Şairə xanımın 20 il əvvəl yazdığı "Qanlı Yanvar"
İnsan var ki,
dünyaya göz açan anlardan həyat onu çətinliklərin
məngənəsində sıxır. Amma Allahın ən
sevimli bəndələri olan bu kəslər dözümü
və iradəsi ilə çətinliklərə sinə gərir,
hər əzab-əziyyətə qatlaşıb bərkiyir,
polad iradəsi heç vaxt şınmır.
Görünür, elə bu səbəbdəndir ki,
dözümlü və iradəli insanlar Allahın ən
sevimli bəndələri ola bilir. Belələrindən biri də
kasıb və məşəqqətli həyat sürsə də,
əyilməz iradəsi ilə tanınan şairə xanım
Şərafət Dağıstanlıdır.
"Seçilənlər"rublikasından
bu dəfə elə onun özülə ondan
danışacağıq. İndi dillər əzbəri olan və
sevilən 60-dan çox mahnının sözlərinin müəllifi
olan şairə xanım.
Şərafət
xanım öz keçmişini göz yaşları ilə
xatırlasa da, ara-sıra adamın könlünü almağa,
onu kədərindən uzaqlaşdırmağı da bacaran
şərəfli insan, çox istedadlı
yazarlarımızdan biridir.1939-cu ildə Dağıstan
respublikası, Puti rayonunda hərbçi ailəsində
dünyaya gəlib. Atası Əbdülcəlil kişi və
6 əmisi İkinci Dünya Müharibəsində həlak
olub. 5 yaşında anasıni Samur çayında itirən
balaca Şərafət Qax rayonunda qohumlarının himayəsində
böyüyüb. 1950-ci ildə qohumları ilə birgə
Bakıya köçüb. Beləliklə, valideynlərindən
mərhum olan Şərafət Dağıstanlı kiçik
yaşlarından zəhmətə alışıb, həyatını
alın tərilə qazanıb.14 yaşından həm əmək,
həm də yaradıcılıq fəaliyyətinə
başlayıb.
"Olmur" şeirimi ilk dəfə Xan Əmi
Şuşada oxudu"
Şərafət
xanım xatırlayır ki, çox erkən, uşaq
yaşlarından şeirlər yazmağa
başlayıb. 11 yaşı olarkən xalq
şairi Səməd Vurğun
Qax rayonuna ova çıxır. Əmisi ilə yaxın dostluq olduğundan ov etdikdən sonra Səməd
Vurğun onlara dönür: " Məni
qucağına alardı, saçlarımı tumarlayardı. Əmim
Tahir müəllim şeir
yazdığımı ona dedi.
Səməd Vurğun yazdığım
"Durnalar"şeirimə diqqətlə qulaq
asdı. Söylədiyim şeir onun çox xoşuna gəlmişdi. Başımı
sığallaya-sığallaya, gülə-gülə əmimə
"bu qızın gözlərindən
atəş yağır, onu qoru" dedi. Mənim
sözlərimə yazılmış mahnıları Azərbaycanın
tanınmış, korifey sənətçiləri
ifa edib və bu gündə onların dillərinin əzbəri
olub.
Ağbirçək
şairə xanım söyləyir ki, təxminən 1965- ci
ildə "Azərbaycan qadını"jurnalında
çalışarkən artıq şairə kimi
tanınmağa başlayıb. Həmin il Şuşa
sanatoriyasında dincələrkən ilk dəfə
Qarabağın, eləcə də Şuşanın ecazkar
gözəlliyi onu məftun edib: "Məni məndən
alaraq öz qaynar qoynuna çəkdirdi Şuşa. Onun
gözəl təbiətinə, çalmalı
dağlarına baxdıqca, pıçıltılı
duyğularım aram-aram sözə, şeirə
çevrilirdi".
Parkda oturub
"Olmur" şeirini də elə o vaxt Şuşada
yazıb Şərafət xanım. Həmin şeirin bir bəndi
belədir:
Yayda Qarabağın
seyrinə çıxsan
Bir gecə
Şuşada qalmasan olmur.
Çıxıb
axşamüstü "Cıdır Düzü"nə,
Vaqifin
könlünü almasan olmur.
