"Elə bir tablo
yaratmaq istəyirəm
ki..."
Təbiətin
elə incəlikləri,
sirləri var ki, onu hər
adam duyub
dərk edə bilmir. O incəlikləri, cizgiləri görmək üçün gərək
rəssam olasan. Rəssamlıq qabiliyyəti isə
hər kəsə nəsib olmayan bir Tanrı vergisidir. Fırçaların dili ilə rəngli boyalarla təbii gözəllikləri
insanlara olduğu kimi çatdırmaq hər rəssama nəsib olmur.
Haqqında söz
açacağımız rəssam
Nizami Süleymanov öz dəst-xətti ilə seçilən sənətçilərimizdəndir. Onun rəsmləri, əl işləri oba-oba, el-el gəzir, incəsənət
müzeylərinin bəzəyinə
çevrilib. Beləliklə, "Seçilənlər" rubrikasının
budəfəki qonağı
tanınmış rəssam
Nizami Süleymanovdur.
Müsahibimiz bu sənətə gəlişini xatırlayaraq
deyir ki, rəssamlığa marağı
hələ uşaqlıq
dövründən başlayıb.
Uşaq ikən yağışdan sonra qövsvari rənglərin
görünüşündən heyrətlənən Nizami
anasından bu rəngin nə olduğunu soruşarmış:
"Anam dedi ki, bu rəng
Fatma Nənənin xanasıdır, xanasının
ilmələridir, ona göyqurşağı da
deyirlər. Mən kövrəldim, urəyimdən
keçdi ki, kaş o şəkili öz əllərimlə çəkəydim. Təbiətin bu sirri məni
öz ağuşuna aldı. Çətinliklərlə
öz düşüncə
və fikrimi rəngli qələmlərlə
ağ kağıza
köçürdüm. Harada
oldumsa, mütləq o
rənglərin ecazkar
sirri məni rahat qoymadı. Soruşmadan gələn və məndən xəbərsiz gedən mənim göy qurşağım sanki mənə dedi məni ana təbiətin
qoynunda axtar. O gündən Yaradanıma,
təbiətimə və
onun tarixi məlum olmayan gözəlliyinə vuruldum"
"Xalqın sevgisi bəsimdir"
Nizami Süleymanov
bu arzuya doğru gedən yollarda nə əlindən tutanın, nə də yol göstərəni olmadığını deyir.
Ancaq bu sirli naxışlara
vurğunluğu onu həvəsdən salmayıb.
Elə indi də Odlar Yurdu-Azərbaycanı
bu sirli naxışların möcüzəsindən
ayrı təsəvvür
edə bilmir: "Məndən soruşurlar,
sən təbiətin
cizgiləri ilə danışa bilirsənmi?
Deyirəm, "bəli". Başı qarlı dağların, bulaqların,
ucsuz-bucaqsız ormanların,
laləzarlı çöllərin,
Xan Arazımın və həmişə bizimlə olan ziyarətin ağ
örpəyə bürünmüş
zirvəsi mənimlə
söhbət edir. Mən isə onları öz düşüncəmin,
qəlbimin hökmü
ilə kağızlara
köçürürəm. Bu istək heç
vaxt məni yormayacaq".
Müsahibimiz deyir ki, ən
çox təbiətlə,
mühitlə, vətənpərvərliklə
bağlı əsərləri
sərgilərə bu
gün də çıxır. Onun sözlərinə
görə, sovet postməkanında rəssamlıq
diplomu olmayana istedadından asılı
olmayaraq, Rəssamlar İttifaqının üzvlüyünə
qəbul etmirdilər.
Amma hələ tələbəlik
illərindən onun əsərləri MDB məkanında
keçirilən sərgilərdə
nümayiş olunub.
Buna baxmayaraq, indi də Azərbaycan Rəssamlar Birliyinə üzv olmayıb: "Məndən bunun səbəbini tez-tez soruşurlar. Amma birliyə üzv
olub-olmamağın sənətimə
heç bir maneçiliyi olmayıb.
İndiki dövrdə bunun
heç bir mənası da yoxdur. İstedadımla,
ortalığa qoyduğum
sənət əsərimlə
xalqım mənə qiymət versin. Təki xalqım məni tanısın. Onsuz da xalq öz sənətkarlarını
çox gözəl tanıyır. Azdan-çoxdan xalqımın sevgisi bəsimdir. Mən əsərlər çəkmirəm ki, titul alım, əsərlər çəkirəm
ki, xalqıma, vətənimə öz əsərlərimlə xidmət
edə bilim".
Nizami Süleymanov
hələ SSRİ-nin
qılıncının arxası-qabağının
kəsdiyi dövrlərdə
keçirilən bütün
sərgilərdə iştirak
edib. Uzun müddət Cəbrayıl
rayonun orqanı olan "Xüdafərin"
qəzetində və
respublikada çoxtirajlı
Azərbaycan və rus dilində çap olunan "Təşviqat" jurnalında
rəssam kimi fəaliyyət göstərib.
