Tarixin geri dönməyən
təkəri
Bir
gün azad yaşamağı 40 il qul kimi yaşamaqdan
üstün tutan Babəkin anım günüdür
Bəşər
övladının ilk məskəni sayılan Azərbaycan
dövləti minilliklərin yaddaşında böyük
şəxsiyyətlər, qəhrəman sərkərdələr
bəxş edən bir diyar kimi tanınır. Zamanın ədalətsiz
hökmünə baş əyməyən, yadelli
işğallara və amansız müharibələr
meydanına çevrilən vətənimizin
azadlığı uğrunda onlar daimi
çarpışıblar.
Dünya tarixində
böyük sərkərdə və qüdrətli hökmdar
kimi tanınan Babək Xürrəmi də 20 ildən çox
ərəb zülmünə, xilafət qoşunlarına
qarşı döyüşüb. Sasani imperiyasının əsarətindən
qurtulan bu qədim diyar VII əsrin 1-ci yarısında Ərəb
İslam dövlətinin yürüşlərinə məruz
qaldı. Tədqiqatçı-tarixçi Vaqif Rüstəmov
bildirir ki, İslam dininin fövqəltəbii
varlığı insanları vahid ideya bayrağı
altında birləşməsinə zəmin yaratdı. Onun
sözlərinə görə, hamının dərin sevgisini
və məhəbbətini qazanan bu dini ideya Məhəmməd
peyğəmbərdən sonra gələn 4 xəlifənin
zamanında da əmin-amanlığın, sabitliyin hökm
sürməsinə nail oldu: "Ancaq xəlifə Həzrəti
Əlidən sonra xilafətdə hökmranlıq edən Əməvilər
və Abbasilər sülaləsinin islam aləmində
özbaşınalığa, qəddarlığa,
zülmün və haqsızlığın yaranmasına gətirib
çıxardı. Yerlərdə təriqəlindən və
dini etiqadından asılı olmayaraq, vergi və xərracların
qat-qat artırılması insanlar üzərində
talanların, soyğunçuluğun və haqsız işgəncələrin
geniş miqyas alması istər-istəməz xalqın
narazılığına səbəb oldu".
Müsahibimiz bu
zülmə qarşı Azərbaycanın Ərdəbil, Beyləqan,
Bərdə, İrəvan, Dərbənd və başqa yerlərdə
xalqın etirazlarının alovlandığını da
xatırladır. Tarixçi deyir ki, xüsusən 748-ci ildə
Beyləqanda, Bərdədə xilafətin zülmünə
qarşı mübarizə başladı. Nizami orduya və
güclü silaha malik xilafər qoşunları
amansızlıqla yatırıldı: "Lakin xilafətin
zülmü ilə barışmayan və onlardan qorxmayan xalq
yeni-yeni hərəkatda birləşirdilər. Bu hərəkatın
əsas qığılcımı Ərdəbil
yaxınlığında xürrəm yaşayış sahəsində
böyük vüsət aldı. Xilafət ordusunun xürrəmi
sakinlərinə qarşı törətdiyi qətllərin sədası
bütün Azərbaycana yayıldı. Bu dövrdə Abbasilər
xilafətinə qarşı üsyankar xürrəmilər
daha coşqun çıxış etdilər".
Müsahibimiz xürrəmilərin
banisi kimi tanınan Cavidan və Əbu İmran kimi cəsur
igidlər 778-ci ildə xilafət qoşununa qarşı hücuma
keçdiklərini söyləyir. Vaqif Rüstəmovun
sözlərinə görə, nizami orduya malik ərəblər
öz çirkin əməllərini və zülmünü
gizlətmək üçün xürrəmilərə
kafirlik damğasını vuraraq, bu üsyanı
amansızlıqla yatırdılar. Bəzz qalasına çəkilən
Cavidan qüvvələri yenidən səfərbər etdi:
"Tarixi mənbələr göstərir ki, Cavidanla Əbu
İmran arasındakı müttəfiqlik hərəkata
başçılıq etmək istəyi ilə
münaqişəyə və ziddiyyətlərə səbəb
oldu. Bu ziddiyyətlərlə yaşayan hər iki qəhrəman
807-ci ildə ərəblərlə döyüşdə yenə
də məğlub oldular. Artıq iki qəhrəman
arasındakı ziddiyyətlər xürrəmilərin
mübarizəsinə zərbə vurdu".
