindən 70 il
təcrid olunmuşduq.
Səbəblər çoxdur. Bu
məsafəni aradan qaldırmaq üçün
onilliklər lazım olacaq.
- Məncə, yazarlarımız
qapılıb oturublar
burada, gərək müxtəlif ölkələri
gəzib insanlarla ünsiyyətdə olsunlar.
Bakı çayxanalarından "nobelçi"
çıxmayacaq. Bunun üçünsə
"para" lazımdır.
- Əslində heç bir mükafat haqda düşünmədən
yazmaq lazımdır. Qalanı zamanla
düzələr.
- Bəs AYO-dakı (Azad Yazarlar Ocağındakı)
vəziyyəti necə
qiymətləndirirsən, bu
yeni piardır, yoxsa təsadüf?
- Nə təsadüf, nə də piardır. Normal bir prosesdir,
demokratiyaya hazır olmalısan.
- Fikrincə, Azərbaycanı
yaxın zamanlarda xaricdə təmsil edə biləcək yazarımızın adı
nədir? Sizin "Nəsimi" mükafatını bura daxil etmirəm.
- Ədəbiyyat falçılığı
sevmir. Bir vaxtlar Çingiz
Aytmatov üçün
uğurlu yol arzulayan İsa Hüseynov oldu. Amma daha sonra İsa
yerində saydı, Çingiz isə irəlilədi. Aqşin, Cavidan,
Seymur, Əli Əkbər (əgər müdrikləşsə), Jalə,
Şərif və sair - bunların hər biri ədəbiyyatımızı
təmsil etməyə
layiqdir. Amma dünya
şeir yox, nəsr istəyir.
- Buraya Həmid Hərisçiylə
Rafiq Tağını
da əlavə edək.
- Ən rəvan dil Əli Əkbərdə,
ən zəngin dil Aqşindədir. Amma Əli
hələ dərinə
qazmır, Aqşin isə roman potensialını
ortaya qoymayıb.
- Düzdür, əsərlərdə
dil birinci yeri tutur.
- Şərif yaxşıdır,
amma qaçqınlıq
mövzusundan çıxmağa
cəhd etməlidir.
- Əkrəm Əylisli, Seyran Səxavət, Vaqif Nəsib, Mövlud Süleymanlı erası bitdimi?
- Onlar Azərbaycan ölçüsündə böyük
yazıçılardır, gücləri buna çatdı.
- Ən sevdiyin roman hansıdır?
- Orxan Pamukun "Qar" romanı.
- Xarici yazarların hansı indi daha çox
populyardır və o populyarlıqda əsas nədir? Dil,
gözəl süjet xətti, yoxsa yaşadıqları
ölkələrin populyarlığı
- Ciddi ədəbiyyat
baxımından populyar yazıçılar çoxdur və
burada heç də əsas şərt "Nobel" və ya
digər mükafat deyil
- Adlarını çəkə bilərsən?
- Piter Akroyd, Murakami,
Umberto Eko Orxan Pamukdan fərqli olaraq "Nobel"
almayıblar. Amma yetərincə populyardılar.
- Mən də Vişnevskini əlavə edərdim.
Onun "İnternetdə tənhalıq" romanı
ABŞ-da ən çox satılan kitabdır.
- Onların
populyarlığının səbəbi fərqli və
dərin olmalıdır, qısaca cavab budur.
- Bəs sən özün hansı cinahdasan?
- Mən
özümü bugünkü reallıqda 1-2 uğurlu şeir
yazan şair, amma təşkilatçı kimi daha çox
fayda verən şəxs kimi görürəm.
- "Kultaz" və "Alma"nı populyarlaşdıran bir insanın içində, deməli, potensial var. "Kultaz"ın dizaynı çoxlarının
xoşuna gəlir, bəlkə dəyişməyə
ehtiyac yoxdur.
- Dizaynın
köklü dəyişməsindən
yox, imkanlarının
3-4 dəfə genişləndirilməsindən
söhbət gedir.
- Yəqin ki, sən də multimedia əlavə etmək istəyirsən.
- Saytda xəbərlərə də
geniş yer ayırmaq, bir növ mədəniyyətlə
bağlı informasiya
agentliyinə çevrilməkdir
hədəfimiz
- Yeni iri bir
əsər yazırsan?
- Yox, mən şairəm, şeirin irisi-kiçiyi olmur.
- İndi poema yazmaq dəb deyil?
- Məsələ
dəbdə deyil, görünür, sürət
əsrinin təsiridir
- Əzbər bildiyin şeirindən bir neçə bənd deyə bilərsənmi?
- Bu ocağın
odunda yetimlik,
Çörəyinin dadında yetimlik.
Uşağında, qadınında yetimlik,
Yoxsullar vətənsizmiş
Vurulub azərbaycan xəritəsi,
Pəncərəyə şüşə
əvəzi
Sızlayır divarın boz çatlarında,
Unudulmuş kişi nəfəsi.
Qadınlar bədənsizmiş
Ölü işıqlar yağr,
Bu evin ümid təknəsinə
Sığınıb bir yetim uşaq,
Müharibədə ölən atasının
Uzunboğaz çəkməsinə.
Çəkmələr xəbərsizmiş
Bəli, internetin
belə gücü
var. İstədiyin şəxslə
yarım saatın içində söhbət
edib onun dərdinə şərik
ola bilərsən.
Bilmirəm, biz bu qısa bliç müsahibəmizdə Azərbaycanda
ədəbiyyatımızın problemilə sizi yaxından
Sən də
yoxsan
Soyuqsan
Bu da sonum, sonluğum
Şəhər məni əritdi,
Gedirəmg uzaqlara.
Orada yağan yağışlar,
Orada doğan günəşlər,
Bəlkə məni kiritdi.
Bəlkə
Məni
kiritdi
Babək Göyüş
Həftə içi.- 2011.- 26 yanvar.- S. 7.