Baş kulinarla mətbəx söhbəti

 

Təxminən bir ilə yaxındır ki, bütün Azərbaycan "Eurovision"a hazırlaşır. Şəhərin küçələri, otel restoranlar, xidmət sahələri - bir sözlə, hər kəs öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır ki, ölkəmiz bu beynəlxalq əhəmiyyətli tədbirdən üzüağ çıxsın.

Bu sırada ən mühüm məsələlərdən biri ölkəmizə təşrif buyuracaq əcnəbi qonaqların milli mətbəximizdən dərəcədə məmnun qala biləcəyidir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovla söhbətimizdə bu məsələ ilə bağlı hazırlıqlardan danışdıq:

-"Eurovision" yarışmasına sayılı günlər qalıb. Sizcə, milli mətbəximiz əcnəbi qonaqları qarşılamağa hazırdırmı?

-Milli mətbəx kulinariyamız hər zaman qonaq qarşılamağa da, onu baş ucalığı ilə yola salmağa da hazırdır. Amma bunu restoranlara aid edə bilmərəm. Çünki onlarla bağlı bizə heç bir tapşırıq verilməyib. Üstəlik, restoranların çoxu bu gün gərəkən standartlara cavab vermir. Oradakı aşpaz ofisiantların əksəriyyəti əcnəbi qonaq qəbul etmək iqtidarında deyil. Bunun üçün peşəkarlara ehtiyac var.

- Qonaqlara xidmət edəcək aşpaz ofisiantlar həkim nəzarətindən keçməlidirmi? Ümumiyyətlə, bu proses həyat keçirilirmi?

- Prosesin dərəcədə həyata keçirildiyindən məlumatsızam. Çünki bu işə nəzarət bizə həvalə olunmayıb. Amma nəzərə almaq lazımdır ki, bu gün aşpaz ofisiantların 90 faizi həkim nəzarətindən keçmir. Çünki onların heç biri sənədləşmir. Bu işə isə Səhiyyə Nazirliyi, restoran sahibləri onları idarə edən qurumlar nəzarət etməlidir.

- "Milli mətbəx kulinariyasının təqdimatı üçün böyük maliyyə zaman lazımdır" demişdiniz. Zaman artıq yetişib, bəs maliyyə necə?

- Yenə deyirəm, "Eurovision" yarışması ilə bağlı bizim mərkəzə heç bir tapşırıq verilməyib. Bundan sonra da belə bir göstərişin verilməsi üçün çox gecdir. Yəqin ki, məsələ ilə bağlı digər təşkilatlara kifayət qədər maliyyə ayrılıb. Onlar da vaxt yetişəndə öz fəaliyyətlərini ortaya qoyacaq. Biz nəyin necə baş verdiyinin birlikdə şahidi olacağıq.

- Müsabiqə milli yeməklərimizin Avropada təbliğatı rolunu oynaya bilərmi?

- "Eurovision-2012" müsabiqəsi bizim üçün çox gözəl fürsətdir. Bu müsabiqə milli mətbəximiz üçün əsl təbliğat rolunu oynaya bilər. Bir çox ölkələr var ki, bu fürsətdən necə lazımdır istifadə edirlər. Milli dəyərlərin, milli mətbəxin, milli musiqinin dünyaya çatdırılması üçün məncə bundan gözəl fürsət ola bilməz. Çünki ölkəyə dünyanın dörd bir yanından turistlər gəlir biz onlara özümüzəməxsus şəkildə xidmət göstərməliyik.

- Sizcə, aşpazlarımız avropalı qonaqların qarşısına çıxacaq milli yeməklərimizi layiqincə nümayiş etdirəcək qədər peşəkardırlarmı?

- Bizim assosiasiyanın üzvləri yalnız peşəkarlardan ibarətdir. Amma digər aşpazlar barədə bunu demək çətindir. Çünki telekanallardakı aşpazların sərgilədiyi yeməklər göz qabağındadır. Orada demək olar, milli mətbəxdən əsər-əlamət yoxdur. Hər kəs bilməlidir ki, həmin verilişlərdə nümayiş olunan yeməklərlə Azərbaycanın milli mətbəxini müqayisə etmək olmaz.

