"Şair heç vaxt böyümür ki!"
Müasir ədəbiyyatımızda
qadın şairlərinin
işində onun öz dəst-xətti, yaradıcılıq nümunələri
var. Hələ gəncliyindən
özünəməxsus lirikası
kimi özünü oxuculara tanıda bilib. Digərlərindən fərqlənən ən böyük cəhəti isə şeirləri içdən
gəlməsidir. Sanki hər bir şeirdə
ürəyinin səsi
gəlir onun. Bəlkə də zərif cinsin nümayəndəsi
olduğundan belə təsir bağışlayır.
Ancaq bir gerçəklik var ki, digər
xanım şairlərin
lirikasında, belə
səslər, necə
deyərlər, ürək
titrəyişləri hiss olunmur.
Beləliklə, "Seçilənlər" rubrikasının
budəfəki qonağı
tanınmış şair-publisist,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü,
"Ulduz" jurnalının
şöbə müdiri
Fərqanə Mehdiyevadır.
Tanınmış şair keçib
gəldiyi ömür
yolunu xatırlayaraq hələ uşaqlıqdan
təbiət vurğunu
olduğunu deyir.
Kür çayının
sahilində Salyan rayonunun Ərəbqardaşvəli
kəndində doğulub
boya-başa çatan
Fərqanə hər gün Kürün pıçıltılı nəğməsinə
qulaq asmaq üçün çayın
sahilinə gələrmiş:
"Hərdən uşaq
xəyallarım Kürün
sularına qarışaraq
axardı, özüm
də hiss etmədən
uşaq duyğularım
sözə, kövrək
misralara çevrilərdi..."
Fərqanə xanım elə ilk şeirini də o vaxt yazıb. Yeddinci sinifdə oxuyanda yazdığım "Nənələr"
şeiri rayonda çıxan "Qələbə"
qəzetində dərc
olunub. Bu şeir onun yolunu 1981-ci ildən dövrü mətbuata,
radio və televiziya verilişlərinə gətirib.
Amma onun fikrincə, bütün şairlər
nədənsə, həmişə
narahatdır və əslində belə də olmalıdır.
Çünki şairin gözü
zamanın güzgüsüdür.
Zaman isə həmişə narahatlıq
üçün əsaslar
yaradır: "Ümumiyyətlə,
mən özün təbiət etibarilə narahat adamam. Əgər narahat olmasam dünyanın bu odu, alovundan yaranan tüstüsü mənim şair ürəyimdən çıxmaz.
Bu gün ən
çox dünyamızdan
narahatam, sözə, sənətə olan biganəlikdən narahatam.
Əsl şairlər zəmanənin
haqsızlığı ilə
barışmayıblar. Onlar nə şansa, nə də var-dövlətə aldanmayıblar.
Şairin varı-dövləti onun şeirləridir.
Ona görə də şairlərin əksəriyyətinin
yaşamağa heç
evi də olmayıb".
Qələm elə ağırdır...
Fərqanə
xanım "çağdaş
Azərbaycan ədəbiyyatında
qadın şairləri
arasında özünüzü
necə görürsünüz"
sualına özünəməxsus
şəkildə cavab
verir: "Mənim kim olduğumu
şeirlərim, tənqidçilər,
oxucular deyir. Bir də şeirdə
nə qadın, nə kişi!
Qadın
üçün yazar
olmaq çox çətindir. Qələm
elə ağırdır
ki! Onun ağırlığını
yalnız həm ana, həm ailə
başçısı, həm
də şair daşıyanda onun nə olduğunu bilir. Şeir doğulur, övlad
dünyaya gələn
kimi, ağrıyla, əzabla. Heç bir şeir kefdən yaranmır, o hansısa bir əzabın məhsuludur".
Tanınmış şair insanların özü özünü
yaxşı görə
bilmədiyi qənaətindədir.
"Həyatın özü bir güzgüdür, poeziya bir aynadır" deyir Fərqanə xanım. Onun fikrincə, hər bir insan həyatın
güzgüsündə özünü
görə bilsəydi,
həyatda heç vaxt səhvlərə yol verməzdi: "Belə olsaydı, bəşəriyyətdə bu
qədər müharibələr,
qırğınlar olmazdı.
Poeziya mənəvi bir nemətdir, bir Tanrı ruhudur, bunu şair öz yaradıcılığında
görə bilmir.
