"Eurovision"un sponsorları

  

Artıq bir neçə gündür ki, paytaxtda təşkil olunacaq "Eurovision" mahnı müsabiqəsinin həm yerli, həm də xarici sponsorları bəlli olub. "Eurovision" mahnı müsabiqəsi 2012-nin rəsmi tərəfdaşı Heydər Əliyev Fondu və müsabiqənin Bakı İşçi Qrupunun birgə keçirdiyi mətbuat konfransında sponsorların adlarını açıqlayıb. Belə ki, "Eurovision-2012" mahnı müsabiqəsinin yerli sponsorları "Gilan Holdinq", "Kapital Bank" "SilkWay" Hava Yolları şirkətidir.

Qeyd edək ki, müsabiqənin baş sponsoru "Azercell", beynəlxalq sponsorlar isə Azərbaycan Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti "Swarzkopf" şirkətidir.

"Eurovision" mahnı müsabiqəsinin turizm tərəfdaşı isə Azərbaycan Turizm Assosiasiyasıdır.

 

"Məqsədimiz reklamdır"

 

Müsabiqənin rəsmi sponsoru ölkənin ən böyük holdinqlərindən biri olan "Gilan Holdinq"dir. Şirkətlə əlaqə saxlayıb müsabiqəyə sponsorluq etmək məqsədini öyrəndik. Holdinqin rəsmisi sponsorluq üçün özlərinin müraciət etdiyini bildirdi: "Ölkədə keçirilən əksər konsert yüksək səviyyəli tədbirlərin sponsorluğunu daim "Gilan Holdinq" edib. Qəbələdə təşkil olunan bir çox proqramların sponsoru bizim sirkətdir. Biz bu istiqamətdə üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk. Eləcə "Gilan Holdinq" olaraq "Eurovision" müsabiqəsinə sponsorluq etməkdən qürur duyuruq. Əsas məqsədimiz isə təbii ki, reklamdır".

 

"Azercell"ə yaşa,daha yaxşı yaşa...

 

Müsabiqənin əsas sponsorlarından biri olan "Azərcell" öz abunəçilərinə yarışı canlı seyr etmək şansı qazandırmaq üçün müsabiqəyə sponsorluq edir. "Azercell"in rəsmisi Ülviyyə Həsənzadə bildirir ki, şirkət bu məqsədlə müxtəlif layihələr keçirir: "Sponsorluq üçün biz özümüz müraciət etmişik. Kommersiya məqsədi güdmürük burada. Ölkəmizin adı olan istənilən müsabiqə konsertlərə qarşılıqsız sponsorluq etməyə hər zaman hazırıq. Bundan öncə belə olub davam da edəcək. Belə bir müsabiqədə ölkəmizə dəstək olub yanında olmaq bizim borcumuzdur. Biz bundan şərəf hissi duyuruq".

"Azercell" "Eurovision-2012" müsabiqəsinə bilet əldə etmək şansı da verir. Belə ki, aprelin 10-dan start götürən "Şanslı billet" adlı kampaniya ilə 3GMax USB modemini alan abunəçilər stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanacaqlar. 10 aprel 2012-ci il tarixindən etibarən 3GMAX USB modem cihazını cəmi 29 manat ödəməklə əldə etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün abunəçilər 10.04.2012 - 21.05.2012 tarixləri arasında hər hansı digər "Azercell" nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərməlidirlər (8222 nöməsinə göndərilən SMS ödənişsizdir). "Şanslı billet" adlı kampaniya 296 00 00-297 99 99 294 00 00 - 294 89 99 data kart nömrələrini əhatə edir.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə "Azercell" tərəfindən 3 tiraj təşkil olunacaq (24 aprel, 8 may 22 may tarixlərində). Keçirilən tirajlarda 26.05.2012 tarixində "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin final konsertinə 400 bilet oynanılacaq.

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə, kampaniya çərçivəsində alınmış 3GMAX USB modemlərinə hədiyyə olaraq cari növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 manat (ƏDV daxil) ödəyir.

Bundan başqa, "Azercell"lə "Eurovision-2012"ni canlı izləmək olacaq.

"Azercell"in 3GMAX texnologiyası əsasında musiqi portalı yaradılacaq. Mobil telefonlardan bu portal vasitəsilə müsabiqə iştirakçıları onların mahnılarını izləmək imkanı veriləcək.

