Bu il turizm daha da
inkişaf etdiriləcək
Tezliklə işçi qrup
əməli işə
keçəcək
Dünya iqtisadiyyatında ən gəlirli sahələrdən
biri turizm sayılır. Aparılan hesablamalara görə, bu sahədə inkişaf etmiş ölkələr turizmdən
il ərzində
735 milyard dollar gəlir
əldə edir. Azərbaycanda da turizmin inkişafı üçün
böyük potensial
var. Artıq bir neçə ildir hökumət qeyri-neft sektorunun inkişafı üçün turizmi prioritet sahə seçib. Bu sahədə
görülən işlərə
daha da təkan
vermək üçün
prezident 2011-ci ili "Turizm ili" elan etdi. Ölkə başçısı son illərdə
turizm sahəsində əldə olunan uğurlar və gözlənilən mühüm
hadisələrdən danışarkən
bildirdi ki, 2011-ci ildə Bakıda 5 ədəd beşulduzlu mehmanxana açılacaq ki, bu da
dünyada analoqu olmayan bir hadisə
olacaq: "Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər
də tikilməkdədir.
Bölgələrdə də çox
böyük işlər
görülür. Şahdağ qış-yay xizək kurortu, xizək infrastrukturu yaradılır.
Əminəm ki, özəl
sektor da bu təşəbbüsə
qoşulacaq və mehmanxanaların tikintilərinə
başlayacaq. Görülən işlər nəticəsində
Azərbaycana gələn
turistlərin sayı daha artaraq turizm
üçün çox
cəlbedici ölkəyə
çevriləcək. 2011-ci ildə turizmin
inkişafına böyük
təkan verilməlidir".
"Turizm ili"
ilə bağlı tədbirlər planı hazırlanır
Artıq "Turizm ili" elan olunmasıyla bağlı real işlərin
görülməsinə başlanılıb. Belə ki,
Mədəniyyət və
Turizm Nazirliyində işçi qrup yaradılıb və
"Turizm ili" ərzində həyata keçiriləcək işlərlə
bağlı tədbirlər
planı hazırlanır.
Nazirliyin mətbuat xidmətinin rəhbəri
Zöhrə Əliyevanın
"Həftə içi"nə
verdiyi məlumata görə, işçi qrupuna Azərbaycan Turizm Assosiasiyasının
nümayəndələri də
daxil edilib: "Qrupa təhsil ocaqlarının nümayəndələri
də daxil ediləcək. Bu işin koordinasiyası tək nazirliyin üzərinə düşməyəcək.
Nazirlər Kabineti və
digər qurumlar bu işə cəlb olunacaq. Yanvar ayının sonuna qədər "Turizm ili" ilə bağlı ilkin layihə hazırlanacaq və fevral ayının əvvəlində
tədbirlər planı
respublikanın rəhbərliyinə
təqdim olunacaq.
Bundan sonra isə sənədin icrasına başlanılacaq. Proqramın icrası
üçün isə
xüsusi bir işçi qrupu da yaradılacaq".
Z.Əliyeva turizmlə
bağlı görülən
işlər haqda da məlumat verdi: "Mart ayında ilk pilot layihə
olan dağ-xizək yolu istismara veriləcək. Bununla belə, dünya
telekanallarının efirində
Azərbaycanda istirahətə
həsr edilmiş reklam rolikləri yerləşdiriləcək. Ölkə başçısı da vurğuladı ki, tikintisi davam edən "Şahdağ"
kurort mərkəzi dünyasəviyyəli mərkəzə
çevriləcək. Bu mərkəzin istifadəsi
ölkəyə həm
yeni investisiya gətirəcək, həm
də şimal zonasında yaşayan əhali üçün əlavə iş yerlərinin açılmasına
şərait yaradacaq.
Ümumiyyətlə qeyd
edim ki, ölkədə yüksək
tələblərə cavab
verən obyektlərin
yaradılması istiqamətində
son illər xeyli iş görülüb. Yolların təmiri, ölkədə
beynəlxalq tədbirlərin
təşkili turistlərin
sayının artmasına
səbəb olub".
İki və
üçulduzlu hotellərə
də ehtiyac var
"Turizm
ili"nin elan edilməsi bu sahədə işləyənlərin də
ürəyindən olub.
Bakı Səyahət
və Ekspedisiya Bürosunun rəhbəri Ağalar Hacıyev 2011-ci ilin turizm elan
edilməsinin bu sahənin inkişafına
böyük təkan verəcəyini deyir:
"Ölkə başçısı
qeyd etdiyi kimi, ölkədə az ulduzlu hotellərin
tikintisi də çox vacibdir. Bütün turizm ölkələrində
bu hal geniş
yayılıb. Məsələn, Dubayda onlarla 3 ulduzlu hotellərə rast gəlmək olur. Bu otellərdə
qiymətlər ucuz olduğundan turistlər oraya daha çox
üstünlük verir.
