Köçkün mədəniyyət ocaqları
qızğın fəaliyyətdə
Ağdamın mədəniyyət evləri,
klub və kitabxanaları aktiv
iş rejimini bərpa
edə bilib
Ağdam Rayon Mədəniyyət
və Turizm Şöbəsinin kollektivi öz işini
günün tələbləri səviyyəsində qurur. Torpaqlarının
70 faizindən çoxu erməni tapdağında olan və
düşmənlə üz-üzə dayanan Ağdamda mədəniyyət
sahəsində böyük işlər görülüb.
Rayon mədəniyyət və turizm şöbəsinin
müdiri Şahin Qasımov "Həftə içi"nə
bu ilin 4 ayı ərzində görülən işlərdən
danışıb.
"20 Yanvar" faciəsinin ildönümü
ilə bağlı mədəniyyət evi,
klub və kitabxanalarda
foto-sərgilərin keçirildiyini deyən
şöbə müdiri Ağdamın rəmzi
giriş qapısı sayılan "Soltanbud" təpəsinin ətəyində
Milli Qəhrəmanlar və Qarabağ Şəhidləri Xatirə
Kompleksində faciənin 22-ci ildönümünün yüksək
səviyyədə qeyd edildiyini
söyləyib. Bundan başqa,
Quzanlı qəsəbə Mədəniyyət Evində Ağdam Dövlət Dram
Teatrı faciə ilə bağlı bədii kompozisiya
göstərilib. Fevralın 1-də isə "Gənclər günü" münasibətilə
Quzanlı Mədəniyyət Evində gənclərlə rayon ziyalılarının görüşü
keçirilib. Həmin tədbirdə
"Şur"xalq
çalğı alətləri anasmblı maraqlı konsert proqramı ilə şıxış edib.
Müsahibimiz deyir
ki, bu yaxınlarda Gənclər
və İdman Nazirliyi
və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi VII vətənpərvərlik mahnı
festivalına "Şür"
ancamblın üzvləri də qatılıb. Festivalda
ancamblın üzvü Şamxal
Muradov müvəfəqiyyətlə
çıxış edərək ilk onluğa düşüb
və fəxti fərmana layiq görülüb: "Xocalı
soyqırımının ildönümündə bütün mədəniyyət müəssisələrində
soyqırımı əks etdirən foto-sərgilər təşkil
edildi. Fevralın 25-də isə
Quzanlı mədəniyyət evində Ağdam
Dövlət Dram Teatrının
hazırladığı "O kənd bizim
kənddir" adlı ədəbi-bədii kompozisiya
nümayiş etdirildi.
Bundan başqa, soyqırımla bağlı kənd
müəssisələrində də təşkil edilən kompozisiyalarda Novruzlu və
Əfətli mədəniyyət evlərinin
hazırladıqları ədəbi-bədii kompozisiyalar
daha maraqla
qarşılanıb. 8 Mart Beynəlxalq
Qadınlar Bayramı münasibətilə böyük
bayram şənliyi təşkil edildi və həmin mərasimdə "Şur" ancamblı maraqlı konsert proqramı ilə çıxış etdi".
Şahin Qasımov Ağdamın "Qarabağ"
futbol komandasının heyəti ilə rayon ziyalılarının birgə görüşünün keçirildiyini
də vurğuladı. Onun sözlərinə
görə, həmin görüşdə komandanın heyətinə
"Şur" ansamblının solistlərinin
ifasında yazılmış video-disk təqdim
edilib: "Novruz
Bayramı ilə əlaqədar olaraq
Quzanlı Olimpiya İdman
Kompleksinin stadionunda təşkil
edilən bayram şənliyində minlərlə
tamaşaçı iştrak edirdi. Həmin keçirilən bayram şənliyində xalqımızın milli və adət-ənənələrini əks
etdirən müxtəlif oyunlar, daha çox marağa səbəb olmuşdur.
Onu da xatırlayım
ki, Novruzla
bağlı kənd mədəniyyət evləri, klublar və musiqi məktəbləri
də çoxsaylı bayram şənlikləri
keçiriblər. Rayon və Mədəniyyət
Turizm Şöbəsi "Novruz-2012"
paytaxtın dənizkənarı bulvar
parkında keçirilən bayram şənliyində
də yaxından iştirak edib. Bayram günlərində
"N" saylı hərbi hissələrə gedərək əsgərlərimiz
qarşısında maraqlı konsertlər təşkil edirik. Onlara bayram sövqatları da
aparırıq".
Şahin Qasımov "Şur" ansamblının müntəzəm
məşqlərindən və uğurlu
fəaliyyətindən də söz
açıb. Onun sözlərinə
görə, artıq ansambl "Mahur hindi" muğam dəstgahının xor
şəklində hazırlayıb. Rayon icra hakimiyyəti başçısının
təşəbbüsü və dəstəyi ilə rayon üzrə orta
ümumtəhsil məktəbləri və uşaq
musiqi məktəblərinin xor kollektivlərinin arasında ümumi
rayon müsabiqəsi keçirilib:
"Müsabiqənin qalibləri
Qaradağlı, Qiyaslı və Xındırıstan uşaq musiqi məktəblərinin
kollektivi rayon rəhbərliyi
tərəfindən pul mükafatı ilə
mükafatlandırıldı. Bu ilin aprelində uşaq musiqi məktəbləri arasında
keçirilən respublika Xor
müsabiqəsində Ağdam uşaq musiqi məktəblərinin xor
kollektivlərinin çıxışı çox
yüksək qiymətləndirilib. "Şur"
ansamblı bölgələrə gedir. Aprelin 2-də İsmayıllı rayon zəhmətkeşləri qarşısındakı
çıxışları maraqla
qarşılanıb. Artıq ansamblın üzvləri ənənəvi
olaraq 7 muğamı dəstgah şəklində
hazırlığına başlayıb".
Şahin Qasımov kitabxana
xidməti işini gücləndirmək üçün metodiki
köməklikləri də xüsusi qeyd edib. Onun
sözlərinə görə, mədəniyyət müəssisələrinin
maddi-texniki bazasını möhkəmləndirmək
üçün bir
sıra tədbirlər həyata keçirilib:
"Mədəniyyət və turizm
şöbəsinin mühasubatlığı, Quzanlı mədəniyyət
evində yerləşən kitabxana birbaşa internetə qoşulub.
Hazırda Mədəniyyət və Turizm
Şöbəsinin veb saytının
yaradılması istiqamətində müvafiq
işlər aparılır".
Qələndər
Xaçınçaylı
Həftə
içi.- 2012.- 11 may.- S. 7.