Keşişlikdən filosofluğa gedən
yol
Özü üçün
dürüst, hamının qarşısında güclü
olmaq istəyən Nitsşe
Onun
uşaqlığı Naumburq şəhərində
dul anası və qarımış bibilərinin
əhatəsində keçdi. Hələ
5 yaşı olanda atası beyin qurumasından vəfat etmişdi.
Taleləri qaralmış bu
qadınların həyatı sonralar onun fəlsəfəsinin pessimizminə təsir
edəcəkdi. 13 yaşında təhsil aldığı məktəbdə
çox yaxşı oxuduğuna
görə "keşiş" ləqəbi
ilə tanınan Nitsşedən gedir
söhbət.
O dünyaya
gələndə atası Prussiya kralı
Fridrix Nitsşeyə sonsuz
sədaqətinin qarşılığı olaraq
oğluna kralın şərəfinə Fridrix Nitsşe
adını qoyur. Nitsşe
19 yaşında keşiş olmaq üçün Bonn universitetinə girir. Əlbəttə
ki, ailədəki qadınlar əvvəlcədən
onun həyatını
planlaşdırmışdılar. Lakin Nitsşe bu planı tezliklə
pozdu. Şüursuz bir üsyan hissi onun içini
gəmirməyə başlamışdı. Bonna
gəldikdən sonra tezliklə universitet gəncliyinə qoşuldu,
içki içməyə başladı
hətta dueldə vuruşub yaralandı da. Bu vaxt
artıq onun üçün
Allah ölmüşdü".
Tətildə evə qayıdan Nitsşe
artıq dini ayinlərinə icra etmir, kilsəyə getmirdi. Evdən isə Nitsşe
Bonna yox, Leypsiqə
qayıtdı. Klassik filologiya
üzrə təhsil almaq üçün.
Bu zaman Nitsşe 21 yaşlı bir
gənc idi. Leypsiqdə baş
verən iki hadisə onun
sonrakı həyatına böyük təsir
edir. Belə ki, pritonlara ayaq açan Nitsşe burda frengi adlı zöhrəvi
xəstəliyə tutulur. Daha
sonra bu xəstəlik
Nitsşenin yazılarında iz qoyacaqdı. O, "Zərdüşt belə
söyləmişdi" əsərində yazırdı:
"Qadının yanına gedirsən? Elə isə
qırmancını unutma". Deyilənə
görə, bu hadisədən sonra Nitsşe heç zaman qadınlara
yaxın belə durmayıb.
Müharibədən qazanılan xəstəlik
Həyatını dəyişən sonrakı hadisə
isə onun Şopenhaueri
"Dünya iradə və təsəvvür
kimi" əsəriylə
tanımasıdır. Bu zaman
hər kəsin unutduğu Şopenhauer
yenicə vəfat eləmişdi. Şopenhauerin
üslubu və öldürücü
pessimizmi Nitsşeyə dərindən təsir
edir.
Şopenhaueri oxuyandan sonra
Nitsşenin inandığı bir tərəfə dursun,
inana biləcəyi heç
bir şeyi
qalmamışdı. Şopenhauer bədbinliyi
ona güc verirdi. Öz təbiətinə
uyğun olmasa da artıq özü
qarşısında dürüst və
hamı qarşısında güclü olmaq istəyirdi. İrəliyə gedən yol Şopenhauerdən keçirdi.
Hələlik Nitsşenin öz
fəlsəfəsi haqqında olan yeganə
durulmuş ideyası Güc
İradəsi idi.
1870-ci ilin iyulunda
Almaniya ilə Fransa
arasında müharibə başladı. Almanlar
üçün bu savaş Napaleonun
intiqamını almaq və Almaniyanı
Avropanın hegemon dövlətinə
çevirmək demək idi. Nitsşe könüllü
olaraq tibb xidməti
daxilində müharibədə yer
alır. Müharibə Nitsşenin
düşüncələrində ciddi dəyişiklik
yaradır. Nitsşe anlayır ki, insanın ən güclü
həyat instinkti yaşamaq
istəyi, həyatda qalmaq arzusu
deyil, tam tərsinə
hakimiyyət, müharibə, güclü olmaq istəyidir.
