Bakının biznes mərkəzləri

 

Milli standartlarla tikilən bu mərkəzlərdə xidmətlər qərb standartlarına əsaslanır

 

Bakı öz gözəlliyini hər gün ucaldılan yeni binalarla yanaşı, həm də dəbdəbəli və Avropa standartlarına cavab verən ticarət və biznes mərkəzlərinə borcludur. İndi paytaxtdakı biznes mərkəzləri funksiyası və görünüşünə görə xaricdəkilərdən heç də geri qalmır.

Bu mərkəzlər icarə şərtləri ilə öz ərazilərində bəzən ofis, konsaltinq və maarifləndirmə xidmətləri göstərən firma və şirkətlərə yer verir. Bunların arasında "Avesta Business Center", "Bridge PLAZA", "Caspian Business Center", "Caspian Plaza", "Hyatt Hotels Baku", "ISR Azeri Apart & Business Center", "Landmark-2" digərlərini qeyd etmək olar.

Bəs, bu mərkəzlər müəyyən edilmiş standartlara cavab verə bilirlərmi? Ümumiyyətlə, biznes mərkəzlərinin standartları nəyə əsaslanır və ölkəmizdə bunun üçün müəyyən edilmiş standart varmı?

Ekspertlər bildirirlər ki, bütün dünyada olduğu kimi, ofis əmlakı şəhər hüdudlarında yerləşməsi daha məqsədəuyğundur. Şirkət ofisləri - biznes mərkəzlərinin simasıdır istənilən təşkilat ziyarətçilərinin rəyi ilk növbədə ofis binasının vəziyyəti yerləşdiyi yerlə formalaşır. Bu səbəbdən , ofisin qiymətləndirməsi onun yerləşdiyi yerdən çox asılıdır. Məsələn, elə cəldedici konfrans zalları standart lüks kateqoriyalı mehmanxana nömrələrilə tanınan "Park İNN" otelinin daha çox tərcih edilməsinin səbəbi məhz dənizkənarı bulvarın yaxınlığında yerləşməsidir. Bundan başqa, "Natavan" biznes mərkəzinin beşulduzlu "Hyatt" H.Əliyev adına İdman-Konsert Komplesinə yaxın yerləşməsi təsadüfi deyil.

"Caspian Plaza" "Caspian Business Center" mərkəzləri bir-birinin yaxınlığındadır. Öz növbəsində "Landmark 2" "Xaqani" ticarət mərkəzi şəhərin mərkəzində üçulduzlu "Bakı-Balion" mehmanxanasının "Sultan İnn" Butik Otelin yaxınlığında yerləşir.

Otellərin biznes mərkəzlərinə yaxınlığı əcnəbi şirkətlərə öz əməkdaşları üçün yaxın iş və yaşayış yerini təşkil etməyə imkan verir. Bu gün tikilən istər ticarət, istərsə də biznes mərkəzləri ilk növbədə bunu nəzərə alırlar.

 

Dünya standartları necədir?

 

Biznes mərkəzlərinin harada yerləşməsi onların bazar dəyərinə və oradakı icarə haqqı qiymətlərinə təsir edən ikinci dərəcəli amildir. Dünya praktikasında bu cür binaların qiymətləndirilməsinin dəqiq sistemi tətbiq olunur. Ofis binalarının təsnifatının üç növü (A, B, C) geniş yayılıb. A sinfindən olan ofis binaları 20 standart kriteriyadan, heç olmasa, 16-na, B sinfindən olan binalar 10-na, C sinfindən olan binalar isə, 8-nə uyğun gəlməlidir.

İlk növbədə özünü konstruktiv həlli ehtiva edən binanın tipi mühüm rol oynayır, icarə verən tərəf isə, onun mülkiyyət və istismar hüququnu təsdiqləyən düzgün və dolğun sənədə malik olmalıdır. Məsələn, bina monolit-karkasdan ya metal-karkasdan ibarət olmalıdır. Amma tipindən asılı olmayaraq, hər bir mərtəbənin hündürlüyü 3,6 metrdən az olmamalıdır. Binanın tikildiyi il vacibdir: yeni bina (yaşı 3 ildən az olmalıdır) ya nisbətən yaxın zamanlarda tikilən bina tam bərpa olunmalıdır.

İstənilən halda, bu cür binaların qiymətləndirilməsi mühəndis qurğusu sisteminin bazasında aparılır. Biznes standartlarının qiymətləndirilməsindəki beynəxlaq standartlar mərtəbələrarası örtüyə düşən ağırlıq (icazə verilən ağrlıq - 1 kvadratmetr üçün 400-500 kq), quruluş və interyerin dizaynına əsasən müəyyən edilir.

