"Yuxumu sulara söylə..."
Çağdaş ədəbiyyatımızda
qadın şairləri arasında Gülayə öz dəsti-xətti
ilə seçilir. Onun özünəməxsus
yaradıcılığı, poeziya nümunələri var.
Şeirləri təkcə Azərbaycanda deyil, qardaş
Türkiyədə də sevilə-sevilə oxunur.
Gülayənin bu yaxınlarda işıq izü
görən "Yuxumu sulara söylə" kitabı
tanınmış şairin həyat və zaman, ilahi məhəbbət
haqqında yazdığı şeirlər əsas yer alıb.
Kitab haqqında xalq şairi Fikrət Qoca, millət vəkili,
Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov,
görkəmli türk yazıçısı Bülənt
Bakilər öz fikirlərini söyləyiblər. Kitabın
ön sözündə Azərbaycan- Türkiyə dostluq
münasibətinin genişlənməsində Gülayə
kimi şairlərin böyük xidmətlərinə ümid
bəslənildiyi vurğulanır: "Gülayə yazıb
yaratdığı şeirləri ilə Türkiyədə
keçirilən şeir yarışmasında birincilik
qazanmaqla bərabər, həm də "Cümhuriyyət"
qızıl medalına layiq görülmüşdür. Onun
yaradıcılığında əsasını klassik
şeirimizin və qədim türk folklorunun zəngin ənənələri
təşkil edir".
Sərvaz Hüseynoğlunun redaktorluğu ilə
çap olunan bu kitabı oxuduqca müəllifin çox bir
yazar olduğu sezilir. Şairə xanım incə hissləri
ilə sözə elə yanaşır ki, sözün ruhu da
incimir, hər bir kəlməsi könülləri
oxşayır. Onun şeirləri əsrarəngiz gül və
çiçəklər kimi təbiidir. Bu təbiilik və
gözəllik bir şair kimi Gülayənin ülvi sevgisindən
irəli gəlir.
Onu da qeyd edək ki, Gülayə
yaradıcılığının müsbət cəhətlərindən
biri də onun zaman şairi olmamasıdır. Onun hər bir
şeirində bir hormaniya, lirika, estetik bir gözəllik var.
Şeirlərindən də göründüyü kimi, o, həmişə
axtarışdadır. Yeni fikir, yeni obraz axtarmağa
çalışır. İllər ötsə də,
Gülayənin şeirləri bahar çiçəkləri
kimi ətirli və təravətli qalacaq.
Gülayənin poeziyası gənclərin ruhuna daha
çox yaxındır. Görünür, elə bu səbəbdəndir
ki, onun şeirlərinin əsas oxucuları da məhz gənclərdir.
Qələndər
Xaçınçaylı
Həftə içi.- 2012.- 11 may.-S.7.