Pəltək və biabırçı köhnə qalstuklar taxan yazıçı

 

  O, qadını "şüursuz təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə" hesab edirdi. Ondan olsa, mükəmməl sevgini belə, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünmədən qurban verərdi. Lev Tolstoyun fikrincə isə "Onun kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli eybəcərliklərini bu qədər aydın dəqiq təsvir etmiş ikinci yazıçı olsun".

   Onun gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valehedici bığları olan unter zabit Gi De Mopassan qədər romantik sevgiyə nifrət edən ikinci insan çətin tapılardı.

   Mopassan doğulduğu yerə, tərbiyəsinə, həm ana tərəfdən qohumluğuna görə normand idi. Atasının Lotaringiyadan olmasının heç bir rolu olmadı, çünki bu arvadbaz oğlunun üzünü fərli-başlı görməmiş arvadını iki uşaqla birgə qoyub getmişdi. Uşaqlığında bir dəfə onun bütün həyatını alt-üst edən səhnənin şahidi olur. O, atasının anasını şillələməsi səhnəsini görür. "Mən elə bildim ki, dünyanın axırıdır. Mən həyatın tərs üzünü görmüşdüm. Bu gündən etibarən onun yaxşı tərəfi mənimçün artıq yox idi". Valideynlərinin boşanması 11 yaşlı Gi üçün böyük zərbə oldu.

   Hələ gənc ikən Gi bir parisli xanıma vurulur. Sevgisini şeirə çevirib bu xanıma göndərir. Axşam ümidlə dolu Gi gözəlin evinə getdi. Bağçaya yaxınlaşanda xanımın gülməkdən ürəyi gedərək onun şeirlərini hamıya oxumasını qulaqlarıyla eşitdi. Həmin bu istehza ələ salmağı o, bütün qadınlara heç vaxt bağışlaya bilmədi. bu özünü onun bütün yaradıcılığında bütün çılpaqlığı ilə özünü göstərir.

   Artıq gənc yaşlarından o, narahatlıq, gizli fikirlərini zarafatcıllıq əyyaşlıq maskasının altındə gizləməyi öyrənmişdi. Mopassan çox az oxuyur, amma bu onun roman novella yaratmasına heç mane olmurdu. İlk ədəbi əsərlərini Floberin yanına aparır. O isə oxuyandan sonra əlyazmanı zibil yeşiyinə atırdı. Təxminən 8 il belə davam elədi. Floberin fikrincə, bu yazılar kitab çap edilməyə yaramır.

   

   "Yazdıqlarımı çox güman ki,dəyərindən baha satıram"

   

   Mopassan Parisə gələndə başda Zolya olmaqla naturalizm romantizmin qalıqları üzərində qələbə çalırdı. Zolya romandan epopeya yaradan vaxt Mopassan novelladan "qəddar etiket" yapırdı. Zolya müharibədən danışan əsərlərdən ibarət kollektiv əmək forması kimi hərəyə bir əsər yazmaq təklif edəndə Mopassan ikiəlli razı idi. Özü əsgər olmuş qorxaqların əlindən ziyan görmüş adam üçün müharibədən yazmaq nəfəs almaq kimi təbii bir şey idi. İlk əsər o qədər ustalıqla yazılmışdı ki, tənqidçilər irad tutmağa bir söz tapmamışdılar. "Toppuş"un çapının səhəri günü o, artıq məşhur tanınmış yazıçı idi. Müəllimi Flober əsəri "şedevr" adlandırmışdı.

   Bundan sonra belə novellalar toplusu görünməz tezliklə çap olunaraq müəllifi varlı adama çevirəcəkdi. Mopassanın yazıçılıq məhsuldarlığı valehedicidir. 29 cild kitabı o, cəmi 10 il ərzində yazmışdı. "Vaxtımın üçdə ikisini darıxmaqda keçirirəm. Bir hissəsində isə yazıram yazdıqlarımı çox güman ki, dəyərindən baha satıram. Sonra isə bu dəhşətli peşə ilə məşğul olmağımın labüdlüyündən məyus oluram".

   Mopassanın 35 yaşı var, amma o, artıq məşhurdur. Salonlar onu dəvət eləmək üstündə mübahisələr edir. Uzun müddət kubar cəmiyyətinə alışa bilmirdi, O, zadəgan qadınlarıyla ünsiyyətdənsə rahat əldə edilən qadınlara üstünlük verirdi. İndi onun Etreta Kannda imarəti var. Amma arasıkəsilməyən başağrıları əsəb gərginliyi onu burda rahat yaşamağa qoymur. İmarətindən bezən kimi Parisin dar küçələrindən birində ortabab mebellə bəzənmiş mənzil kirayələyir. Burda kamin qarşısında sərilmiş ayı dərisi fransız ətir şüşələri kubar məşuqələrinin yolunu gözləyir. Onlar adətən saat beşçün gəlirlər. Onlar bura gəlib Kolber küçəsinin yüngül qızlarının həyatı barədə Mopassandan məlumat almağı sevirlər. Qadınlar onun başına dolanır, əlyazmalarını müzakirə eləyir, səhvlərini düzəldirlər.

