Qarabağda 1991-ci ildə keçirilən
"referendum"un tanınması istisnadır
Azərbaycan vəziyyəti hərbi
əməliyyatlara çatdırmadan,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə nizamlanmasına və Azərbaycan Respublikasının beynəlxalq
səviyyədə tanınan
dövlət sərhədlərinin
sülh yolu ilə bərpasına tərəfdardır.
Bunun üçün Ermənistan
Silahlı Qüvvələrinin
ümumilikdə dövlətimizin
ərazisinin 20 faizini təşkil edən Azərbaycanın işğal
edilmiş ərazilərindən
- Dağlıq Qarabağ
və ona bitişik yeddi rayondan çıxarılması
tələb olunur. Azərbaycan Prezidenti
Administrasiyasının Siyasi
təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın "Exo Moskvı" radiostansiyasına müsahibəsi
zamanı bəyanatını
şərh edərkən
deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları haqda danışan Sarkisyan deyib ki, "münaqişənin yeganə
nizamlanma üsulu sülh üsuludur və yeganə yol Dağlıq Qarabağda referendumun keçirilməsi və ya 1991-ci ildə Sovet İttifaqının qanunvericiliyinə və beynəlxalq hüquqa tam uyğun keçirilən referendumun nəticələrinin
tanınmasıdır". Aslanovun
sözlərinə görə,
1991-ci il dekabrın
10-da Azərbaycanın Dağlıq
Qarabağ regionunda qeyri-qanuni və özbaşına keçirilən
qondarma "referendumun"
nəticələrinin tanınması
qeyri-mümkündür. Belə ki,
hüquqşünasların ekspert rəyinə görə, o, SSRİ qanunvericiliyini
pozaraq keçirilib, heç bir hüquqi bazaya malik olmayıb, bu halda beynəlxalq
hüquqa "uyğunluqdan"
söhbət belə,
gedə bilməz.
"Yeni səsvermənin
keçirilməsi də
qanunvericiliyə zidd olmamalıdır. Əks halda,
o, mənasız olacaq
və hüquqi əhəmiyyəti olmayaraq
analoji şəkildə
tanınacaq. Bundan başqa,
yeni səsvermənin suveren Azərbaycanın ərazisinin davam edən işğalı və Dağlıq Qarabağ regionunun əhalisinin üçdə
birinin qaçqın olması şəraitində
keçirilməsi qeyri-mümkündür.
Avropa Şurasının və
ATƏT-in üzvü olan
dövlətlərin ərazisində
referendumu belə keçirmirlər. Bu ciddi manelər aradan qaldırılacağı
halda, Azərbaycan Konstitusiyasına zidd olmayan səsvermənin keçirilməsi mümkündür.
Onun sözlərinə görə,
Azərbaycan Ermənistanın
ərazi bütövlüyünü
və onun dövlət sərhədlərini
tanıyır və bu məsələdə ondan analoji yanaşmanı
gözləyir, lakin təəssüf ki, bunu görmür.
"Ərazi bütövlüyü
hallanmır və müxtəlif formaları
yoxdur, halbuki xalqların öz müqəddəratını təyin
etməsi konteksdən
asılı olaraq, müxtəlif növdə
- həm daxili, həm də xarici olur. ATƏT-in
"İlk növbədə Ermənistan maksimalist mövqe tutaraq, işğal etdiyi Dağlıq Qarabağ üçün faktiki digər prinsipin üstündən xətt
çəkən öz
müqəddəratını təyinetmə formasını
tələb edir, - o qeyd edib. - Məhz
bu səbəbdən Ermənistanın danışıqlar
prosesindəki indiki mövqeyini qeyri-konstruktiv adlandırırlar. Bu mövqe kompromislər qurmur, əksinə, onu dağıdır, yəni o, konstruksiyaya deyil, destruksiyaya aparır. Məhz burada "Ermənistanın
qeyri-konstruktiv mövqeyi"
anlayışı yer
alır", - Azərbaycan
Prezidenti Administrasiyasının
şöbə müdiri
əlavə edib.
Onun fikrincə, Azərbaycanın öz müqəddəratını təyinetmə
məsələsinə baxmağa
və müzakirə etməyə hazır olması faktı öz-özlüyündə böyük
kompromisdir, belə ki, öz müqəddəratını
təyinetmə Cənubi
Sudanda olduğu kimi, dövlətlərdaxili
münaqişələrin həlli
mexanizmidir, halbuki Ermənistan-Azərbaycan münaqişəsi
açıq-aydın görünən
dövlətlərarası mübahisədir. "Dövlətlərarası
münaqişələrin həlli
suveren dövlətlərin
ərazi bütövlüklərinə
riayət etməyə
əsaslanır və
bu növ münaqişələrdə öz
müqəddəratını təyinetmə yersizdir, belə ki, dövlətlərarası
münaqişələrdə tərəflər onların
ayrıca əyalətləri
deyil, artıq öz müqəddəratlarını
təyin edən müstəqil dövlətlər
olur", - Aslanov vurğulayıb. Onun sözlərinə görə, buna görə də ən son mərhələdə
Dağlıq Qarabağın
hüquqi statusunun müəyyənləşdirilməsi zamanı heç bir səsvermə Azərbaycanın ərazi
bütövlüyünün pozulmasına səbəb olmamalıdır. "Ermənistan
Dağlıq Qarabağ
erməniləri üçün
qondarma "müstəqillik"
tələb etməkdə
davam etsə, biz də ondan Ermənistanın
keçmiş azərbaycanlı
əhalisinin öz müqəddəratını təyin
etməsi üçün
eyni ölçüdə
ərazi ayırmasını
və Ermənistan ərazisində ikinci Azərbaycan dövlətinin
yaradılmasını tələb
etməliyik. Onu, məsələn, "Göyçə-Zəngəzur xalqı" adlandıracağıq.
Lakin biz dalanın dibinə irəliləməkdənsə, hər halda rəsmi Yerevanın konstuktivlik yoluna qayıtmasını istərdik",
- Aslanov əlavə edib.
Həftə içi.- 2011.-
28 yanvar.- S. 2.