El üçün yanan ürək
Özü
dünyadan köçsə də, xeyirxah əməlləri
həmişəyaşar Arif Əliyev haqqında ballada
"Ulu
körpü" qəzetinin xüsusi buraxılışı
təsadüfən əlimə düşmüşdü.
1959-cu ildə qədim Borçalı elinin Bolnisi rayonun
Faxralı kəndində dünyaya göz açmış
eloğlularımızdan birinin - Arif Əliyevin keçdiyi
şərəfli həyat yoluna, nakam ömrünə həsr
olunmuşdu bu buraxılış.
Jurnal halında
çıxan bu qəzetin səhifələrini vərəqlədikcə
oxucunu istər-istəməz özünə çəkən,
ürəkləri riqqətə gətirən ifadələrlə,
kədərli cümlələrlə rastlaşırsan.
Qeyri-ixtiyari olaraq səhifələrin arasında haqqında
danışılan insanın taleyinin haralara gedib
çıxdığını bilmək istəyirsən.
Arif
Əliyev 1982-ci ildə Bakı Dövlət Universitetinin
fizika fakültəsinin elektronika
bölməsini fərqlənmə diplomu
ilə bitirdikdən sonra
Gürcüstanın Neft və
Qazçıxarma İdarəsində aparıcı mütəxəssis
kimi əmək fəaliyyətinə
başlayıb. 2007-ci ildə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi
açılanda əmək fəaliyyətini burada
davam etdirir. Əsasən,
sosial layihələrə rəhbərlik
edən Arif Əliyev qısa zamanda burada böyük nüfuz
qazanıb. Onun təşəbbüsü
və birbaşa rəhbərliyi ilə
Gürcüstanın müxtəlif bölgələrində sosialyönümlü layihələr həyata
keçirilib. Ömrünün
sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində
çalışıb.
Tanınmış şəxslərin və
sənət adamlarının, yaxın dostlarının ürək
sözlərindən də görünür
ki, Arif Əliyev ucqar Faxralı kəndinin dağları kimi əzəmətli, özü
kimi təbii, suları kimi
saf və el yanında
həmişə üzü ağ, alnı açıq olub.
Həyatdan vaxtsız köçməsinə baxmayaraq,
Arif Əliyev zamanın
sınağından çıxmış, mənəvi dəyərlərdən
güc almış bir
insan kimi yetişib. Zəhmətini, biliyini,
həyat təcrübəsini, səlahiyyətlərindən yaranan imkanlarını xalqına, doğma camaatına yönəldib. Anlayıb ki, vəzifə də, şöhrət də,
hər cür mal-mülk
də gəldi-gedərdi, bir gün yəhərdən enəcək. Enməyən
isə xalqa sədaqətlə xidmət
etməkdir.
Xalq şairi Zəlimxan Yaqub yazır ki, Almaniyada ağır cərrahi əməliyyatdan
çıxıb Bakıya təzəcə
qayıtmışdı. Əməliyyat sonrası ağrılar
canımdan çıxmamış Borçalıdan gələn
Arif Əliyevin vaxtsız ölüm
xəbəri bütün
borçalılar kimi onu
da sarsıdıb. "Arif Faxralı kimi bir ağır eldə doğulub
boya-başa çatsa
da, xeyirxahlığı, insanpərvərliyi,
humanistliyi, hələ gəncliyindən
Borçalının ağır taxtalı kişilərinə
məxsus təmkinliyi onun
sorağını çoxdan bu kəndin hüdudlarından uzaqlarda
yaymışdı", - deyir xalq şairi. Onun sözlərinə görə, son illərdə ARDNŞ-nin
Gürcüstanda rəsmisi kimi qayğıları ilə yanaşı, xeyirxah missiyası da xeyli artırmışdı Arifin:
"Tiflisdə və bölgələrdə
soydaşlarımızla bağlı həyata keçirilən
tədbirlərin əksəriyyəti məhz onun
yaxından köməkliyi ilə baş tutub. Belə tədbirlərin bir neçəsində mən də iştirak etmişəm. 2009-cu ilin
yazında Tiflisdə ustad aşıq Əmrah
Gülməmmədovun anadan
olmasının 100 illik yubileyinin
qeyd olunmasında onun
göstərdiyi qayğının bilavasitə şahidi oldum. 2010-cu ildə
Tiflisidə mənim 60 illik yubileyimin qeyd olunduğu günlərdəki fəallığını,
sevincini isə unutmaqmı olar.
