"Eurovision" Bakıdakı otelləri doldurub

 

      "Hilton Baku" və "Kempinski hotel Badamdar" mehmanxanalarında yerlərin hamısı tutulub. "Exselsior Hotel" və "Hyatt Regency" mehmanxanaları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bronlaşdırılıb.

      "Eurovision-2012" mahnı müsabiqəsinə çox az vaxt qalır. Ekspertlər müsabiqə ərəfəsində paytaxtda 10 minlərlə qonağın olacağını vəd edir.

      Xatırladaq ki, hazırda ölkədə 515-ə yaxın otel mehmanxana tipli obyekt var. Rəsmi statistikaya görə isə mehmanxana otel tipli obyektlərin toplam yataq sayı 11 min ətrafındadır.

      Bəs görəsən, mövcud yataq sayı ölkəyə gələcək qonaqlara yetəcəkmi? Ümumiyyətlə, indiyədək paytaxtda fəaliyyət göstərən otellərlə sözügedən müsabiqə ilə bağlı əcnəbilərdən otaq sifarişləri qəbul ediblərmi?

      Məsələ ilə bağlı paytaxtda yerləşən brend otellər arasında sorğu keçirdik. "Hilton Baku"nun marketinq şöbəsinin meneceri Elnarə Dadaşova çoxlu sayda sifariş aldıqlarını artıq oteldə boş yer qalmadığını bildirdi. Onun sözlərinə görə, may ayının sonuna kimi otelin bütün otaqları satılıb: "Sifarişlərin qəbuluna 1 aydan çoxdur ki, başlanıb. Bizdə 309 otaq sayı var həmin otaqlar artıq doludur".

      "Park İnn" otelinin marketinq şöbəsinin meneceri Musa Quliyev 20-26 may tarixləri üçün boş nömrələrin olmadığını söylədi: "Bizim oteldə 248 otaq var. Demək olar ki, bütün otaqlar tutulub".

      Qiymətlərə gəlincə, həmsöhbətimiz bildirdi ki, bu məsələ müvafiq standartlarla müəyyənləşdirilir: "Məsələn, bizdə standart otaqların qiyməti 300, dənizə panaraması olan otaqların qiyməti 315, biznes otaqların qiyməti 340, junior otaqların qiyməti isə 350 manatdır".

      "Kempinski hotel Badamdar"ın piar meneceri Zərifə Mirzəyeva bizimlə söhbətində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində xarici turistlər tərəfindən onlara da sifariş verildiyini vurğuladı. Onun sözlərinə görə, adıçəkilən otelin mövcud otaqlarının 80 faizi artıq tutulub: "Bizdə ümumi 280 otaq var. İndi otaqlardan cəmi 20 faizi boşdur".

   

     Otaqlardan asılı olaraq qiymətlər dəyişir

   

      "Hyatt Regency" mehmanxanası isə Mədəniyyət Turizm Nazirliyi tərəfindən tamamilə bronlaşdırılıb. Mehmanxananın marketinq şöbəsinin meneceri Fərid Sadıqzadə bildirdi ki, "Eurovision"la bağlı sifarişlərin artıb. Amma hələlik burada boş yerlər var: "Bizim mehmanxana kompleksimiz 2 oteldən ibarətdir - "Hyatt Park" "Hyatt Regency".

      "Hyatt Regency" otelində 182, "Hyatt Park" otelində isə 159 otaq var. Sifarişlər arsa da, boş yerlərimiz kifayət qədərdir".

      Qiymətlərə gəlincə, Fərid Sadıqzadə bu otellər şəbəkəsində 1 günlük gecələmənin 200-300 manat arası dəyişdiyini bildirdi.

      Məsələyə "Avropa" otelindən münasibət öyrəndik. Otelin marketinq şöbəsinin meneceri Mariya Mehrəliyeva "Eurovision-2012" mahnı müsabiqəsindən asılı olmayaraq həmişə bol müştəriləri olduğunu söylədi. Onun dediyinə görə, adıçəkilən müsabiqə ərəfəsində otelin əksər otaqları doludur: "Bizdə cəmi 96 otaq var müştəri həmişə bol olub. Demək olar ki, hazırda məşğul olan otaqlarımızın çoxu da daimi müştərilərimiz tərəfindən sifariş edilib. Amma əlavə sifarişlər qəbul etməyə hazırıq".

