Milli Kitabxanada "Sazımız - sazbəndimiz"
M.F.Axundov
adına Kitabxanada Musa
Nəbioğlunun "Sazımız - sazbəndimiz"
kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə
Milli Kitabxananın direktoru
Kərim Tahirov aşıq sənətinin
Azərbaycan musiqi mədəniyyətində
özünəməxsus yeri olduğunu, xalq
yaradıcılığının ən geniş
yayılmış və xalq tərəfindən
əsrlər boyu qorunub
saxlanılan bir sənət olduğunu vurğulayıb. O,
çıxışında sovet
dövründə qorxa-qorxa üzə
çıxan aşıq sənətinin müstəqillik
dövründə ikinci həyatını
yaşadığını deyib. K. Tahirov təqdimatı keçirilən
"Sazımız - sazbəndimiz" kitabının
Aşıqlar Birliyinin sədri Zəlimxan
Yaqubun bilavasitə təşəbbüsü
və məsləhəti ilə ərsəyə gəlməsindən
danışıb.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev nazirliyin
aşıq sənətinə diqqətindən, ustad sənətkarlara həsr olunmuş
tədbirlərin keçirilməsindən, gənc
aşıqlara qayğıdan bəhs edib.
O, Aşıqlar Birliyinin sədri Zəlimxan
Yaqubun bu sənətin
daha da inkişaf
etməsində əvəzsiz xidmətlərindən söz açıb. Nazir müavini aşıq sənətinin incəliklərindən
danışaraq, bu sənətə vurğunluğunu qeyd edib.
Təqdimat mərasimində
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri,
Milli Məclisin deputatı, professor Nizami Cəfərov,
Aşıqlar Birliyinin I katibi
Məhərrəm Qasımlı, Milli Məclisin
deputatı Aqil Abbas,
Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid aşıq sənəti
haqqında fikirlərini bildiriblər.
Tədbirdə Azərbaycan
Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub da iştirak
edib.
Nigar
Həftə içi.- 2012.- 5 aprel.- S.8.