Arif Əliyev kimi
oğulların itkisi bir
ailənin, bir kəndin itkisi
deyil, bütövlükdə xalqın itkisidir".
Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
isə Arifin çox
qısa zamanda Borçalı türklərinin
simvoluna çevrildiyini
söyləyir. Onun sözlərinə
görə, Borçalıda elə bir məclis
olmayıb ki, orada Arif Əliyev özünün
xüsusi dəstəyi, dəyərli məsləhətləri
ilə fərqlənməsin: "Arif həm
də gürcü cəmiyyətinin, gürcü millətinin itkisidir.
O, Gürcüstanın bütövlüyü,
Borçalı türkləri ilə gürcü
cəmiyyətinin vəhdəti yolunda böyük işlər görür,
Azərbaycanla Gürcüstan əlaqələrinin
gələcəyinə çox böyük inamla
baxırdı".
Şair-publisist Səməndər Məmmədov
isə onu parlaq zəka,
yanar ürək sahibi
kimi dəyərləndirir. Onun sözlərinə görə, Arif Əliyevin heyirxaqlığından, həyata
keçirdiyi layihələrdən saatlarla danışmaq olar.
Yolların çəkilməsi, körpülərin
salınması, məscidlərin tikilməsindən tutmuş insanların həyat səviyyəsinin
yaxşılaşdırılmasınadək müxtəlif tədbirləri
həyata keçirmək Arif Əliyevin həyat
amalı olub: "Arif
el-oba üçün
sözün əsl mənasında yanar ürək idi. Azərbaycandan
Gürcüstana gedən elə bir dövlət rəsmisi, iş
adamı, yaxud mətbuat işçisi
tapmaq çətin olardı ki, orada Ariflə
görüşməmiş olsun. Elm, mədəniyyət və incəsənət
adamlarına da xüsusi
qayğı ilə yanaşardı. Borçalının söz ustadlarından şair
Nəbi, Aslan Kosalı, aşıq Əmrah
və digərləri ilə bağlı tədbirlər onun təşkilatçılığı, əsl
ziyalı canyananlığı ilə yanaşması sayəsində
mümkün olmuşdu.
Arif həqiqətən də böyük ürək, böyük
ağıl sahibi idi və
bunu onu son mənzilə yola salan izdihamlı vida mərasimi
də sübut etdi.
Borçalı ictimaiyyəti, Gürcüstan
azərbaycanlıları arasında elə bir
ziyalı, elə bir vəzifəli şəxs
qalmadı ki, onunla son görüşə gəlməsin. Gürcüstan parlamentinin
üzvü Azər Süleymanov,
Kvemo Kartli
(Borçalı) qubernatorun müavini Hüseyin Yusifov və digər hörmətli şəxslər
öz çıxışlarında Arifin el adamı olduğunu dönə-dönə
vurğulayardılar".
Kvemo Karpi qubernatorun müavini Koba Kobiaşvili, Bolnisi Rayon İcra
Hakimiyyətinin başçısı Losif
Laliyaşvili və milliyyətcə gürcü olan digər vəzifəli
şəxslər, elm və sənəd
adamları da Arif Əliyev
haqqında xoş təəssüratlarla
danışırlar. Həmin şəxslər "Ulu körpü"nün xüsusi
buraxılışında yazırlar ki,
gürcülər Arif Əliyevi heç də azərbaycanlılardan az sevmirdilər.
...Öz ziyasını,
işığını insanlardan əsirgəmədi,
işıq ömrü yaşadı, sevdi, sevildi və getdi Arif. O, təkcə Azərbaycan
xalqının deyil, o,
türk dünyasının bir oğlu idi.
Göz açdı dünyaya
bir insan kimi,
Dərk
edib dünyanı tərk etdi Arif.
Xariqələr
yaratdı el-oba üçün,
Tanrı
dərgahına yol getdi Arif.
Qələndər Xaçınçaylı
Həftə
içi.- 2012.- 11 aprel.- S.2.