Bismark fransızları məğlub edərkən Nitsşe hər gün bir az daha
qətiyyətlə müharibə dəhşətini
anlayırdı. Vorthdakı döyüş
meydanı saysız-hesabsız cəsəd qalıqları ilə
dolu idi, havada isə artıq çürüməyə
üz qoymuş cəsədlərin
ağır qoxusu hakim
idi. Nitsşe
altı yaralı əsgəri sülh
dövründə heyvan daşınan vaqonlarla iki günlük səfərlə xəstəxanaya
aparmalı olur. Qolları, ayaqları
güllə yaraları ilə dolu olan və yaralı yerləri
çürüməyə başlamış əsgərlərin
bütün qayğısını
çəkən Karsrueyə çatanda özü də xəstəxanaya düşür. O, dizenteriya
və difteriyaya mübtəla olmuşdug 1879-cu ildə Nitsşenin
səhhəti daha da pisləşir.
Nitsşe bu zaman 35 yaşında idi.
Deyilənə görə o, tibb fakültələrində keçirilən
bütün xəstəliklərdən əziyyət
çəkirdi. Nitsşe yarıkor olmuşdu. Doktor ondan kitab oxumamasını
xahiş etdi. Şiddətli
baş ağrılarından əziyyət
çəkirdi. Bəzən bu
ağrılara görə günlərlə yataqdan
qalxa bilmirdi. Buna baxmayaraq, o, Fövqəlinsan fəlsəfəsini yarada bildi.
"Dəli olana
qədər morfi çəkəcəyəm"
Nitsşe səyahətlərində
dostu Paul Riinin vasitəsi ilə 21 yaşındakı rus qızı Lu Salome ilə tanış olur.
Nitsşe Riinin də
iştirakı ilə bəzən isə ikisi
bir yerdə Salome ilə
gəzintilərə çıxır və fəlsəfi
inamının qıza da sirayət eləməyə
çağırır. Nitsşe Salomeyə
deyirdi ki, Zərdüşt
heç bir zaman doğulmayacaq oğludur. Doğulmamaq Zərdüşt
üçün kifayət qədər
şanslı idi, sadəcə belə bir adla yaşamağın
çətinliyinə görə deyil. Salome, Rii və Nitsşe bu gün
düşünülməsi çox
çətin olan cinsəl piramidaya düşürlər. Çünki bu gün cinsəl açıdan saf
olacaq heç kim qalmayıb. Əvvəllər hər üçü özlərini fəlsəfəyə
həsr etmək arzusunda olur.
Daha sonra Nitsşe və Rii bir-birlərindən
xəbərsiz Salomeyə aşiq olurlar. Nitsşe daha dərinə gedərək məhəbbətini
Salomeyə çatdırması üçün
Riidən xahiş də edir.
Bu xahiş Nitsşenin XIX əsrin ən böyük
psixoloqu olmaq şərəfini
də əlindən almır. Luzerndə çəkilən bir foto bu
üçbucağı təsvir edir. 38 və
33 yaşında iki bakirə kişi at arabasına
söykənib. Arabada isə əlində
qırmanc olan 21 yaşında cismanı
gözəlliyin ən cazibədar çağında olan bir qadın. Əlbəttə
ki, belə bir
münasibətin sonu olmamalı idi. Bir müddət sonra üçü də
bir-birindən ayrıldı. Bu Nitsşeyə
çox pis təsir etdi. Bu günlərdə
gündəliyinə yazmışdı: "Bu
axşam dəli olana
qədər morfi çəkəcəyəm".
Tənhalıq və qəbul olunmamaq
Nitsşe tək yaşayır, ucuzu otaqlar kirayələyir,
fasilə vermədən yazır, kasıb restoranlarda
yemək yeyir və bir
tərəfdən də dözülməz baş
ağrılarını sakitləşdirmək üçün dərmanlar qəbul edirdi. Bu ağır vəziyyətinə
baxmayaraq hər il daha gözəl kitablar
yazırdı. Səksəninci illərdə Nitsşe
çalışmalarını böyük
və əzici bir tənhalıq içində
tanınmayan və oxunmayan bir
yazar kimi davam elətdirir. Dəhşətli tənhalığı
və qəbul olunmaması Nitsşeni bəzən
dözülməz depressiyalara
salırdı. Nitsşe böyük
bir filosof idi və özü də
bunun fərqində idi.
Dünyanın isə bunu bilməməsi
imkansızdı. Ekko-Homo əsərində
Nitsşe yazırdı: "Buna oxşayan bir şey heç
bir zaman
yazılmadı, hiss edilmədi, və bu qədər əzabı indiyə qədər
heç kim çəkmədi".
