"Bizim Cəbiş müəllim"in həyat
yoldaşı 67 yaşında...
"Həyatda improvizasiya böyük
fikirdir. İstər sənətdə, istərsə də ad
günü keçirməkdə"
O, yaradıcılığı daxili ehtirası,
çılğın romantik pafosu, həssas lirizmi, səhnə
hərarəti ilə seçilən sənətkarlardandır.
Teatr və kino tariximizdə çılğın, təkrarsız
obrazlar ifa edən, səhnəmizin "Sofi Loreni", uzun
müddətdir müsahibələrdən boyun
qaçırır.
Söhbət Azərbaycanın
Xalq artisti Şəfiqə Məmmədovadan gedir. Bu gün səhnəmizin
gözəl xanımının doğum günüdür.
Şəfiqə Məmmədova Azərbaycan səhnəsində
20 ildir mətbuata qapalı olan yeganə sənətkardır.
Xalq artisti bir müddət öncə saytlardan birinə elə
ad günü ərəfəsində verdiyi qısa
açıqlamada qeyd etdiyi bir ad gününün o birisinə
oxşamadığını bildirib. Əlavə edib ki, o
heç vaxt doğum günü üçün nəyisə
planlaşdırmayıb: "Doğum günümü improvizə
şəkildə qeyd edirəm. Planlaşdırmıram. Amma
çox qəşəng olur. Ümumiyyətlə, həyatda
improvizasiya böyük fikirdir. İstər sənətdə,
istər ad günü keçirməkdə".
Son dövrlərdə
heç bir filmə çəkilməyən sənətkar
özünə uyğun obraz olmadığını deyir. Bunun
səbəbini ssenaristlərdə görür. "Uyğun
deyil mənə. Heç bir ssenarini özümə aid
görmürəm. Yaratdığım elə bir iş yoxdur.
Bilirsiz mən elə öz dövrümdə də istəyirdim
çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə olub".
Şəfiqə Məmmədova
Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini
bitirib. Milli Dram Teatrının səhnəsində
"Hamlet", "Nakam qız", "Canlı meyit",
"Ana torpağı", "Xəyyam"::, "Dəli
yığıncağı", "Məkr və məhəbbət",
"Qızıl" faciəsində, "Bağlardan gələn
səs", "Mənim günahım", "Məhv
olmuş gündəliklər", Bəxtiyar Vahabzadənin
"Yağışdan sonra", "Meşşanlar",
"Aydın" kimi tamaşalarda maraqlı obrazlar ifa edib.
Kino aktrisa kimi də özünü sınamaq qərarına
gələn Şəfiqə Məmmədova tamaşaçı
yaddaşında elə filmlərdəki rolları ilə dərin
iz buraxıb. "Ad günü"ndə Fəridə,
"Bizim Cəbiş müəllm"də Cəbişin
arvadı, "Qaaraca qız"da Pəricahan,
"İstintaq"dakı Gulya rolları xarakter etibarı ilə
bir-birinə bənzəsə də, "Dədə
Qorqud"dakı Burla xatun onlardan fərqlənir.
Hər rolunda qadın
qürurunu, ana qayğısını məharətlə
göstərə bilən Şəfiqə Məmmədovanın
"Qaraca qız"da oynadığı Pəricahan xanım
obrazı real ifa tərzi ilə özünə nifrət
qazandırır. "Bizim Cəbiş müəllim"
filmində məhz bu xanımın yaratdığı qayğıkeş
ana, arvad obrazı filmi daha maraqlı və yadda qalan edib.
Şəfiqə Məmmədova
Xalq yazıçısı Anarın "Şəhərin
yay gunləri" pyesinin tamaşasındakı Dilarə roluna
görə respublika Dövlət mükafatına və Rasim
Ocaqovun çəkdiyi "İstintaq" filmindəki
müstəntiqin arvadı obrazına görə SSRİ
Dövlət mükafatına layiq görülüb.
1 iyun 1974-cü ildə
respublikanın Əməkdar artisti, 1 dekabr 1982-ci ildə Xalq
artisti fəxri adları ilə təltiflənib.
Yaradıcılığının parlaq dövründə,
1980-ci ildə aktrisa ailə qayğıları ilə
bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində (keçmiş
Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
1995 - 2000-ci illərdə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Qeyd edək ki, aktrisamız
30 mart 1945-ci ildə qədim Azərbaycan şəhəri,
hazırda Dağıstan
Muxtar Respublikasının
nəzdindəki Dərbənd
şəhərində doğulub.
O, aktyor Məmməd Məmmədovun bacısı,
aktyor Ülvi Mehdinin anasıdır və teatr rejissoru
Mehdi Məmmədovun həyat yoldaşı olub.
Nigar İxtiyarqızı
Həftə
içi.- 2012.- 31 mart-2 aprel.- S. 15.