Döyüş alnına yazılan kişi
Ağdərənin Sırxavəndindən
Ağdamın Qərvəndinədək döyüş yolu
keçmiş 72 yaşlı
döyüşçünün həyat hekayəti
Vətən dar günlərində
övladlarını sınağa çəkir. Kimisi
özündə silaha sarılmaq qədər cəsarət və
dözüm nümayiş etdirib özünü
ölümün pəncəsinə atmaqdan belə çəkinmir,
başqa birisi isə nəinki silah götürüb ön cəbhəyə
getmək istəmir, hətta havaya atılan güllənin səsindən
qorxub daldalanmağı, gizlənməyi yeganə
çıxış yolu görür.
Torpaqlarımızın 20 faizinin itirilməsi ilə nəticələnmiş
birinci Qarabağ müharibəsində hər iki halı
özündə cəmləşdirən onlarla, yüzlərlə
faktlar var. Ancaq nə yaxşı ki, Azərbaycanda birincilər
həmişə ikincilərdən müqayisəedilməz dərəcədə
çox olub.
Belə oğullardan biri də Qarabağ
döyüşlərində şücaət göstərmiş
ağsaçlı müəllim Saleh Cəfərovdur.
Redaksiyamızın qonağı olan 72 yaşlı Qarabağ
döyüşçüsü indi də əlinə silah
götürüb torpaqlarımızı yağı
düşməndən azad etməyə hazırdır. Amma
onun baxışlarında bir narahatçılıq,
küskünlük hiss olunurdu. Söhbətə
döyüş xatirələrindən başlayan
müsahibimiz deyir ki, hələ uşaq vaxtlarından ermənilərin
hiyləgər olduğunu duyubmuş. Ağdərə rayonunun
Sırxavənd kəndində doğulub boya-başa çatan
keçmiş döyüşçü hələ 6-cı sinifdə
oxuyarkən Mərkəzi Komitəyə yazdığı ərizəni
xatırladır: "1950-ci illərin ortalarında, Sırxavənd
kənd orta məktəbinin 6-cı sinfində oxuyanda valideyinlərimin
xəbəri olmadan ermənilərin bizə qarşı qərəzli
siyasətindən Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə şikayət ərizəsi yazdım. Məktubdan
sonra ermənilər məni və ailəmizi
sıxışdırdığından Ağdam rayonuna pənah
gətirdik. Böyüyəndən sonra ermənilərə nifrətim
daha da artırdı. Bakıda 3 ali məktəb bitirdim, istəyirdim
doğma kəndimizdə işləyim. Amma Dağlıq
Qarabağın rəhbərləri mənə iş vermədi.
Ona görə də Saleh Cəfərov Bakıda qalıb
burada işləmək qərarına gəlib. Onun sözlərinə
görə, 3 məktəbdə tarix müəllimi kimi dərs
deməklə yanaşı ictimai işlərdə də
yaxından iştirak edərək, söylədiyi məruzələrdən
böyük məbləğdə qonarar alardı. O, həmçinin
mətbuatda da vaxtaşırı çıxışlar edər,
məqalələri mərkəzi qəzet səhvlərindən
düşməzdi. Məvacibinin bir hissəsini Sırxavənd
kəndində yerləşən ata mülkünün təmirinə
və qəsəbənin abadlıqlaşmasına sərf edən
Saleh müəllim Qarabağ hadisələri zamanı silah
götürüb ön cəbhəyə getmək qərarına
gəlib: "Könüllü şəkildə Müdafiə
Nazirliyinə müraciət etdim. Məni Ağdamda təzə
yaradılmış 836 saylı özünümüdafiə
polkuna göndərdilər və orada polk komandirinin köməkçisi
kimi işə başladım. Qarabağın 30-dan çox
yaşayış məntəqələrində gedən
döyüşlərdə iştirak etmişəm. Dəfələrlə
mühasirəyə düşmüşük, həftələrlə
ac-susuz qalmışıq".
Ağdərənin
Sırxavəndindən Ağdamın Qərvəndinədək
1991-ci ilin
payızında Saleh Cəfərovun doğulduğu Sırxavənd
kəndi ermənilərin mühasirəsində
qaldığından hər yerdən əlaqə kəsilmişdi.