Həmsöhbətimiz
söyləyir ki, o Şuşada olarkən Xan Əmi də
xanımı ilə parkda istirahət edirdi: "Şeiri
yazıb qurtardıqdan sonra gəlib Xan əmilə
görüşdüm. Özümü təqdim edib,
yazdığım şeiri ona oxudum. Xan Əmi şeirimdən
çox məmun oldu və qəlyanın çəkə-çəkə
"qızım, elə bu stildə şeirlər yaz"
dedi. Ertəsi günü Şuşa sanotoriyasında
böyük bir tədbir keçirilirdi. Həmin tədbirdə
pespublikanın adlı-sanlı ziyalıları,
tanınmış sənət adamları da iştirak edirdi.
Xan Əmi mənim Şuşaya həsr etdiyim "Olmur"
şeirimi elə ordaca muğam üstə ifa etdi. Həmin
gündən şeirim tarixə düşdü. Və sənətçilərin
dilindən düşmədi. Şeirim "Şuşa"qəzetində
çap olundu".
"Sağ ol sözü özlərinə qalsın,
amma..."
Müsahibimiz deyir ki, indiyədək onun 60-dan çox
şeirinə mahnılar yazılıb. Məsələn
onun müəllifi olduğu
şeirin sözlərinə
yazılmış məşhur "Yaralama"
mahnısı. O mahnı ki, korigey sənətçilərimiz Arif Babayev, Əbülfət
Əliyev, Səxavət Məmmədov,Yaqub Məmmədov, Sabir Mirzəyev və başqaları ifa edib. Bu gün də xalq artisti Mənsum İbrahimov, Könül
Xasıyeva, Təyyar Bayramov, Fədai
Laçınlı, Cabir Abdullayevin,
Sabir Abdullayev və
başqalarının ən əziz ifalarına çevrilib: "Bu və
ya sözlərimə yazılmış
digər mahnılar dövlətin "Qızıl Fondu"nda
saxlanılır. Ehtram Hüseynov
"Muğam" festivalında "Yaralama" mahnısını ifa
edərək qaliblər sırasına çıxdı. Eləcə
də 8 yaşlı Elməddin Musayev
"Olmur" mahnısı ilə
müsabiqədə 1-ci yeri tutdu. Sözləri mənim olan
adını çəkdiyim hər iki
mahnını Xosrov Fərəcov bəstələyib.
Həmin mahnılar bu gün
xalq mahnıları kimi
təqdim olunur. Bu məni
heç də kədərləndirmir. Çünki nə yazmışamsa xalqım üçün yazmışam. Amma insaf da yaxşı şeydir, onları dünyada
məşhurlaşdıran və çörək
ağacına çevrilən sənətçilərimiz bu mahnıların adını çəkəndə
"sağ ol" sözü özlərinə qalsın,
adımı belə, dillərinə gətirməyiblər, bu gün də gətirmirlər".
Şairə xanım son vaxtlar "Toylar
kralı" verlişində mahnılarının daha çox səsləndirildiyini
deyir. Bildirir ki, tanınmış müğənni Əli
Mirəliyevin keçən il onu bu verlişə dəvət
edib: "Aparıcı Çingiz müəllimə
yaxınlaşıb vaxtilə çap olunmuş "Tək sənə görə"
kitabımı açdım və həmin mahnıları ona göstərib bu barədə
efir vasitəsi ilə açıqlama verməyi
xahiş etdim. Çox təəssüf olsun
ki, o mənim bir müəllif kimi
adımı açıqlamadı. Bu,
aparıcının mənə qarşı hörmətsizliyi
idi. Həmin verlişdə münsiflər
heyətində əyləşən xalq artisti Qəndab Quliyeva və
Ceyran Haşımova aparıcıya bu haqda öz
etirazlarını bildirib dedilər ki, bu çox
gözəl mahnılardır və hamılıqla oxuyuruq. Həmin verlişi
tərk etdim. Mənə bu
günə kimi qaranlıq qalır, nəyə
görə söz müəllifi kimi adım çəkilmir?
