"Sübhün səfiri" filminin Türkiyədə çəkilişi
başa çatıb
Azərbaycan mütəfəkkiri haqqında
çəkilən filmdə
türkiyəli aktyorlar
da rol alıb
Artıq Azərbaycan dramaturgiyasının
banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibəti ilə çəkilən "Sübhün
səfiri" filminin Türkiyə çəkilişləri
baş tutub. Adıçəkilən filmin yaradıcı
heyətindən verilən
məlumata görə,
filmin çəkilişləri
İstanbulda aparılıb.
Filmin Türkiyə çəkilişlərində
azərbaycanlı aktyorlarla
yanaşı, türkiyəli
aktyorlar da çəkilib. Fuad Paşa rolunda Ahmet Uz, Münir
Əfəndi rolunda
Altar Akişık, Namik
Kamal rolunda Ahhan Şener, Yavər Şahin rolunda Türkiyədə yaşayan azərbaycanlı
Vüqar Əliyev çəkilib. Çəkilişlərə Azərbaycandan 16 nəfərlik heyət qatılıb. Aktyorlardan yalnız
Rasim Balayev Türkiyədəki çəkilişlərdə
iştirak edib. Xatırladaq ki, filmin ssenari müəllifi xalq yazıçısı Anar,
quruluşçu rejissoru
Ramiz Həsənoğlu,
operatoru Kənan Məmmədov, bəstəkarı
Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı
prodüseri Adil Qulamov, geyim üzrə rəssamı Şahin Həsənlidir. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü
gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün
sonuna kimi olan dövrü isə xalq artisti
Rasim Balayev canlandırır: "Filmdə
Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa,
Lermontov rolunda Oleq Əmirbəyov, Tubu xanım rolunda Məlahət Abbasova çəkiliblər. Film Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər
Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında
istehsal olunur".
Qələndər
Həftə içi.- 2012.- 11-13 fevral.-
S. 14.