Mədəniyyət və incəsənət xadimləri mükafatlandırıldı

 

Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət, incəsənət xadimlərinə, turizm işçilərinə orden və medallar təqdim edib.

Verilən məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğinə kömək edib. Nazir deyib ki, yalnız son 1 ayda dünyanın üç ölkəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi təqdirəlayiq bir haldır və bu tədbirlər daha da genişlənəcək. O qeyd edib ki, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra layihələr həyata keçirilibbunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ olunub. Ə.Qarayev mədəniyyət sahəsində aparılan siyasət nəticəsində Azərbaycanın yalnız neft ölkəsi olaraq deyil, həm də mədəniyyət ölkəsi kimi tarixə düşməsinə çalışdıqlarını vurğulayıb.

Daha sonra Ə.Qarayev fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimlərinə orden və medallarını təqdim edib. Bəstəkar Aqşin Əlizadənin səhhətində nasazlıq yaşadığından "Şöhrət" ordeni onun qardaşına təqdim edilib. Tədbirdə Zakir Məmmədov, Əvəz Abdullayev, Yeganə Axundova, Samir Cəfərov, Əli Əsgərov və Kamilla Hüseynovaya xalq artisti, İsrafil İsrafilov, Emin Məmmədov, Nazim Mirişli, Sara Nəzirova və Cahangir Zülfüqarova əməkdar incəsənət xadimi, Çingiz Əhmədov, Çinarə Əlizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Elşən Rüstəmov, Elman Rəfiyev və Atabala Səfərova əməkdar artistdaha bir neçə nəfərə əməkdar mədəniyyət işçisi fəxri adının medalı təqdim edilib.

 

 

Nigar

 

Həfət  içi.- 2012.- 11 iyul.-S. 8.