Dağlıq Qarabağ münaqişəsinin uzanmasına
Rusiya səbəbkardır
Postsovet məkanı üzrə ekspert, amerikalı
politoloq Fredo Arias-Kinqin "Həftə içi"nə
eksklüziv müsahibəsi
Cənubi Qafqaz
bölgəsi həmişə dünyanın aparıcı
dövlətlərinin maraq dairəsində olub. Özünü beynəlxalq və regional güc hesab edən dövlətlərinin
hər birinin ayrıca Qafqaz siyasəti mövcuddur. Bu maraqlar heç də hər zaman üst-üstə düşmür. Bunun acı
nəticəsini isə
Cənubi Qafqazdakı
dövlətlər yaşayır.
Bir çox ekspert Azərbaycanın ən ağrılı problemi olan Dapğlıq Qarabağ münaqişəsinin
həllinin gecikməsini
də məhz aparıcı beynəlxalq
güclərinin maraqlarının
üst-üstə düşməməsi
ilə əlaqələndirir.
2011-ci ildə bölgəmizdə hadisələrin
daha fəal cərəyan edəcəyi
proqnozlaşdırılır. Bu və digər məsələlərlə bağlı
suallarımızı "Həftə
içi"nə eksklüziv
müsahibəsində Cənubi
Qafqaz və Rusiya, postsovet məkanı ilə bağlı analitik məqalələri ilə
tanınan amerikalı
ekspert, "Demokratizatsiya:
The Journal of Post-Soviet
Democratization" jurnalının redaktoru Fredo Arias-Kinq cavablandırır:
- Cənubi Qafqazın gələcəyi
ilə bağlı nə deyə bilərsiniz?
- Geosiyasi
baxımdan Qərbi Balkanlarla birlikdə Cənubi Qafqazın da NATO və Avropa Birliyinin daxil olduğu və bizim Qərb
adlandırdığımız məkana doğru irəliləyəcəyi ehtimal
edilir. ABŞ bölgənin 3 cazibədar
ölkəsi ilə münasibətlərdə müəyyən
fasilə götürüb.
Lakin onun potensialı hələ də gizli olaraq qalır.
Bunun müqabilində isə Rusiya orta müddətdə
Cənubi Qafqazdakı
təsir imkanlarını
itirməkdə davam edəcək. Bu, çox güman ki, bölgəyə sülh gətirəcək.
Rusiya donmuş münaqişələrin
bu halda qalmasını arzulayır.
Çünki Moskva seçilmiş
silahlı qüvvələr
və digər tədbirlərdən istifadə
edərək müəyyən
rejimləri hakimiyyətdə
saxlamaq, digərlərini
isə hakimiyyətdən
endirməyə çalışır.
Lakin Rusiyanın variantları vaxt keçdikcə azalacaq. Moskva Qafqazın özünə
aid hissəsində də
nəzarəti itirməkdədir.
İran və Türkiyəyə gəldikdə isə onlar bölgədə nüfuz uğrunda rəqabətlərini davam
etdirəcək. Ermənistan və
Gürcüstan iqtisadi
güclərə həssasdır.
Bunu Azərbaycana şamil etmək olmaz.
- Azərbaycan və
ABŞ arasındakı münasibətləri
necə dəyərləndirirsiniz?
- Bu münasibətlər
vaxt keçdikcə daha da inkişaf
edəcək və düzələcək. Vaşinqton Azərbaycana
münasibətdə bir
çox səhvlərə
yol verib və çox sayda imkanı əldən buraxıb.
Biz bunu Azərbaycan
barədə də söyləyə bilərik.
Fikrimcə, Əbülfəz Elçibəyin bir sıra ciddi islahat aparmaq üçün real şansları
var idi. Lakin o özünün prezidentliyini
boş yerə sərf etdi. Amma Azərbaycan sonradan bir sıra uğur
əldə etdi.
Bununla da Vaşinqtonun Azərbaycanı həm strateji, həm də real siyasət baxımından cəlb etməsi üçün
imkanları yarandı.