      Qiymətlə gəlincə, həmsöhbətimiz Avropa otelində bir günlük gecələmənin 220 manatdan başladığını vurğuladı: "Otaqların növündən asılı olaraq qiymətlər dəyişir. Amma minimum qiymət 220 manatdan başlayır".

      "Exselsior Hotel" Mədəniyyət Turizm Nazirliyi tərəfindən bronlaşdırılıb. Otelin qeydiyyat şöbəsinin əməkdaşı Nərminə Mustafayeva mehmanxanada yerləşən otaqların boş qalmadığını dedi. Onun sözlərinə görə, bu mehmanxanada 61 otaq var demək olar ki, mövcud yerlərin əksəriyyəti tutulub: "Amma əlavə yerləşdirməyə ehtiyac yaranarsa, yer tapmaq mümkündür".

      Qiymətlərə toxunan mehmanxana əməkdaşı standart otaqlarda 1 günlük gecələmənin 250 manat olduğunu söylədi: "Bu qiymətə gecələmə səhər yeməyi daxildir. Otelimizdə yarım lüks otaqların qiyməti 350, lüks, amma balkonsuz otaqların qiyməti 750, lüks, balkonlu otaqların qiyməti isə 850 manatdır".

   

      Bəzi şəxsi evlər turistlərə kirayə veriləcək

   

     Azərbaycan Turizm Asossasiyasının əməkdaşı Fuad Rəsulov bildirir ki, hazırda təmsil etdiyi qurumun nümayəndələri bu işlə birbaşa məşğuldur. Belə ki, assosiasiyanın əməkdaşlarının müəyyən qismi sırf turistlərin yerləşdirmə işinə cəlb olunub: "Biz bu məsələ ilə bağlı həm otellərlə, həm ayrı-ayrı turizm şirkətləri ilə əməkdaşlıq edirik. Düşünürəm ki, bu müsabiqə ərəfəsində ölkəyə gələcək turistlərin yerləşdirilməsində hansısa problem olmayacaq. Çünki Bakı Abşeron yarımadasında Bakıya gələcək qonaqların yerləşdirilməsi üçün kifayət qədər yer var".

      Amma həmsöhbətimiz onu da deyir ki, ölkəyə gələcək turistlərin əksəriyyəti oteldə deyil, şəxsi evlərdə yerləşməyə üstünlük verirlər: "Şəxsi evlərlə bağlı sifarişlər kifayət qədərdir. Demək olar ki, bu problem həll olunub. Azərbaycanda bəzi şirkətlərlər var ki, onlar şəxsi evlərin kirayəsi ilə məşğuldurlar. Yəni, onların bu sahədə kifayət qədər təcrübələri var. Bu baxımdan da hansısa problemin ortaya çıxacağına inanmıram".

      Turistlərin yerləşdirilməsi üçün ölkəyə otel tipli gəmilərin gətirilməsinə gəlincə, Fuad Rəsulov hələlik buna ehtiyac olmadığını bildirdi: "Yerləşdirmə zamanı əlavə problemlər ortaya çıxarsa, bu tipli təkliflər dəyərləndirilə bilər. Amma hələ ki, hər şey qaydasındadır otel tipli gəmilərə ehtiyac yoxdur".

      Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva paytaxt otellərində turistlərin yerləşdirilməsi üçün kifayət qədər otaq olduğunu vurğuladı. Onun sözlərinə gərə, nazirliik bu məsələnin üzərində xüsusi dayanıb: "Bu müsabiqə ilə bağlı bütün qurumlar öz üzərlərinə düşən öhdəliyi yerinə yetirməyə çalışırlar. Bizim nazirlik müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi üçün zəruri tədbirləri davam etdirir. Düşünürük ki, Bakıya gələcək turistlər həm xidmətdən, həm paytaxtın görünüşündən, həm yerləşdirmədən məmnun qalacaqlar".

 

 

   Sevinc

 

   Həftə içi.- 2012.- 25 aprel.- S. 5.