Fəzanı fəth edən Qaqarin
Son
uçuşdan sonra yoxa çıxan Qaqarinin qəza nişanəsi:
parçalanmış gödəkçə və yemək
talonu
Aleksey İvanoviç
Qaqarin və Anna Timofeyevna Matveyevanın ailəsində
1934-cü il, mart ayının 9-da Rusiyanın Smolensk vilayətindəki
Qjatsk rayonunun Kluşino kəndində bir oğlan dünyaya gəldi.
Sarışın, qızıl saçlı və mavi
gözlü bu körpənin adını Yuri qoydular.
Amma o vaxt heç kim
bilmirdi ki, dünyaya gələn bu körpəni bir vaxtlar
bütün dünya tanıyacaq və hər dəfə onun
adı gələndə milyonlarla insanın qəlbi
coşacaq. O, təkcə ailəsinin balaca oğlu Yuri deyil,
dünyanın tanıdığı kosmonavt Yuri Qaqarin olacaq.
Müharibə
başlayanda Yurinin 7 yaşı vardı və o, məktəbə
getməyə hazırlaşırdı. Amma
məktəbə getmək ona nəsib
olmadı. 1941-ci ilin iyunun
22-də Almaniya SSRİ üzərinə hücum etdi və
müharibə başladı. Nəticədə, balaca Qaqarin bir neçə il ərzində
alman işğalı altında olan ərazidə yaşamalı oldu. Ancaq 1943-cü il, aprel ayının 9-da
isə hücuma keçən sovet ordusu yenidən Smolensk vilayətini azad etdi. 1945-ci ildə Qaqarinlər ailəsi Qjatska köçdülər.
Qaqarin təhsil
almaqla bərabər, aeroklubda
da məşğul olmağa
başladı.
O, ilk üçuşunu
1955-ci ildə "YAK-18" təyyarəsində edir. Qısa müddətdə 196 dəfə havaya qalxdı və 42 saat
23 dəqiqə uçuş keçirir. Elə həmin ilin
payızında hərbi xidmətə
çağırılır və Orenburqda
xidmət etməyə başlayır. Təyyarəni sərbəst
idarə edə bildiyi üçün
Qaqarini Orenburqdakı Hərbi Aviasiya Məktəbinə oxumağa
göndərirlər.
Yuri 1959-cu ildə ailə həyatı
qurur. Həmin dövrdə SSRİ-də kosmosun fəthi sahəsində bir-birinin
ardınca uğurlar əldə edilməkdə
idi. Ona görə də
bu sahə əksər gəncləri maqnit kimi özünə
çəkirdi. Qaqarin də kosmosa can atırdı. Bu məqsədlə o,
1959-cu ildə Moskvadakı Kosmik Tədqiqatlar
Mərkəzinə müraciət edərək, kosmonavtlar sırasına daxil
olmaq istədiyini bildirdi.
Qaqarinin ərizəsi nəzərə
alındı və həmin il Moskvaya çağırıldı. O, burada digər namizədlərlə birlikdə
kosmosa uçuşa
hazırlaşmağa başladı.
108 dəqiqəlik
dünyaşöhrətli uçuş
Kosmonavt olmaq istəyənlərin
boyu 170 santimetrdən hündür,
çəkisi isə 72 kiloqramdan
ağır ola bilməzdi. Qaqarinin
isə boyu 165 sm,
çəkisi isə 57 kiloqram idi. O, bu göstəriciləri
ilə SSRİ-də kosmosun atası hesab edilən Korolyovun istəklərinə
cavab verirdi. Korolyov kosmosa göndərilməsi
üçün 20 nəfər namizəddən
yalnız 6-nı seçdi. Qaqarin də onların arasında idi. Korolyov 6 namizəddən sonda yalnız
iki nəfəri- Qaqarini
və German Titovu
saxladı. Qaqarin kosmosa
uçmalı idi, Titov
isə hər hansı bir hadisəyə
qarşı onun əvəzedicisi kimi ehtiyatda
saxlanılmışdı. Hər ehtimala
qarşı kosmosa ilk
insan göndərilməsi ilə
bağlı "İTAR TASS" üçün
3 bəyanat hazırlanmışdı. Bunlardan birincisi, uçuş uğurla baça çatacağı halda,
ikincisi, kosmik gəmi
hansısa bir səbəbdən dənizə
və ya başqa bir ölkənin ərazisinə düşəcəyi,
üçüncüsü isə, Qaqarin faciəli şəkildə həlak
olacağı halda səsləndirilməli
idi.