Təbii
ki, buraya ilk növbədə Rusiyadan yan keçən neft kərəmləri daxildir. Türkmənistan prezidenti Berdıməhəmmədovla
Azərbaycanın dövlət
başçısı İlham
Əliyev arasında münasibətlərin yaxşılaşdırılması
regional inteqrasiyanın genişləndirilməsi
və gücləndirilməsinə
şərait yaradır.
Bu inteqrasiya Rusiya
istisna olmaqla bütün tərəflərin
mövqelərini gücləndirir.
Təbii
ki, Dağlıq Qarabağ münaqişəsinin
uzanması və hələ də həllini tapmaması Vaşinqtonla Bakı arasındakı münasibətlərin
daha geniş formada inkişafına əngəl kimi qalmaqdadır.
- Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki
rolunu necə qiymətləndirirsiniz?
- Rusiya bu illər ərzində
özünün kartlarından
digərlərinin ondan
qorxması və heç bir tərəfə etibar etməməsi istiqamətində
istifadə edib. Bütün tərəflər
hiss edirlər ki, onlar taktik baxımdan
Rusiyaya ehtiyac duyurlar. Lakin onların hamısı
bu münaqişənin
tezliklə həllini istəyir və Moskvanın təsirinin birdəfəlik yox olmasından da narazı qalmazdı.
Mən Moskvanın Heydər Əliyevi artıq itirilmiş torpaqlara hücum etməyə həvəsləndirdiyini xatırlayıram.
Bundan sonra İrəvan Rusiyaya inanmadı. Bunun məntiqi nəticəsi olaraq Azərbaycanın, xüsusilə də Ermənistanın daxili siyasətində müəyyən
çaxnaşmalar yaşandı.
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı aparılan danışıqların davam
etdiyi müddətin böyük hissəsində
isə Rusiya Ermənistana yardım edib. Bununla da Rusiya Ermənistanı münaqişənin
həlli ilə bağlı qərarların
verilməməsinə həvəsləndirdi,
problemin intensiv və davamlı olmasını təmin etdi.
- Ermənistanda son zamanlar
Dağlıq Qarabağdakı
separatçı rejimin
tanınmasına dair çağırışlar intensivləşib.
Sizcə, İrəvan
bu addımı ata bilər, yoxsa, sadəcə, Ermənistan tərəfi blef edir?
- Dəqiq
söyləyə bilmərəm.
Bir şey tam aydındır ki, Dağlıq Qarabağ amili Ermənistanın daxili siyasəti ilə sıx bağlıdır.
Bunu
1998-ci ildə ozamankı
prezident Levon Ter-Petrosyana qarşı yarıuğurlu gediş də göstərdi.
Dağlıq Qarabağ tək
xarici yox, həm də daxili məsələdir.
Bunun aydın olmasına baxmayaraq, Ermənistanla bağlı təhlillər
aparmaq getdikcə çətinləşir. Nə qədər qəribə də olsa, milli
şüarlardan istifadə
edərək Ter-Petrosyana
münaqişəni tez
həll etmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq
istəyinə görə
hücum edən inadkar simalar indi özləri bu işlə məşğuldurlar. Bu ənənə Koçaryanın
hakimiyyəti dövründə
başlayıb, lakin Sarkisyanın prezidentliyi dövründə də davam edir. Mən onların "Nikson Çində" kartını oynayaraq bir sıra razılaşmaya
nail olmalarından təəccüblənməzdim.
Belə olan halda onlar
müxalifət tərəfdən
hücumlara məruz qalacaqlar. Ermənistandakı bu qüvvələr
son seçkilərdə Ter-Petrosyana
qarşı həyata
keçirdikləri fırıldaqlardan
sonra hakimiyyətdə
qalmaq üçün
güc tətbiq etməli idi. Bu səbəbdən onlar özlərini kövrək
hiss edirlər. Ona görə
də Ermənistan üçün qeyri-populyar
siyasi sülh prosesini başlamaq gücünə malik deyillər.
- Azərbaycan və
Ermənistan arasında
yeni müharibənin başlayacağını gözləmək
olarmı?
