Ukraynada fevral "Xocalı ayı" elan olunub  

 

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral "Xocalı ayı" elan olunub.

Ukrayna Azərbaycan Gənclər Birliyindən Trendə verilən məlumata görə, təşkilatın bununla bağlı keçirdiyi toplantıda Ukraynanın bir sıra yerli gənclər təşkilatları da "Xocalıya ədalət" kampaniyasına qatıldıqlarını elan ediblər.

Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayır.

A. Tahirov bu istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi Ukraynada yaşayan azərbaycanlı gənclərin də üzərinə böyük məsuliyyətin düşdüyünü nəzərə çatdırıb.

Ötən il İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkilatçıhğı ilə Ukraynada fevral "Xocalı ayı" elan olunmasının əhəmiyyətindən danışan birliyin fəalları Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, Oksana Əliyeva, Orxan Əliyev və digərləri ənənəyə uyğun olaraq bu il də "Xocalı ayı" çərçivəşində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayıblar.

"Xocalı adi bir faciə deyil. Bu, insanhğa qarşı törədilmiş bəşəri cinayət əsl soyqırımı siyasətidir". Toplantıda çıxışlarını bu notlar üzərində quran Ukrayna Gənclər Assambleya ictimaiyyətinə çatdırılması üçün rəhbərlik etdikləri təşkilatların "Xocalıya ədalət" kampaniyasına qoşulduğunu elan ediblər.

Toplantıda tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət şəhərlərinin mərkəzi meydanlarında yürüşlərin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən fotoinformasiya bukletləri paylanması, adıçəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması Xocalı faciəsini özündə əks etdirən sənədli fiılmlərin nümayiş etdirilməsi, ATƏT-in BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının keçirilməsi adıçəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək yekdilliklə təsdiq olunub.

1992-ci il fevrahn 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırımı aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımrz, o cümlədən 106 qadın, 63 uşaq 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

 

 Əli Zülfüqaroğlu

 

Həftə içi.- 2012.- 11-13 fevral.- S. 7.