Tədqiqatçı
onu da deyir ki, tarixşünaslıqda göstərildiyi kimi,
böyük sərkərdə kimi tanınan Babəkin Bəzz
qalasına gəlişi təsadüfi deyil: "Onun Ərdəbildə
dəfələrlə Cavidanla görüşü və
ideya birliyi yaxınlaşdırmışdır. Öz
zamanının cəsur, igid cəngavəri kimi Cavidanın təklifi
ilə Babək Bəzz qalasına gəlir. Və Cavidanın
yaxın köməkçisi kimi fəaliyyət göstərir.
Ancaq ara verməyən Cavidan və Əbu İmran
münaqişələrin sonu hər iki qəhrəmanın əlbəyaxa
təkbətək döyüşü zamanı ölmünə
səbəb olur. Cavidanın vəsiyyəti ilə Babək
xürrəmi hərəkatına başçılıq edir
və Bəzz qalasının sahibi olur. "Xürrəm"
sözü haqqında tarixşünaslıqda müxtəlif
fikirlər irəli sürülür. Ərəb və fars
tarixşünaslığında xürrəmi
ardıcıllarına "müxəmmirə" -
"qırmızı geyinmişlər" və ya "surxəl"
- "qırmızı bayraqlılar" deyirdilər. Bu bir həqiqətdir
ki, tarixdə işğalçılara qarşı
qırmızı geyimdə və qırmızı bayraq
altında çıxış edən xürrəmilər
olmuşlar".
Tarixçi bildirir ki,
xürrəmilərin dini etiqadı qədim köklərə,
işıq və qaranlığın, xeyir və şərin
simvolu olan iki mənəvi qüvvəyə, inama əsaslanmışdır.
Onun sözlərinə görə, bu ideyanın və
amalın vurğunu olan Babək ilk gündən hərəkatda
güclü nizam-intizam yaratdı. Bir tarixi həqiqət də
məlumdur ki, Babəkin fəaliyyətinin ilk günlərində
Bəzzdə o qədər də qüvvə
qalmamışdı: "Ancaq Babəkin cəsurluğu və
ona olan inam yerlərdə ərəb zülmündən əziyyət
çəkən insanların pənahına səbəb oldu.
Beyləqandan, Bərdədən, İrəvandan və Naxçıvandan
gələn mübarizlərin sayı-hesabı hər gün
artırdı. Bu qədər böyük bir qüvvəni Bəzzdə
yerləşdirmək mümkün deyildi. Babək bu
üsyankar qüvvələrə əldə etdiyi silahlarla
silahlandırıb öz yerlərinə göndərirdi və
lazım olan vaxt Babəkin işarəsi ilə səfərbər
olmaqlarına göstəriş vermişdir. O dövrdə
döyüş anlarını yüksəkliklərdə
yandırılan tonqalar vasitəsilə xəbər
çatdırırdılar".
Xürrəmilərin
ilk məğlubiyyəti
Mənbələrdə
deyilir ki, xürrəmilər hər dəfə xilafət
ordusu üzərində qələbə
çalırdılar. Bu mübarizədə Babəkin tərəfdarlarının
sayı 300 mindən çox idi. O da məlumdur ki, Babək bu
mübarizədə xilafətin 6 ordusunu və onlarla sərkərdəsini
məhv edib. Çıxılmaz vəziyyətdə qalan xəlifə
2 cəbhədə Bizansla və xürrəmilərlə
döyüşmək gücündə deyildi. Ona görə
istər-istəməz Bizansla müharibəni dayandıraraq
bütün qüvvəni xürrəmilərin üzərinə
yeritdi. Möhtəsimin xəlifə kürsüsünə,
taxtına çıxması ilə bütün
gücünü 833-cü ildə Həmədan
yaxınlığındakı döyüşə sərf
etdi. Bu qanlı döyüşdə ilk olaraq xürrəmilər
məğlub oldu. Bu qələbədən ruhlanan Möhtəsim
yeni-yeni nizami orduların səfərbər edilməsinə əmr
verdi. Bizansla müharibədə döyüş təcrübəsi
əldə edən Avşini bu orduya baş komandan təyin
etdi və bildirdi ki, xürrəmiləri məğlub etmək
üçün bu yolda xilafət heç nəyi əsirgəmiyəcək.