1961-ci il,
aprel ayının 12-də Moskva
vaxtilə saat 09:17-də
Qazaxıstandakı Baykonur Kosmodromundan
"Vostok-1" kosmik gəmisi start götürdü. Yer ətrafında dövrə vuraraq,
108 dəqiqə orbitdə qalan Qaqarin yenidən geri
qayıtdı. Amma enmə aparatında baş verən texniki
nasazlıq ucbatından o nəzərdə
tutulduğu kimi,
Stalinqraddan (indiki Volqoqrad)
110 kilometr aralı deyil,
ondan xeyli uzaqda olan Saratov
vilayətindəki Engels şəhəri
yaxınlığında yerə endi. İlk dəfə gözlənilməz
qonağı qarşılayan yerli meşəbəyinin
həyat yoldaşı Anna Akimovna
Taxtarova və onun 6
yaşlı nəvəsi Rita oldu.
Bir uçuşla dəyişən həyat
Qaqarinin Engels yaxınlığında
enməsindən az sonra
yerli aeroportdan
"Mİ-4" təyyarəsi havaya
qalxdı. Ona Qaqarini
axtarıb tapmaq
tapşırılmışdı. Amma təyyarə
hadisə yerinə gələnə kimi Qaqarin ilk rast
gəldiyi yük maşınına minərək,
Engels şəhərinə gəlmişdi.
Onu buradan dərhal hərbi
hava limanına apardılar. Moskvaya isə belə bir teleqram göndərildi: "Qaqarin
tapılıb və Moskvaya yola salınacaq". Engelsdən də Qaqarin SSRİ-nin o vaxtkı rəhbəri Nikita
Xruşşovla telefon
əlaqəsinə girərək, ona uçuşun uğurla başa çatdığı barədə raport verdi.
SSRİ də və eləcə də dünyada
Qaqarinin kosmosa
uçması milyonların bayramına çevrilmişdi.
"Vnukovo"
təyyarə meydanında Qaqarin böyük təmtəraqla
qarşılandı. Oradan onu
birbaşa Qızıl meydana
apardılar. Yüz minlərlə
insanın yığıldığı Qızıl
meydanın tribunasında Xruşşov tərəfindən
hərarətli şəkildə qarşılanan Qaqarin daha bir
gözlənilməz hadisənin şahidi
oldu. Xruşşov
SSRİ Ali Soveti tərəfindən
Qaqarinin Sovet
İttifaqı Qəhrəmanı adına layiq
görüldüyünü bəyan etdi və "Qızıl ulduz"u ona təqdim etdi. Bu sovet
imperiyasının II Dünya müharibəsindən
sonra yaşadığı ən sevincli anlarından biri idi. Həmin təntənəli günlərdə
Rusiyanın doğum evlərində anadan olan oğlan
uşaqlarının böyük əksəriyyətinə
Qaqarinin şərəfinə Yuri adı verdilər.
Lakin Qaqarin son dövrlərdə özünə
münasibətin xoşagəlməz şəkildə dəyişdiyini
hiss edirdi və o, özü də
artıq yaşadığı həyatdan bezməyə
başlamışdı.108 dəqiqəlik uçuş
Qaqarinin həyatını başdan
ayağa dəyişmişdi. O,
dünyanın ən məşhur insanlarından birinə çevrilmiş və bunun
təsiri altında dəyişilərək tamam
başqa bir adam olmuşdu. Həmin vaxtda istər ölkə daxilində, istərsə
də xaricə səfərləri zamanı çoxsaylı insanlarla görüşməsi və bu görüşlərin yemək masası
arxasında başa çatması onun sərxoşluğa meyilini
gücləndirmişdi. Eyni zamanda, Qaqarin xeyli kökəlmişdi. Bu
isə onun idmanla məşğul
olmasına və aviauçuşlarda iştirak etməsinə imkan
vermirdi. Buna baxmayaraq, rəsmi dövlət rəhbərləri
belə, onun sərxoşluğuna və
şıltaqlığına göz yumurdular.
Qaqarin artıq təkbaşına uçuş etməyə hazır deyil və bu onu faciəyə doğru
aparır. O, isə sınaq uçuşlarında iştirak etməkdə israrlı idi. Buna görə də onun istəyi ilə hesablaşmağa
məcbur oldular və xahişini
nəzərə alaraq, Qaqarini
Aya enməyi nəzərdə tutan kosmik gəmilərdən
birinin ekipajı təyin etdilər.
Gödəkcə parçaları
və yemək talonu...