   

   "Zökəmə yox, əsl xəstəliyə yoluxmuşam"

   

   Mopassan hər gün yazı masasından qalxmadan səhər 7-dən işləyirdi. Əvvəl beynində kitabların süjetini detallara qədər özüyçün aydın elədiyindən yazıları demək olar ki, səhvsiz, dəyişmələrsiz kağıza köçürülürdü. Ola bilər ki, elə bu cür gərgin rejimi Mopassanın axırına çıxdı. Onun gözləri ağrayır, yuxusuzluq miqrendən əziyyət çəkirdi. Qardaşı ağlını itirib sonra vəfat edəndə yazıçı nədənsə qəti qərara gəldi ki, onun da həyatı məhz belə bitəcək. Bioqraflar hesablayıb ki, Mopassan təkcə 1885-ci ildə 1500 çap vərəqi yazı yazıb. Bu nəticələr Balzakı da, Dikkensi , hətta Düma-atanı da arxadı qoyur. Ömrünün sonuna yaxın sürəti çox aşağı düşəndə yazıçı etiraf edir: "Bax bu, mənim "Anjelüs" romanımın 50 səhifəsidir. Bir il ərzində bunu yaza bilmişəm. 3 aya kitabımı bitirə bilməsəm özümü öldürəcəm". 

   1877-ci ilin martında Mopassan dostu Roberə məktub göndərib civə yodlu kalium ilə müalicə edildiyini yazır: "Tanrıya eşq olsun, alliluya, məndə sifilis var! Nəhayət ki, zökəmə yox, əsl xəstəliyə yoluxmuşam. Axı bu xəstəlikdən Birinci Fransisk vəfat eləmişdi. Mən fəxr eləyirəm. Ona görə mən ona yoluxmaqdan gərək qorxmayım". O dövrün təbabəti bu xəstəlik qarşısında aciz olduğundan ona göz yummağa çalışırdı. Dode, Mallarme, Tulus- Lotrek, Qoqen, Nerval, Bodler, Van Qoq, Nitşe, Mane bir çoxlarını Mopassanın "Mənim əziz sifilitiklərim" adlandırdığı insanlar bu xəstəlikdən vəfat eləmişdi. Deyilənə görə sifilisi Mopassan valideynlərindən "miras" almışdı.

 

   "Özünü bir qadınla məhdudlaşdıran adam..."

 

   Mopassan yazmayanda, müalicə olunmayanda avar çəkməklə məşğul olmaqdan azad vaxtında qadın ovuna çıxırdı. Qadınlar onu bəyənməsələr , tələyə düşürdülər. Sonra o, əsərlərində onların təsvirini verməklə acıq çıxırdı. Qadınlar onun məzəli əhvalatlarını dinləyərək gülməklə əylənirdilər. Bəzən yazıçı "dördünü birdən cilovlamışam" deyib fəxr eləyirdi. Üç yüzdən daha artıq rəqəmlərdən danışırlar. Qadınlar onunçün belə yazırdı: "Onun dili pəltəkdir, amma danışıq tərzi o qədər ürəyə yatandır ki, danışığının qüsurunu unudursan. Özünə baxan deyil, pis geyinir, biabırçı köhnə qalstuklar taxır".

  

   Onun fikrincə, "iki qadın bir qadından, üç qadın iki qadından daha yaxşıdır. Onu isə onlardan da yaxşıg Özünü bir qadınla məhdudlaşdıran adam il boyu dəniz ilbizini yeyən adama bənzəyir".

   Dünyada heç bir qüvvə onun qadınlara olan ehtirasının qarşısını ala bilməzdi. Yazıçı öz sevgi macəralarıyla ədəbi əsərlərindən daha artıq fəxr eləyirdi. Mopassan həmişə deyirdi ki, qadınlar arasında uğurunun səbəbi onun ağlındadır: "Çoxları hesab eləyir ki, cəmiyyətin aşağı səviyyəsinin əhalisi oturaq həyat keçirən zənginlərdən daha yaxşı məşuqdur. Mənsə düşünürəm ki, kişinin ağlı olmasa heç vaxt qadınına böyük zövq verə bilməyəcək".  

   Mopassan ömrü boyu ideal qadın axtarırdı: "Ömrü boyu yeganə qadını- Naməlum, Həsrətilə gözlədiyim, Arzuladığım qadını axtarmışam. Mən onu bütün mükəmməl keyfiyyətlərlə arzularımda bəzəmişəmg" Elə qadın həyatda yox idi. O, bunu çox yaxşı bilirdi. Ona görə etiraf eləyirdi ki, "Mən heç vaxt sevməmişəm".

   Heç vaxt ailə qurmur və elə dünyaya da subay vida edir. Öləndə nə huşu, nə də yaddaşı yerindəydi. Onun son sözləri isə "Ah, zülmət, zülmət" olur.

 

 

   Nigar İxtiyarqızı

 

   Həftə içi .- 2012.- 11-13 fevral.- S.16.