65 ildir müəlliflik
hüququnun tapdandığını deyən Şərafət
Dağıstanlı bu barədə bir cox sənətçilərə
müraciət etdiyini söyləyir. Bir dəfə
Könül Xasıyevaya telefon edib, ondan "Yaralama"
mahnısını neçə ildir ifa etdiyini soruşduqda,
"33 il" cavabını alıb: "Sonra Könül
xanıma dedim ki, axı, bu mahnının sözləri mənimdir,
nəyə görə adımı bu illər ərzində
bir dəfə olsa da çəkmirsiniz? Sevimli xanəndəmiz
telefonu üzümə qapadı. Eləcə də Fədaə
Laçına da zəng etdim. Özümü təqdim etdim,
bu haqda ona məlumat verdim. Müğənninin cavabında
"Qəbələdə istrahətdəyəm, Bakıya gələn
kimi sizə mütləq zəng edəcəyəm" dedi.
Aradan nə qədər vaxt keçib Fədaə xanım bu
günə kimi zəng etməyib. Dəfələrlə ona zəng
edirəm, nömrəmi tanıyıb cavab vermir. Axır əlacım
ona qalıb ki, müəlliflik hüququmun bərpa edilməsi
üçün məhkəməyə müraciət edəm".
9 min şeiri
qəzetlərdə çap olunub
Şairə deyir ki,
heç bir yerdən ona qayğı göstərilmir. Hətta
yazmadığı yer, döymədiyi
qapı da qalmayıb":Məcburiyyət
qarşısında qalıb şəhərin mərkəzindəki
mənzilini də satıb: "Şəraitimlə
bağlı Yazıçılar Birliyinə dəfələrlə
müraciət etşəm. Heç bir xeyri olmayıb. Ədəbiyyatda
50-ci illərdən külünc vururam. Hətta mənim
qoşmalarımı tanınmış aşıqlar
Aşıq Əkbər, Aşıq İmran,
Aşıq Şakir və başqaları
ifa edirlər. 9000 şeirim
ayrı-ayrı qəzetlərdə çap
olunsa da,
imkansızlıqdan onları kitabça
şəklində dərc elətdirə bilmirəm. Özüm "20 Yanvar"
iştrakçısıyam, o gecə
saqqallı hərbçilərin avtomat
gülləsindən aşılan atəşə tutulsaq da, xoşbəxtlikdən
salamat qaldıq. "Qanlı Yanvar" poemanı 20 il bundan oncə yazmışam. O vaxtlar
qəzetlərdə bu hissə-hissə çap olunub. Qeyrətdən,
kişilikdən dəm vuranlardan biri qabağa
çıxıb mənim bu poemamı dərc
elətdirmirlər".
Nəğməkar
şair onu da deyir ki,3 dəfə Asiya, Afrika, latın
Amerikası dünya yazıçıları və şairləri
konqresinin iştrakçısı olub. Dünyanın bir
sıra klasik şairləri Yaşar Kamal, Orxan Kamal, Əziz
Nesin, Nazinm Hikmət, Çingiz Aytımatov, Şoloxov. Yuri
Ditxeo və başqaları ilə birgə şəkillər
çəkdirib, konqreslərdə çıxış ediblər,
eləcə də dostluqlarını davam etdiriblər:
"Yadımdadır.1961-ci ilin 6 iyulda xalq şairi Səməd
Vurğunun paytaxtda abidəsinin açılışında mən
də iştrak edirdim. Orada Vurğunun heykəlinə həsr
elədiyim şeiri oxudum".
Şeirin bir bəndində
deyilir:
Yüksəlir heykəlin
Günəşə sarı,
Bakının qocaman
gülşənliyindən.
Baxışın
andırır qəmli qartalı,
Lakin sən
ağlamır, gülümsəyirsən.
Söhbətimizin
sonunda Şərafət Dağıstanlı deyir ki, xalq
yazıçısı Mirzə İbrahimov bütün
dövlət tədbirlərinə onu da dəvət edərdi:
"O dövrdə mənim yaradıcılığıma
yüksək qiymət verilərdi. Amma bu gün o qiymət
yoxdur, unudulmuşuq. Artıq gənc nəsil bizi
tanımır".
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2012.- 1 mart.- S.7.