- Bu ehtimalın
reallaşması təhlükəsi
hər zaman mövcuddur. Lakin müharibə hər
iki tərəf üçün faciəvi
olar. Bu xüsusilə
də Azərbaycana aiddir. Azərbaycan son illərdə ordusuna külli miqdarda vəsait ayırıb və hərbi sahədə uğurlar əldə edə bilər. Lakin itirəcəyi çox şey də var. Öncə Rusiya yenə də hər iki tərəflə
oyuna başlayacaq.
Lakin Ermənistana dah çox yardım edəcək. Bununla da
Moskva rəsmi Bakıya Türkmənistan
və amerikalılarla
münasibətlərini genişləndirdiyi
üçün dərs
verməyə çalışacaq.
Rusiya tərəflərdən hansınınsa
tam qələbə əldə
etməsini də istəmir və gərginliyin qalmasında maraqlıdır. Müharibə Azərbaycanın Qərb klublarına inteqrasiyasına
da zərbə vuracaq. Çünki
erməni diasporu Qərb dövlətlərinin
paytaxtlarında Azərbaycan
diplomatiyasından heç
də az
gücə malik deyil. Fransa, çox güman
ki, müharibə qurbanlarının arxasında
Türkiyənin dayandığını
iddia edərək Ankaranı ittihamlayacaq.
Çünki Türkiyə birbaşa
olmasa da, dolayı yolla müharibəyə cəlb
ediləcək. Həmçinin müharibə başlayacağı
təqdirdə Qərbin
nə qədər Ermənistanı inkar etməsinə baxmayaraq, bəzi pan-xristian meyilləri özünü
göstərəcək. Çünki bir çox
insanlar Ermənistanın
ilk xristian dövləti
olduğunu düşünür.
Bir çox Qərb paytaxtlarında antiislam, xüsusilə də antiazərbaycan meyilləri
güclənəcək. Bu Azərbaycanı zəiflədəcək. Müharibə Azərbaycanın digər
sahələrdə, xüsusilə
də enerji dəhlizi, yeni neft-qaz kəmərlərinin
çəkilməsi sahəsindəki
uğurlarına da kölgə sala bilər.
- Bu gün Dağlıq
Qarabağ münaqişəsinin
həlli məsələsinin
digər beynəlxalq platformalarda müzakirəsinə
nə dərəcədə
ehtiyac var?
- ATƏT zarafatdır.
Mən Qorbaçov və Şevarnadzenin 1990-cı ildə
açıq şəkildə
ABŞ-ın (NATO) Avropada
mövcudluğunun sabitləşdirici
qüvvə olması
ilə bağlı söylədikləri fikirlərlə
razıyam. Onlar bu bəyanatları ilə illər boyu aparılan Sovet təbliğatına qarşı
çıxdılar. İndi isə
Rusiya bu mövqeyə qayıdıb.
Lakin bu həqiqi, real bir vəziyyətdir.
Azərbaycan bacardığı qədər ABŞ-a yaxın
olmalıdır. Lakin Saakaşvilinin
keçdiyi xətti keçməməlidir. Mən Avropa
Birliyini də unutmazdım. Lakin onun
rolunu bir bəndlə qeyd etməklə kifayətlənərdim.
Günün sonunda Sarkozi
Avropa Birliyinin istənilən ümumi mövqeyini pozaraq sizə, Gürcüstana təqdim etdiyi kimi, adi barışıq
olan sülh təklifləri ilə gələ bilər.
- Nə üçün
Fransa və ABŞ son
illərdə bu prosesdə passiv mövqedə dayanır?
- Tərəflərin
öz aralarında qarşılıqlı maraq
nümayiş etdirəcəkləri
təqdirdə onların
bu məsələdə
real kömək edə
biləcəyini düşünürəm...
- 2011-ci ildə Cənubi
Qafqazda hadisələr,
sizcə, necə cərəyan edəcək?
- Biz hər
şeyin yaxşı olacağına ümid etməliyik.
Azad Əliyev
Həftə içi.- 2011.-
27 yanvar.- S. 1, 3.