Qalibiyyətə
aparan duetlər
"Eurovision" müsabiqəsinin
57 illik tarixində 4 qalib duet olub: onlardan biri də
Nigar və Eldardır
Eldar və Nigarın 2011-ci il mayın 14-də
Almaniyanın Düsseldorf şəhərində keçirilən
"Eurovision" mahnı müsabiqəsindəki birinciliyi Azərbaycanın
bu səhnədəki ilk qələbəsi idi. Bu hadisə
müsabiqə tarixində maraqlı araşdırmalara da yol açır.
Eldar və Nigar
"Eurovision" mahnı müsabiqəsinin
57 illik tarixində 4 qalib duetdən biridir. Müsabiqə tarixində duet kimi
yarışanlar arasında
ən kəskin rəqabət 1972-ci ildə
Şotlandiyadakı "Eurovision" mahnı müsabiqəsində
müşahidə edilib.
Çünki həmin vaxt
müsabiqədə 18 ölkədən
6-sı məhz qadın-kişi
ifaçılardan ibarət
duetlərlə təmsil
olunurdu.
Avropa tamaşaçıları qadın və
kişi ifaçıdan ibarət ilk möhtəşəm
duetin qələbəsinə 49 il bundan əvvəl şahid
olub.
Qələbədən 12 il sonra...
İlk belə cütlük 1963-cü ildə
martın 23-də Londondakı 8-ci "Eurovision" mahnı
müsabiqəsində qələbə qazandı. Grethe və Jorgen İnqmannlar ölkələri
Danimarkaya ilk "Eurovision" həyəcanını bəxş
etdilər. Bu səhnəyə çıxanda 38 yaşlı
Jorgenlə 25 yaşlı
Grethe artıq 7 illik evlilik həyatı
yaşayırdı. Qələbədən
12 il sonra
isə onlar ailə həyatına son qoydular və həm musiqi, həm də şəxsi həyatlarında
yollarını ayırdılar.
Fəqrli perfonmans göstərmək
üçün
"Eurovision" tarixində növbəti qalib
cütlük isə 31 il sonra İrlandiyada keçirilən
"Eurovision" səhnəsində göründü. 1994-cü ildə 34 yaşlı Paul Harrinqton və 44 yaşlı
Charlie McGettigan "Rock n Roll Kids" mahnısı ilə İrlandiyanı təmsil
edirdilər. 1992-ci və 1993-cü illərdə qadın ifaçılarla təmsil
olunub iki dəfə ardıcıl birinciliyə sahiblənən
İrlandiya fərqli performans göstərmək
üçün iki kişi ifaçıdan
ibarət dueti müsabiqə səhnəsinə
yolladı. Bu duet İrlandiyaya ardıcıl
olaraq 3-cü, ümumilikdə
isə 6-cı qələbəni
gətirdi. 39-cu
"Eurovision" mahnı müsabiqəsinin
2-ci qalib dueti hələ də 226 balla müsabiqə tarixində ən çox xal toplamış təmsilçi
cütlük kimi xatırlanır. Qəribədir ki, onlardan Paul Harrinqton 1998-ci ildə Doun Martin (Dawn Martin) ilə
bek-vokalçı qismində
yenidən "Eurovision" səhnəsinə qayıtsa
da, heç bir parlaq şou
göstərə bilmədi.
21 yaşlı Taner və 50 yaşlı
Deyv cütlüyü
2001-ci ildə isə Estoniya təmsilçiləri
müsabiqə meydanına daha maraqlı layihə ilə
çıxdılar. 21 yaşlı Taner Padar və 50 yaşlı Deyv Benton cütlüyünün əvvəlki
2 duetdən fərqi o
idi ki, onları
bek vokalda 4 nəfərlik 2XL qrupu müşayiət edirdi. Onlardan Tanel Padar 2000-ci ildə sevgilisi İnesin bek vokalçısı kimi
"Eurovision" səhnəsində görünmüşdü. Bu duetin də
birinciliyi Estoniyaya müsabiqə tarixində
ilk qələbəsini qazandırdı.
El və Nikki ilə gələn uğur
Elə bu hadisədən 10 il sonra Azərbaycanın
müsabiqədəki təmsilçisi Eldar və Nigar dueti
ölkəmizə Avropanın ən nüfuzlu mahnı
yarışmasında ilk qalibiyyət sevincini qazandırdı.
Onların performansı və səhnə mədəniyyəti milyonlarla
Avropa izləyicisinin qəlbini oxşadı. Müsabiqədən sonra ayrı-ayrılıqda
karyeralarını davam
etdirən cütlük
yarışma tarixinə
4-cü qalib duet kimi həkk olundu. Aralarında yaş fərqi olmasına baxmayaraq bunu keç də hiss etdirməyən El və
Nikki duetinin iştirakçıları
əvvəllər ayrı-ayrılıqda
ifaçılıqla məşğul
olmayıblar. Nigar evlidir
və iki qızı var, Eldar isə ifaçılıqla yanaşı
təhsilini davam etdirir.
Nigar İxtiyarqızı
Həftə içi.- 2012.- 1 iyun.- S.8.