Avşin 835-ci ildə Azərbaycanın içərilərinə
doğru yürüş edərək Bəzz
yaxınlığında hərbi düşərgəsini
yaratdı. Dəfələrlə Möhtəsimin tələblərinə
baxmayaraq, Avşin müharibəni başlamadı.
Çünki o xürrəmilərin gücünü, əlavə
qüvvələrini dəqiq öyrənmək
üçün öz cəsuslarının məlumatlarını
toplayırdı.
Vaqif Rüstəmov
deyir ki, bu müddət ərzində Babək xürrəmilərdən
çox güclü olan ərəb ordularına qarşı
mübarizəni gücləndirmək üçün Bizansla
yeni ittifaqa ümid bəsləyən Babək əlavə
köməyə ehtiyac olduğunu məktub vasitəsilə
bildirdi. 837-ci ilin mayında Avşin Bəzz üzərinə
hücuma keçdi və qalanı ala bildi. Onun sözlərinə
görə, mühasirə zamanı Avşinlə
danışıqlara məhəl qoymayan Babək təslim
olmaq istəmirdi: "O az bir qüvvə ilə qaladan
çıxa bildi. Məqsədi Bizansdan və Arranan yeni
qüvvələr toplamaqla xilafətlə mübarizəni
davam etdirmək istəyirdi. Ancaq Arranda Səhl İbl
Sumbatın qəsrində qonaq olan Babək xəyanət nəticəsində
Avşinə təslim edilir".
Qəzəblənmiş
xəlifənin edam hökmü
Tarixi araşdırma
göstərir ki, Səhl İbn Sumbat bir müttəfiq kimi
xürrəmilər tərəfindən ərəblərlə
vuruşmuşdur. O 822-ci ildə Bərdədə və 837-ci
ildə Arranda on minlərlə ərəb cəza dəstələrini
məhv edib. Avşinin əsirinə çevrilən Babək
öz arzusu ilə sonuncu dəfə Bəzz qalası ilə
vidalaşaraq Avşin tərəfindən xəlifənin
hüzuruna Samirə şəhərinə gətirilir. Bir
çox ərəb tarixçiləri göstərirlər
ki, xəlifə Mötəsim Babəki öz ailəsi ilə
birlikdə hörmətlə qarşılayır. Onun sərbəst
yaşaması üçün ayrıca bir saray
ayırır. Ancaq bu nəvazişə və qayğılara
təslim olmayan Babək inadından dönmür. Qəzəblənmiş
xəlifə 838-ci il martın 14-də Babəkin edam
olunmasına hökm verir. Edamın dəhşətləri Babəki
sarsıtmır. O, bu işgəncələrə dözərək
öz qanı ilə solmuş çöhrəsini al rəngə
boyayır. Bunun bu qəhrəmanlığı nəinki
tamaşaçıları, eyni zamanda, xəlifənin
qonağı olan əcnəbi elçiləri və səyyahları
da heyrətləndirir. Çünki Babək mübarizəni
ölmü ilə də sübut edərək güclü əxlaqa,
dinə, imana vətən sevgisinə bağlı olduğunu
göstərdi.
Müdriklər deyir
ki, qədim tarixi köklərə malik olan xalqın qəhrəmanı
yenilməz olur və əbədiyyətə qovuşur. Bu əbədiyyət
məşəli heç vaxt sönmür. Tarixin bəxş
etdiyi nemətlərin insanlar arasında ədalətlə
bölünməsini və insanların sosial bərabərliyi
uğrunda yenilməz bu qəhrəmanın ideyası bu gün
də yaşayır. Zaman-zaman xalqın qəlbində heykəlini
yaşadan Babəkin qoyulacaq heykəli də bizim azadlıq
ideyamızın sinvolik rəmzinə çevriləcək.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2012.- 14 mart.- S.7.