Köməksiz qalan kənd camaatı döyüşə
atılmışdı. 1992-ci il yanvarın 24-də erməni
ordusu hər tərəfdən hücuma keçir, qüvvələr
qeyri-bərabər olsa da, güclü döyüşlər
gedirdi. Həmsöhbətimiz deyir ki, həmin
döyüşdə kənd camaatı ölümə məhkum
edilmişlər kimi vuruşurmuş. Belə ki, sırxavəndlilər
çoxsaylı itkilər versə də, geri çəkilmirdilər:
"Həmindöyüşdə mənim də xidmətlərim
az olmayıb. Bir yandan döyüşürdüksə, digər
tərəfdən də ölən əsgərlərimizin
meyidini və yaralıları döyüş bölgəsindən
uzaqlaşdırmağa çalışırdıq.
Düşmən bizi güclü artileriya atəşinə
tutdu və ağır yaralanmışdım. Məni
hüşsuz halda dağılmış evin altından
çıxardıblar. Kəndin həkimi Bəxtiyar Hüseynovun 2
ay müalicəsindən sonra özümə gəldim. Amma
1992-ci ilin martın 12-də Sırxəvənd kəndi ermənilərin
işğalına məruz qaldı".
Müsahibimiz deyir ki,1992-ci ilin iyununda Qarabağda ən
çətin dərə olan "Qabartı çayı"
dərəsi onun planı əsasında, özünün
iştirakı ilə düşməndən azad edilib. Onun
sözlərinə görə, Azərbaycanın
özünümüdafiə batalyonu 8 kilometr irəliləyərək
ermənilərin yolunu ələ keçirib. Həmin
döyüşlərdə Saleh Cəfərov dəfələrlə
yaralanır. O, növbəti dəfə Ağdamın Qərvənd
kəndinin müdafiəsi zamanı ciddi xəsarət
alır: "Həmin döyüşlər də bizim
üçün uğurlu keçdi, ordumuz əsl
döyüş şücaəti göstərdilər. Ermənilər
böyük itkilər verərək geri çəkildilər".
Dəfələrlə yaralanıb "ümumi əlil"
oldu
1995-ci ilin iyulun
axırlarında prezidentin fərmanı ilə ordudan təxris
olunan Saleh Cəfərov hərbi briqadanın göstərişi
ilə Mərkəzi Hərbi Xəstəxanaya müalicəyə
göndərdilər. Göndəriş vərəqəsinə
döyüşlərdə aldığı zədələri
əks etdirən 3 akt briqadanın komandiri möhürlənərək sənədə
tikilib. Amma onun sözlərinə görə, hospitalda hərcmərclik,
özbaşınalıq hökm sürdüyündən xəstələr
baxmırdılar": Həkimlər günlərlə işə
çıxmadığından xəstələr tibb
bacısının ümidinə qalırdı. Mən də
o vəziyyəti yaşadım. Səhhətimdə heç
bir irəliləyiş yox idi. 80 gün müalicə
yatdıqdan sonra həkimim gəlib çıxdı".
Saleh Cəfərov deyir ki, hərbi qospitaldan
çıxdıqdan sonra Səhiyyə Nazirliyindən
müalicəsini davam etdirmək üçün onu Dioqnastika
Mərkəzinə göndəriblər. Bir həftəlik
müayinədən sonra onun bədənində 3 yerdən cərrahiyyə
əməliyyatı
aparılıb. Lakin hələ də tam müalicə ala bilməyib.
Onun sözlərinə görə, müalicə olunmaq
üçün 18 dəfə xəstəxanada yatsa da, səhhətində
ciddi irəliləyiş yoxdur: "Ona görə də
pensiyaya vaxtından 2 il tez çıxmaq məcburiyyətində
qaldım. Amma hərbi tibb komissiyası isə
mənə ümumi əlillik yazıb. Bununla bağlı məhkəməyə
də müraciət etmişəm. Lakin məhkəmə mənim
işimə vicdanla yanaşmadı".
Başına gələnlərə rəğmən,
72 yaşlı keçmiş döyüşçü ədalətin
gec-tez zəfər çalacağına əmindir. "Nə
olsun ki, 20 ildir Vətənimizin ərazi
bütovlüyünü təmin edə bilmirik. Sonda o
torpaqlarda biz özümüz yaşayacağıq. Mənə
qarşı ədalətsizlik də uzun çəkməyəcək
və tezliklə müharibədə
döyüşdüyümə görə haqqımı
özümə verəcəklər" deyir Saleh Cəfərov.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2012.- 30 iyun-2
iyul.- S.13.