Bu tənqidi və inamı aşan bir ifadə idi.
Mən də yaxşı kitablar yazmadımmı?
1889-cu ilin sonunda
Nitsşeni ruhi vəziyyəti
daha da pisləşdi.
Bu zaman İtaliyada olan Nitsşe Turində küçə ilə gedərkən
qəfildən yıxılır. Vəziyyəti pisləşir.
Bu zaman bir az əvvəl
qırmanc yemiş fayton
atının boynuna sarılır. Ağlamağa başlayır. Onu
qaldığı otelə aparırlar. Nitsşe
ordan Cosima Vaqnerə
"Səni sevirəm, Ariadna", İtaliya Kralına "Sevgili
Umbertomg bütün
antisemitləri məhv edəcəm" sözlərini
açıqca ilə yollayır. Burxarda da açıqca yollayır, "Dionis" imzası ilə. Burxard
isə bir dostuna bu haqda məlumat verir və o da Nitsşeni Turindən
aparır. Nitsşenin səhhəti ciddi böhrana düşdü. O bir daha sağlamlığına qovuşa
bilməyəcəkdi. Vəziyyəti günümüzün
tibbi imkanları ilə belə
yaxşılaşdırıla bilməzdi. Gərgin zehni əmək, tənhalıq və çəkdiyi
acılar ən çox da
sifilis. Bu xəstəlik
beyin iflicinə səbəb olan ücüncü mərhələyə
çatır. Sanatoriyada yatandan
sonra anasının yanına gedir. Nitsşe artıq çox sakit idi, heç
danışmır, büzülüb bir yerdə qalırdı. Bəzən
yaxşılaşır, keçmişi
xatırlaya bilirdi. Bir
dəfə hardasa kitab
gördü və "Mən də
yaxşı kitablar yazmadımmı?" deyir.
Hitlerə əl öpdürən əlavələr
Anası 1897-ci ildə vəfat edəndə ona bacısı Elizabet Förster baxmağa
başladı. Nitsşeyə baxası sonuncu
adam o idi.
Bacısı məşhur bir yəhudi
düşməni Bernard Försterlə evli idi. Nitsşe
onun düşüncələrinə
görə bəyənmirdi. Elizabet Nitsşeni də yanına alıb Höte və Şillerin
yaşadığı şəhər kimi
məşhur olan Veymara
köçür. Sonra
isə Nitsşenin çap
olunmamış əsərlərinin üzərində təhriflər
etməyə başladı. Onun əlavələri
əsasən yəhudi düşmənliyi və Nitsşenin tərifiylə bağlı idi. Bu təhriflərlə
Nitsşenin "Güc
iradəsi" adlı əsəri dərc olunur.
Daha sonralar Nitsşenin ən böyük
araşdırmaçılarından biri olan Valter Kaufman
Elizabetin etdiyi əlavələri
peşəkarlıqla ayırd edərək bu
əsəri sonralar yenidən çap etdirir.
Nitsşe proqnozunu dəqiq təsvir etdiyi
XX əsrin başlarına qədər yaşadı. Böyük bığlı, kədərli, üzgün və kim olduğunu bilməyən Nitsşe
25 oktyabr 1900-cu ildə öldü.
Ölümü ərəfəsində Nitsşenin əsərləri populyarlaşmağa
başladı. XX əsrin mütəfəkkirlərindən
Freyd, Rilke, Onil, Bernard Şou,
Konrad üzərində təsir buraxan Nitsşe Elizabetin köməyi ilə Nasist
Filosofuna çevrildi.
Hitler Veymarda Nitsşe Arxivinin
qarşısında Elizabet Försterin əlini öpərək ona təşəkkür edir.
Nitsşe "alman
romantikası" haqda yazırdı ki, alman irqini
ali irq etmək istəyindən
çox uzağam.
O, bir gün dahi elan
olunacağını əlbəttə ki,
bilirdi. Amma
dünyanın onu necə dəyərləndirəcəyini
müəyyən edə bilmirdi və
"bir gün müqəddəs
elan olumağından çox
qorxurdu". Hətta "müqəddəs
olmaqdansa axmaq
olmağı seçəcəyini" də yazırdı.
Nigar
İxtiyarqızı
Həftə içi.- 2012.- 21-23 aprel.-
S.16.