Sözsüz ki, bu işdə özəl sektor maraqlı olmalıdır. Ancaq təəssüf
ki, 4-5 ulduzlu hotellərdə qiymət baha olduğundan üstünlük onlara verirlir. 2-3 ulduzlu
hotellərin tikintisi rayonlardan paytaxta gələn aztəminatlı
insanların da ehtiyacını ödəyə
bilər. Estoniyada qəbul
edilən qərara əsasən, respublikaya gələn qonaqlar ancaq mehmanxanada qalmalıdır. Bu həm dövlətə, həm sahibkara, həm də turistin özünə xeyirlidir. Bizdə isə gələn
turistlərin çoxu
evlərdə qalır".
Turizm Baş İdarəsinin rəhbəri
Aydın İsmayılov
isə bildirdi ki, "Turizm ili" ilə bağlı hazırlanan tədbirlər planının
hazırlanmasında iştirak
edir: "Hazırlanma mərhələsində
olan tədbirlər planında turizm sahəsi ilə bağlı bütün məqamlar yer alacaq. Burada 2-3 ulduzlu hotellərin tikintisi, işçi personalın hazırlanması,
bölgələrdə turizmin
inkişafı istiqamətində
görülməsi vacib
olan işlər və s. layihələr öz əksini tapacaq".
Qiymətlər ucuzlaşsa, yaxşı olar
Turizm sahəsində olan problemlərdən biri də Azərbaycanın turizm üçün bahalı ölkə sayılmasıdır. Apardığımız
qısa araşdırma zamanı bəlli oldu ki, hazırda
ölkəmizdəki, hotellərin qiyməti digər turizm
ölkələri ilə müqayisədə
xeyli bahadır. Məsələn,
"Səyahət" turizm şirkətindən bildirildi ki,
qış aylarında istirahət edənlər olmasa da, dəniz
kənarında yerləşən üçulduzlu, hər bir
şəraiti olan hotellərdə bir sutka qalmağın qiyməti
70-90 manatdır. Hoteldəki lüks
otağın bir sutkalıq qiyməti 110 manatdır. Bir həftə istirahət 1500-1700 manata başa gəlir.
"Avro-Turizm" şirkətindən isə bildirildi ki,
"Kiçik qala" hotelində bir günün qiyməti
125, "Delfin" hotelində-115, "Həyat" hoteldə
- 465 dollar, "Həyat Regensu" hotelində - 405 dollar,
"Park İnn" hotelində - 275 dollardır. Qiymətlər regionlardakı trubazalarda da yüksəkdir.
Ancaq Türkiyə, Yunanıstan, hətta məşhur Maldiv
adalarındakı analoji hoteldə bir həftəlik istirahət
bizdəkinə nisbətən xeyli ucuzdur.
"Azərbaycan
mehmanxana kompleksləri
assosiasiyası" İctimai
Birliyinin hotel meneceri Müzəffər Ağakərimov
qiymətlərin bu qədər baha olmasına rəğmən
bəzi hotellərdə
xidmətlərin tələblərə
cavab vermədiyini dedi: "Bu gün hotellərdə çalışan
ofisiant, aşpaz, xidmətçilərin qulluqetmə
qabiliyyəti ilə bağlı problemlər
var. "Turizm ili" çərçivəsində bu
problemlərin həllinə ümid edirik. Həmçinin
yaxşı olar ki, Türkiyə, Kipr, Bolqariya, İtaliya,
Yunanıstan, İspaniya, İsrail və bir çox digər
ölkələrdə olduğu kimi, Azərbaycan da dəniz ətrafı
turizmin inkişafına diqqət yetirilsin. Çünki
bu gün Nabran istisna olunmaqla dənizətrafı turizmin
inkişafı yox dərəcəsindədir. Ancaq Xəzər
dənizi ətrafındakı 850-kilometrlik xətt şimaldan
Rusiya sərhədinədək, cənubdan isə İraqa kimi
olan ərazidə çimərlik, istirahət mərkəzlərinin
yaradılması və burada turizmin inkişaf etdirilməsi üçün əlverişli şərait var. Əgər
sözügedən ərazinin yalnız 70-80 faizini bu məqsədlər
üçün yararlı hesab etsək, 80 million kvadratmetr ərazidə
turizm üçün əlverişli şərait yarana bilər".
Mirvari
Həftə içi.- 2011.- 25 yanvar.- S. 1, 5.