Ukrayna təmsilçisinin Bakı heyranlığı

 

Yaxınlarda başlayacaq "Eurovision-2012" mahnı müsabiqəsində Ukraynanı Qaytana Essami təmsil edəcək. Qaytana Essami (Gaitana Essami) 1979-cu ildə Kiyevdə doğulub. Atası Konqolu olan Qaytana 5 yaşına kimi Konqoda yaşayıb. Anası Ukraynalıdır.

 Müğənni kimi karyerasına isə 1991-ci ildən start verib. 32 yaşlı müğənni ifaçılığa əsasən R&B janrında musiqilərlə başlayıb. 2003-cü ildə ilk musiqi albomu çıxıb. Milli finalda 21 ifaçı arasından Ukraynanın "Eurovision-2012" təmsilçisi seçilib. May ayında Bakıda keçiriləcək müsabiqədə "Be my guest" mahnısını ifa edəcək.

 Bir müddət öncə qaradərili Qaytana Bakıda qonaq da olub. Hərarətli bir şouya hazırlaşan Ukrayna təmsilçisi komandası ilə birlikdə Bakıda qalacağı yeri artıq müəyyənləşdirib. Qaytana Xəzər dənizi sahilindəki otellərin birində qalmağa qərar verib: "Bu otel yerləşdiyi məkan gözəlliyi ilə ürəyimi fəth etdi. Biz "Eurovision-2012" çərçivəsində gerçəkləşdiriləcək bütün tədbirlərdə fəal iştirak etmək istəyirik. Bu otelin üstün cəhətlərindən biri şounun keçiriləcəyi "Bakı Kristal Zalı"na yaxın olmasıdır. Mənim üçün vacib cəhətlərdən biri onun Xəzər dənizinin sahilində yerləşməsidir. Hər səhər yuxudan ayılıb dənizi seyr etmək fürsətinə sahib olmaq gözəl hissdir. Gərgin qrafikinə baxmayaraq, Bakının gözəlliyi, təbiəti memarlığından zövq ala biləcəyəm".

 Qaytananın artıq müsabiqədəki "Be My Guest" mahnısının rəsmi videosunun çəkilişləri yekunlaşıb. Klip peşəkar rejissorlar Semyon Qorov Kadim Tarasovun rəhbərliyi ilə çəkilib. Klipdə Qaytana üçün xüsusi eksklüziv səhnə obrazları düşünülüb. Klipdə xalqlar mədəniyyətlərin müxtəlifliyi, fərqli obrazlar parlaq boyalar işıqlı kadrlara geniş yer verilib. Pozitiv şən məqamlarla dolu klip üç gün müddətində Kiyevdə çəkilib. Səhnə libasına gəlincə, Qaytana əsas bəzək elementinin başına taxacağı çələng olacağını söyləyib.

 Emosional həyəcanlı şəkildə "Eurovision-2012" şousundakı çıxışına hazırlaşan Qaytana pərəstişkarlarına bəzi səhnə sirlərini açıqlayıb.

 Ukraynanı müsabiqədə təmsil edəcək müğənni artıq səhnədəki yaradıcı heyətin 80 faizinin məlum olduğunu bildirib. O, şou iştirakçıları rəqibləri arasında ən çox Rusiyanın "Buranovskiye babuşki" ansamblının çıxışını izləmək arzusundadır. Çünki Qaytana nənəsini onlara bənzədir. Konqo əsilli Ukrayna təmsilçisi nənəsinin akkardeon çaldığını gözəl səsi olduğunu deyib.

  Xatırladaq ki, bu yaxınlarda Qaytananın səsinin batması xəbəri yayılmışdı. Qaradərili ukraynalı müğənni bütün konsertləri təxirə salıb müsahibələr vermir. Maraqlıdır ki, Qaytananın bu halla qarşılaşması ilk dəfə deyil. Müğənni milli finalda qalib olandan sonra da səs telləri ilə bağlı problemlər yaşayıb. Müsabiqə öncəsi Qaytana məşqlərə gedir. Ancaq nəticə barədə hələlik heç deyilmir.

 Qeyd edək ki, eyni problemlə Ukraynanı 2010-cu ildə sözügedən yarışmada təmsil edən Alyoşa da qarşılaşmışdı.

 

 

Nigar İxtiyarqızı

 

Həftə içi.- 2012.- 5-7 may.- S.15.