Əgər görsəydi, onda
Azərbaycanda bu qədər şair olmazdı. İstedadı olmayanlar istedadlıların
yanında əlinə
qələm almazdı
və yaxud kürsüyə çıxıb
şeir oxumazdı".
Fərqanə
xanım oxucuların onu niyə "niskil şair" adlandırmasına da aydınlıq gətirərək
bunu şeirlərində
ağrılı, dərdli
notlar, eləcə də ana mövzusunun
daha qabarıq yer tutması ilə əlqələndirir:
"Ana Allahdan sonra yaradandır. Anama çox bağlı olmuşam", - deyən şairə xanım söyləyir ki, anasının ağrıları
onu özünə daha da yaxınlaşdırıb:
"1941-1945-ci illər müharibəsindən
anamın qırmızı
donu, yaylığı
boxçasında qalıb.
Dünyasını dəyişənədək açmadı o boxçanı,
hər qapı döyüləndə səksənib
ki, qardaşları qayıdacaq".
"Mizan-tərəzi itib"
Fərqanə xanımın bu ağrılı xatirələrindən
sonra söhbətin istiqamətini dəyişmək
istəyirik. Bu dəfə başqa bir ağrıdan danışır. Uşaq ədəbiyyatının
azlıq təşkil
etməsinin ağrısından.
Həmsöhbətimiz söyləyir ki,
"Xoruz"la "Keçi"
uşaq şeirlərinin
nəzərəçarpacaq qədər yayılmasına
inkan vermir. Onun sözlərinə görə, bu gün İlyas Tapdıq, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Oqtay Rza, Qəşəm İsabəyli, Əbülfəz
Ülvi, İbrahim Yusifoğlu və onlarla uşaq şairləri uşaq ədəbiyyatını zənginləşdirir.
Ancaq bu şeirlərin daha geniş auditoriyalara çatmasında ciddi maneələr, çətinliklər
var: "Bir də ki, uşaq
şeiri yazmaq üçün gərək
uşaqqəlbli olasan.
Əslində, şair heç
vaxt böyümür
ki!"
Fərqanə ində çap olunmağın çətinliklərindən
də danışır.
Onun sözlərinə görə,
sovet dövründə
senzuranın olmasına
baxmayaraq, ədəbi
orqanlar çox tirajla buraxılırdı.
Bu isə şair və yazıçıların
əsərlərinin çap
olunması üçün
münbit şərait
yaradırdı: "Bəlkə
yazan çoxalıb, mizan-tərəzi itib. Ədəbi orqanlarda çap olunmağın özü
böyük təbliğatdır.
Amma televiziyalar yazarlara çox meydan verməlidir. Elə şair
və yazıçılarımız
var ki, xalq
onun üzünü görməyib. İstedad doğrudanmı
bu qədər görünməməlidir. Çox heyf!"
Şairlər xoşbəxt
ola bilmir
Həmsöhbətimiz keçmişi baltalayan, o
dövrün yazarlarını
bəyənməyənləri "qələmi olmayanlar"dan
hesab edir. Və təəssüflə bildirir
ki, bəzi istedadlılar da bu axına qoşulurlar.
Halbuki onlar haqsız danışdıqlarını
özləri də bilir: "Yazar əsəri ilə ədəbiyyatda iz qoymalıdır, dedi-qodu ilə yox. Ədəbi korifeyləri
danmaq ən azı nadanlıqdır, paxıllıqdır. Aşıq Ələsgər
demişkən "ustadına
kəm baxanın, gözlərinə qan damar". Biz keçmişdən bu günə öyrənə-öyrənə
gəlmişik. Bu gün də istedadlı gənclər yetişir. Özünə inanan əsl
yazar nəinki keçmişi danmamalı,
indiki nəslə də qayğı göstərməlidir".
"Şairin bu gün dərisi soyulmur" sualımıza
Fərqanə xanım
özünəməxsus şəkildə
cavab verir. Onun fikrincə,
şairlər dünyaya gələndən
Tanrı onun dərisini soyub
göndərir: "Mənə bir
xoşbəxt şair göstərə bilərsənmi?
Bir də
axı bu zamanda şairin dərisi kimə lazımdır? Şair şeirini dizinin üstündə yazır,
düşünməyə yer tapmır, həmişə
ehtiyac çəkir. Şairin
kədəri böyük hərflə
üzünə yazılıb. Şair
xoşbəxt olsa, şair
olmaz ki!"
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2012.- 24 aprel.- S. 7.