Açıq quruluş sistemi ofisin içərisini icarəyə götürən tərəfin tələblərinə və istəyinə uyğun dəyişdirməsinə imkan verir. Daxili quruluş müəllif dizaynına və ya icarəyə götürən tərəfin sifarişi ilə yüksək keyfiyyətli materiallardan istifadə etməklə gerçəkləşdirilə bilər.

Burada təbii işıqlandırma dərəcəsi, pəncərələrdən görünən mənzərə və pəncərələrin özünün müasir və keyfiyyətli olması da mühüm amillərdəndir. Üstəlik, kondisioner və ventilyasiya sisteminin standartlarının mövcudluğu, iki müstəqil enerji təchizatı mənbəyi, optik lifli telekommunikasiyalar, binada telekommunikasiya xidmətlərinin keyfiyyətli provayderi, qorunan avtodayanacaq, aparıcı dünya istehsalçılarının müasir yüksəksürətli liftləri, I mərtəbədə mərkəzi qeydiyyat xidməti, əməkdaşlar üçün kafe-yeməkxana, bankomat, fitnes mərkəz, gözəllik salonu, mühafizə xidməti, müasir təhlükəsizlik sistemi və binaya giriş nəzarəti də önəmlidir.

 

Milli standartsız mərkəzlər...

 

Bakıda A, B və ya C sinfinə mənsub olması ilə öyünə biləcək biznes mərkəzi az tapılar. Çünki bunun üçün əcnəbi sertifikatlı mütəxəssislərin - qiymətləndiricilərin ya qiymətləndirmə şirkətlərinin rəyi zəruridir. Onlardan əksəriyyəti, bu standartlara uyğun müəyyən özəlliklərə malikdirlər. Bu ya digər biznes mərkəzinin təsnifatlaşmasına imkan verən milli standartlar isə demək olar ki, yoxdur.

Qeyd edək ki, Standartlaşma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif tikinti standartlarını uğurla tətbiq edir. Bu standartlara əsasən, şəhərdə istənilən binanı ən yüksək texniki tikinti xarakteristikasına müvafiq olaraq, ucaltmaq ya bərpa etmək olar. Bunun nəticəsi kimi, Azərbaycanın iri şirkətləri biznes mərkəz üçün nəzərdə tutulan binaları tikərkən milli tikinti standartlarına əsaslanırlar, xidmət sahəsində isə qərb standartlarını əsas götürürlər. Ancaq biznes mərkəzlərinin təsnifatlaşmasına imkan verən milli standart yoxdur.

 

Bəs, Azərbaycanda...

 

Fəaliyyət göstərən biznes mərkəzlərinin sahibləri onların dünya standartlarına dəqiq uyğunluğu ilə maraqlanırlarmı?

"Avesta Business Center"in tikinti işləri üzrə vitse-prezidenti Emil Tağıyev açıqlamasında "Avesta Business Center"də icarəyə götürülən kommersiya obyektlərini işgüzar şəxslərin təmsil etdiyini bildirdi. Onun sözlərinə görə, ofislərin Bakının mərkəzində yerləşib-yerləşməməsi prinsipial əhəmiyyət daşımır: "Bu ofis şəhərin kənarında da ola bilər. Bizim şirkətin cəmi bir biznes mərkəzi var, bu bina "Gənclik" metrostansiyası bölgəsində yerləşir. Əlbəttə, bu, icarənin dəyərinin müəyyənləşməsi zamanı əhəmiyyət daşıyır. Amma icarəyə verən tərəf obyektlərin icarə qiymətini müəyyənləşdirərkən bir sıra məqamları nəzərə alır".

İcarəyə götürən tərəfin üstünlük verdiyi amillərə gəlincə, onları əsasən liftin işləməsi və kommunikasiyaların vəziyyəti maraqlandırır. "Avesta Business Center"də 1 kvadratmetr yerin icarəsi 25 dollardır.

Qeyd edək ki, 14 mərtəbəli binanın yalnız 12-si icarəyə verilib. Emil Tağıyevin sözlərinə görə, Bakıdakı biznes mərkəzinin yerindən və göstərdiyi xidmətdən asılı olaraq, bu rəqəm 10-60 dollar civarında dəyişə bilər.

"Landmark-2 Business Center"dən isə binanın A kateqoriyasına uyğun gəldiyini bildirdilər. Əlavə etdilər ki, məhz bu səbəbdən Asiya İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma İnkişaf Bankı ATƏT kimi beynəlxalq qurumlar burada yerləşmək istəyiblər. Bildirdilər ki, tikilinin ofis binalarının ən yüksək standartlarına uyğunluğunu sözügedən qurumların ekspertləri yoxlayır. "Landmark-2 Business Center"də 1 kvadratmetr yerin qiyməti 40-48 dollardır.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 6 aprel.-S.8.