1968-ci il, mart
ayının 27-də, Moskva vaxtilə saat 10:18-də Qaqarin və
Seregin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxdılar. Hava
olduqca sakit və
açıq idi. Sınaq uçuşu
20 dəqiqə nəzərdə tutulmuşdu.
Amma saat 10:30-da Qaqarin yerə enmək üçün
icazə istədi. Bundan sonra
təyyarə ilə əlaqə kəsildi. Əvvəlcə,
bunu heç kəs
faciə kimi qiymətləndirmək istəmədi
və hamı səbirlə təyyarənin tezliklə yerə
enəcəyini gözlədi. Amma az sonra
artıq uçuş-sınaq meydanında hamı təşvişə
düşdü. Dərhal həyəcan
siqnalı verildi və itən təyyarənin
axtarışına başlanıldı. Yalnız 3 saatlıq
axtarışdan sonra saat
14:50-də təyyarənin qalıqlarını
uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi
ətrafında tapmaq mümkün
oldu. Ertəsi gün Qaqarinin yay
uçuşlarında geydiyi gödəkcənin
parçaları və onun adına olan yemək talonu aşkar edildi. Faciənin
səbəblərini araşdırmaq üçün
dövlət komissiyası yaradıldı. Bu
komissiyaya yüzlərlə ekspert cəlb edilmişdi.
Onlar qəza baş
verən ərazini araşdırırdılar.
Naməlum qəza və yoxa çıxmış Qaqarin
Moskvada və dünyada
çoxları bu qəzanın
arxasında düşmən əli olduğu
qənaətində idi. Amma
bunu sübut etmək üçün tutarlı bir
dəlil yox idi. Ona görə də araşdırma aparan komissiyanın çıxardığı
yekun nəticə ictimaiyyətdən gizli saxlanıldı. Yalnız o
məlumdur ki, Qaqarin uçuşdan əvvəl həyat
yoldaşına məktub yazaraq, onunla vidalaşıbmış. Nə üçün? Qaqarin sonuncu dəfə uçuş
etdiyini haradan bilirmiş? Bəlkə də, ona
bununla bağlı nə isə məlum idi? Bu suallara
isə bu günə kimi
cavab tapılmayıb. Şübhələri
artıran bir məsələ də Qaqarinin həyat yoldaşına
ünvanladığı son məktubunun
mahiyyəti barədə mətbuata açıqlama verilməməsidir.
Ola bilsin ki, Qaqarin
bu məktubunda nəyə isə işarə
vurubmuş. Əgər Qaqarin
son məktubunda həyatından və ya yaşayışından
razılığını ifadə edəcək bir söz belə
yazsaydı, sovet ideologiyası dərhal bundan vətənpərvərlik təbliğatı
üçün gen-bol
istifadə edərdig Amma görünür, Qaqarinin vida məktubunda ətrafındakılardan
narazılıq ifadə edən sözlər daha
çox olub. Bəlkə
də, məktubda məhz elə bunlardan bəhs
edib.
Qəzada həlak olan
hər iki təyyarəçinin cəsədləri
axtarılmışdı. Amma yalnız Sereginin cəsədinin ayrı- ayrı hissələrini
tapmaq mümkün olmuşdu. DNK yoxlaması da
hissələrin Sereginə aid olduğunu göstərirdi.
Bəlkə də o,
heç ölməyib
Bu gün də Qaqarinin yoxa
çıxması və Sereginin ölümü ilə bağlı çoxlu sayda ehtimallar var. Bəzi ehtimallara görə, Seregin
son vaxtlar xəstə
idi, ancaq onu sınaq uçuşu
keçirməyə məcbur edirdilər. Nəticədə,
guya havada Sereginin ürəyi ağrıyıb və bunu görən Qaqarin onu darda qoymaq
istəməyib. Bu da
nəticədə təyyarənin idarəsinin itirilməsinə
və qəzaya səbəb olub. Amma ortada bir
acı fakt da var: Sereginlə müqayisədə Qaqarinin cəsədinin qalıqları aşkar edilməyib. Bu da Qaqarinin sirli
ölümü ətrafında
çoxsaylı əfsanələrin yaranmasına səbəb
olub. "Vəfat" edəndən sonra onun adı əbədiləşdirilib.
Qjatsk rayonu Qaqarin adlandırılıb. Moskvada
və SSRİ-nin hər yerində onun adına küçələr və parklar salınıb. Bütün
bunlara baxmayaraq, bu günədək Qaqarinin
müəmmalı şəkildə yoxa
çıxması ilə bağlı sirrin
üstünü açmaq
mümkün olmayıb.
Nigar İxtiyarqızı
Həftə
içi.- 2012.- 14-16 aprel.- S. 16.