Dediyinə görə, o dövrdə
əsərlərim mərkəzi
mətbuatdan düşməzdi.
Çünki Hüseyn Əliyev,
Müslüm Abbasov,
Altay Hacıyev və Kamil Əliyev kimi korifey sənətçilərdən
dərs alıb, rəssamlıq sənətinin
sirlərini onlardan öyrənib.
Həmsöhbətimiz
indiyədək əsərlərinin
sayının 100-dən çox
olduğunu və bunlardan 50-yə qədərinin
Cəbrayıl Rayon Tarixi
Diyarşünaslıq Müzeyində
qaldığını deyir:
"Təvazökarlıq olmasın,
mənim əsərimdə
bir dünya yaşayır. Bu, dünyanı rənglərə
hopmuş zəhmət
və tərənnüm
hissləri daha da gözəlləşdirir.
Elə məni də bu gün yaşadan
o dünyadır, o gözəllikdir.
"Rəssam dünyası" və
"Ana Yurdum Azərbaycan"
adlı iki kitabım müxtəlif illərdə işıqüzü
görüb. İndinin özündə
də istedadlı gənc rəssamlarımız
çoxdur".
Gizlədilmək üçün
çəkilən rəsm
Nizami Süleymanov
SSRİ dönəmindən fərqli olaraq, indi əl işlərinin
o qədər də qiymətləndirilmədiyini deyir.
Səbəbini isə
onunla izah edir ki, rəngli
fotoşəkillərin və
slaytların işıqüzü
görməsi boyakarlıq
rəqabətdə üstünlük
təşkil edir:
"Doğrudur, rəssamlarımız
mənzərə janrına
toxunsalar da, qazanc əldə etmək üçün portret janrınına üstünlük verirlər.
Ancaq yeni texnologiyanın meydana gəlməsi rəssamlıq sənətinə
bir o qədər də təsir etmir. Çünki bu sahəyə
maraq son vaxtlar artmaqdadır. Bu gün elə gənclər, elə insanlar var ki,
rəssamın əl işlərini daha yüksək tuturlar.
Çünki əl işləri
bizim tariximizdir, ulu keçmişimizin yadigarı, inciləridir, milli dəyərlərimizdən
biridir".
Müsahibimiz hər rəssamın özünəməxsus gizli
əsərlərinin olduğunu
da söyləyir.
Amma çox vaxt onları nə sərgiyə, nə də ən yaxınlarına belə göstərə bilmir.
Ona görə ki, onun daxilində,
iç dünyasında
təxəyyülündən yaranan həmin mövzuları özü
üçün çəkir.
Həm də əsərləri ilə tək qalmaqla bəzi insanlarla ünsiyyətdə olmaqdan
özünü daha yaxşı hiss edir. Ətraf aləmin cizgilərini böyük sevgi ilə tabloya köçürülən
şəkilləri gizli
saxlayır və onun tamaşaçılar
tərəfindən seyrinə
qısqanclıqla yanaşdığı
üçün hər
dəfə tənhalığa
qapılarkən onu özü seyr edir və düşünür:
görəsən, təbiətin
sirli cizgilərini nə dərəcə də fırçayla ağ kətana
hopdurmuşam, nəsə
düşüncəmdən və gözümdən yayınıbmı?!
Qarabağ niskilini ağ kətana
köçürmək olmur
Söhbətin
bu yerində Şekspirdən bir sitat gətirir: "Gözəllik danışanda
bütün natiqlər
susur". Ardınca əlavə edir ki, bütün gözəlliyin başında
insan gözəlliyidirsə,
onun da zirvəsində
qadın gözəlliyi
durur: "Antik dövrdən bu günə qədər nə ellinizmi, nə də dahi sənətkarlar təbiətin bəxş
etdiyi müqəddəs,
ülvi qadın surətini öz sənətində tam təsvir
edə bilməyiblər".
Nizami Süleymanov
neçə müddətdir
qəlbində Qarabağ
niskilini yaşadır.
Deyir ki, düşüncələrində,
təfəkküründə bu nisgili qəlbinin
hökmü ilə yaradıb. Ancaq onları ağ
kətana köçürməkdə
çətinlik çəkir:
"Xəyalı obraz
nə vaxtsa fırçamla dünyaya
gələcək və
öz dünyamın şah əsərinə çevriləcək. Tariximizin daş
yaddaşına çevrilən
Qız qalası, Xüdafərin körpüsü,
Divlər qalası, Əyləncə qalası
təsvir edilən rəsmlərin adını
göstərmək vacib
deyil. Çünki uşaqdan tutmuş
böyüyə kimi bu şəkilə baxırsa, ilk andan onun adını çəkir. Mən elə
bir tablo yaratmaq istəyirəm ki, irqindən, milliyyətindən asılı
olmayaraq, seyr edərkən desinlər ki, bu rəsm
Qarabağ mənzərəsinin
tərənnümüdür".
Qələndər Xaçınçaylı
Həftə içi.- 2012.- 31 mart – 2
aprel.- S.14.