Bundan başqa, müsabiqəni "Mobile TV" xidməti vasitəsilə canlı izləmək mümkün olacaq.

 

"Schwarzkopf" özəlliyi "Eurovision"da

 

Müsabiqənin beynəlxalq sponsorlarından olan "Schwarzkopf" şirkətindən belə müsabiqənin sponsorlarından biri olmağın onlar üçün böyük şərəf olduğunu bildirdilər. Əlavə etdilər ki, bu həm "Schwarzkopf" şirkətin üstünlüyüdür. Onlar ötən il bu müsabiqəyə sponsorluq edən akademiyalardan olduqlarını bildirdilər.

"Bizim şirkət dünya səviyyəli şirkətdir müsabiqəyə sponsorluq etməkdən məmnunluq hissi duyuruq", - deyə şirkətdən bildirdilər.

Əlavə edək ki, ötən il eyniadlı müsabiqəyə sponsorluq edən akademiya şou üçün layihə təşkil etmişdi. Layihə

 

"Eurovision"a getmək istəyirsən? Elə isə Saçını göstər! adlanırdı.

 

Qeyd edək ki, Avropa Yayım Birliyi "Schwarzkopf" şirkətini "Eurovision-2011" mahnı müsabiqəsinin rəsmi əsas sponsoru elan etmişdi. Şirkət keçirilən müsabiqənin iştirakçılarının saç düzümü xarici görünüşlə bağlı digər işlərində yaxından iştirak etmişdi.

 

"Qürur hissi duyuruq"

 

Müsabiqənin milli sponsorlarından biri "SW Travel" şirkətidir.

2008-ci ildə yaranmış "SW Travel" Azərbaycanda beynəlxalq turizm aviadaşımaların satışı sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. Şirkətin müsabiqəyə sponsorluq etməsinin səbəbi ölkəyə gələcək qonaqlara yüksək xidmət göstərməkdir.

"SW Travel" yüksək xidmət səviyyəsini saxlamaq keyfiyyətini daim artırmaq, iri aviaşirkətlər turoperatorlarla əməkdaşlıq, uçuş coğrafiyasının genişləndirilməsi, turistlərin cəlb edilməsi kimi məsələləri qarşısına əsas məqsəd qoyub. Şirkət Azərbaycanın mədəniyyətinin həm xaricdə, həm ölkəyə gələn qonaqlar arasında təbliğini əsas vəzifələrindən hesab edir.

Sözügedən şirkətdən bildirirlər ki, müsabiqə üçün ölkəyə gələcək qonaqları qəbul edən tərəf kimi müsabiqə iştirakçılarının qonaqların ölkəyə gəlişinin unudulmaz olması üçün əllərindən gələni edəcək bunun üçün səylərini əsirgəməyəcəklər. "SW Travel" şirkəti "Eurovision-2012" kimi möhtəşəm əsrarəngiz şounun təşkilatçılığına öz möhürünü qoymasından böyük qürur hissi duyur.

Müsabiqənin digər sponsoru olan ARDNŞ-dən bu məsələyə münasibət bildirmək istəmədilər.

 

Sponsor olmağın şərti

 

İctimai Televiziyanın mətbuat xidmətinin rəhbərin Tahir Məmmədov müsabiqəyə sponsorluq təşkilindən danışdı. O, bunun bütün dünyada qəbul edilmiş qaydaya əsasın aparıldığını bildirdi: "İstənilən proqram təşkil edilmiş konsertin sponsoru olur. Bunsuz mümkün deyil. Bu bütün dünyada qəbul edilmiş müxanizmdir. Eləcə "Eurovision" müsabiqəsi öz sponsorları var ki, bunlar arasında həm beynəlxalq, həm yerli sponsorlar var".

Tahir Məmmədov müsabiqəyə sponsorların necə seçilməsindən danışdı: "Konkret deyə bilmərəm ki, onlar müraciət edib, yoxsa biz. Çünki hər bəzilərini biz özümüz sponsorluq etmək üçün dəvət etmişik. Ancaq sponsorlar arasında özləri müraciət edənləri var. Lakin bu haqda dəqiq məlumat verib, kimlərin müracət ya bizim kimə müraciət etdiyimizi deyə bilmərəm".

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 26 aprel.- S. 8.