- Milli yeməklərimizin tez-tez erməni "təcavüzünə" məruz qaldığının şahidi oluruq. Məsələn, dolma oğurlanan yeməklər sırasındadır. Bir mütəxəssis kimi fikrinizi bilmək istərdik ki, bu yemək Qafqaz xalqlarına aiddir, yoxsa sırf Azərbaycanın milli yeməyidir?

- Milli yeməklərlə bağlı hüquqlarımızı qanuniləşdirmək, qeydiyyata saldırmaq üçün dünya miqyasında mexanizmlər var dünya bunun üzərində işləyir. Hazırda Müəllif Hüquqları Agentliyi, Mədəniyyət Turizm Nazirliyində bunun üzərində aparır. Vaxtilə Azərbaycan mətbəxinə xüsusi qurulma rejiminin tətbiq edilməsi haqqında prezident sərəncamının Nazirlər Kabinetinin qərarlarının layihələri hazırlandı mədəniyyət turizm naziri Əbülfəs Qarayevin imzası ilə göndərildi. Lakin o sənəd 3 dəfə Maliyyə Nazirliyindən geri qaytarıldı. İndi üzərində yenidən işlənilir. Lakin öncə dövlətin bu sahədə bir konsepsiyası olmalıdır dövlət öz mətbəxini hüquqi cəhətdən tanımalıdır. Bundan sonra nəsə demək mümkündür.

- Son dövrlər Avropa həyat tərzinin təbliği fonunda tez-tez eşidirik ki, qoyun əti az yeyin, kərə yağına yox, bitki yağına üstünlük verin. Ancaq Azərbaycan milli xörəklərinin çoxunda kərə yağından istifadə olunur, kabablarımız da qoyun ətindən hazırlanır...

- Həmişə adət etdiyimiz milli xörəkləri yemək lazımdır. Həm o sözləri həkimlər yox, daha çox KİV təmsilçiləri deyirlər. Bu, çox böyük səhvdir. Birincisi, milli xörəklərimizə uyğunlaşmışıq, ikincisi, bədəndə xolestrol olmadan mübadilə getmir. Ona görə yağlı da, quyruq da, kərə yağı da yemək lazımdır. Həkimlər məsləhət görürlərsə ki, dükanda olan kərə yağından istifadə etməyin, bu, başqa məsələdir. Çünki kərə yağı əvəzinə marqarin satırlar. Amma kərə yağını yemək lazımdır.

- Dövlət başçısı bir neçə gün əvvəl hökumətin iclasında televiziyalarda insan sağlamlığına zərər olan yağlı yeməklərin nümayiş olunmasına iradını bildirib. Siz bu barədə düşünürsünüz?

- Prezidentin sözlərini təhrif etmək lazım deyil. O bildirdi ki, efirlərdə reklam olunan gündə bir cür yemək bişirən aşpazlar peşəkar deyil. Ona görə onların bişirdikləri yeməklər yağın içində olur. Burada qəribə qarşılanmalı heç yoxdur. Efirə öz işini yaxşı bilən ustalar çıxarılmalıdır, çünki onlara kütlə tamaşa edir.

- Sizcə, ölkəmizin yağ içində böyrək kimi üzən yeməklərini avropalı mədəsi qəbul edə biləcəkmi?

- Bu düz fikir deyil. Ölkəmizin milli yeməkləri deyəndə niyə ağıla yağlı təamlar gəlir başa düşmürəm. Bzim çox gözəl, dadlı sağlamlığa zərər olmayan mətbəximiz var. Hətta Amerika kimi böyük bir ölkədə Azərbaycan kulinariyası sevilir. Yəni deyirsiz avropalılar bunu qəbul edə bilməyəcək. Əsas odur bu yeməkləri düzgün nümayiş etdirsinlər.

- Sağlam olmaq sağlam qidalanmaq üçün mətbəx menyumuzu dəyişməyə ehtiyac varmı?

- Dəyişikliyə heç vaxt ehtiyac olmayıb bu gün yoxdur. Sağlam olmaq üçün isə dədə-baba yeməklərimizi yemək, amma qarışdırmamaq lazımdır. Əgər qarşınıza 50 cür xörək qoyulubsa, ən çox ürəyiniz istədiyi 1 xörəyi yeyin. Başqa şey yemək lazım deyil. Eyni zamanda, yerli məhsula üstünlük vermək lazımdır.

 

 

Sevda Zahidqızı

 

Həftə içi.- 2012.- 19 aprel.- S. 7.