Hər gün abadlaşan İmişli
Rayonda aparılan abadlıq və
yenidənqurma işləri şəhərin görkəmini əməlli-başlı
dəyişdirib
"Regionların
2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət
Proqramı" digər rayonlarda olduğu kimi,
İmişlidə də uğurla həyata
keçirilir. Qısa bir
vaxtda aparılan abadlıq və quruculuq işləri İmişli
şəhərinin görkəmini xeyli dəyişib.
Ötən həftənin istirahət
günləri İmişlidə olarkən öyrəndik ki,
buradakı əsas yenidənqurma işləri Vilyam
Hacıyevin rayon icra hakimiyyətinin başçısı təyin
edilməsindən sonraya təsadüf edir. Qısa vaxt ərzində
rayon mərkəzində Heydər Əliyev prospekti, 20 yanvar,
M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu
küçələrində yenidənqurma işləri
aparılıb, küçə və prospektlərin hər
iki tərəfində 3 metr hündürlüyündə
divarlar çəkilib, piyada səkilərinə piltələr
döşənilib. Həmçinin genişmiqyaslı təmir-tikinti
tədbirləri çərçivəsində fərdi evlərin
darvazaları dəyişdirilərək yenisi ilə əvəz
edilib. Bütün ictimai, yaşayış və inzibati
binaların, ticarət obyektlərinin dam örtükləri dəyişdirilib,
divarların üzünə müasir üzlük daşlarla
qoyulub. Bundan başqa, rayon mərkəzində və şəhərin
ətrafında köhnə qaz xətləri polietlen borularla əvəzlənib,
yollarda işıqlanma sistemi quraşdırılıb. Şəhərin
şərq istiqamətində İmişli Şəkər
Zavodu və qərb istiqamətində Rəsullu kənd
yaxınlığında giriş qapısı inşa olunub.
İmişlinin
də Bayraq Meydanı var
Rayonda olarkən öyrəndik ki, dəmiryolu
vağzalında "Meydan" deyilən ərazidə sahəsi
8300 kvadratmetr, hündürlüyü 100 metr olan bayraq
meydanı tikilib. Həmçinin Dəmir Yolu
Vağzalının inzibati binası və vağzal
meydanında hörülmüş daş hasarlar ağlay
üzlük daşlarla üzlənilib, ərazidə
işıqlanma sistemi quraşdırılıb. Şəhər
ərazisindəki Səməd Vurğun və Nizami adına
parklarda da abadlıq təmir və bərpa işləri
aparılıb. Həmçinin hər iki parkın ərazisində
köhnə işıq dirəkləri və yararsız
tikililər sökülərək yerində müasir tələblərə
cavab verən yeni obyektlər tikilib. Nizami adına parkda yerləşən
İmişli şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndəliyin və şəhər bələdiyyəsinin
inzibati binasının, eləcə də digər binaların
ağlay üzlük daşlarla üzlənməsi işləri
aparılır.
İmişli Rayon İcra Hakimiyyəti
informasiya təminatı və təhlili sektor müdiri Elnur
Tağıyev rayonda görülən işlər barədə
məlumat verərək bildirdi ki, Heydər Əliyev Mərkəzi,
Şahmat Məktəbi, 50 min tonluq taxıl anbarı,
"Araz" Damazlıq Quşçuluq Fabriki, Bayraq
Meydanı tikilib. Onun sözlərinə görə, mərkəzi
rayon xəstəxanasının binasında da beynəlxalq tələblərə
cavab verilən səviyyədə əsaslı təmir
işləri aparılıb, bu tibb müəssisəsi
müasir avadanlıqlarla təchiz olunub: "Heydər Əliyev
parkında da yenidənqurma işləri aparılıb.
Adıçəkilən parkın ərazisindəki ictimai və
inzibati binalara ağlay üzlük daşla üzlüklər
çəkilib, binaların dam örtükləri dəyişdirilib,
müasir işıqlandırma sistemi, fəvvarələr
quraşdırılıb, yaşıllıqlar salınıb.
Rayon ərazisindəki magistral avtomobil yollarının ətrafında
33,8 min ədəd müxtəlif növ ağaclar əkilib,
şəhərin 14 küçəsində 41900 kvadratmetr həcmində
təmir işləri görülüb, eyni zamanda, "Soyqırımı"
və "20 Yanvar" abidə kompleksində abadlıq
işləri başa çatdırılıb. İmişli
şəhərinə Saatlı və Beyləqan rayonları
istiqamətində 2 giriş qapısı qoyulub. Rayon tarix
diyarşünaslıq müzeyində, eləcə də mərkəzi
kitabxana binasında da təmir işləri başa
çatdırılıb. Hər iki bina ağlayla üzlənilib,
sahəsi 200 kvadrat metr 2 zaldan ibarət olan muzeydə 4 min ədəd
eksponatın yerləşdirilməsi nəzərdə tutulub.
O cümlədən şəhər 4 saylı uşaq
bağçasının binasında da əsaslı təmir
işləri aparılıb. Sabir parkında isə abadlıq
işləri davam edir.
Sosial
infrastruktur yenidən qurulur
Elnur Tağıyev İmişli Şəkər
Zavodunun nəzdində Kəllə-qənd zavodunun tikintisinin də
başa çatdığını dedi. Onun sözlərinə
görə, Xələfli kənd ərazisində isə yeni
asfalt zavodu, Bəcirəvan kəndində baytar sahə məntəqəsi
tikilib. Qarabağ Müharibəsi Əlilləri
üçün 6 mərtəbəli 54 mənzilli ictimai
yaşayış binasının tikintisi üçün yer
ayrılıb.
Şəhərin içməli su
problemi həll edildiyini də deyən Elnur Tağıyev
bildirir ki, artıq rayon mərkəzin yeni su xətləri
çəkilib. Onun sözlərinə görə, indiyədək
şəhərin kanalizasiya xətti olmayıb. Amma indi
kanalizasiya xəttinin çəkilişinə
başlanılıb: "2013-cü ilin sonuna qədər bu
işlər başa çatdırılacaq. Şəhər
tamamilə qazlaşdırılıb, 8 kəndə qaz çəkilişi
davam edir. Artıq Yalavaq kəndinə mavi yanacaq verilib, Cəfərli
kəndində də qazın çəkilişi başa
çatmaq üzrədir. Bundan başqa, 13 kəndə modul
tipli sutəmizləyici qurğu quraşdırılaraq əhali
içməli su ilə təmin olunub".
İcra hakimiyyətinin nümayəndəsi
deyir ki, hazırda Aşıqlılar kəndində
qazılması nəzərdə tutulmuş 5 ədəd
artezian quyularının 1-də kəşfiyyat quyusu
qazılaraq istismara tam hazırdır. Digər 4 quyuda isə
qazma işləri davam edir. Onun sözlərinə görə,
artıq 29,5 kilometr uzunluğunda olan Beyləqan-İmişli magistral
su xəttinin, həmçinin 1 ədəd 1500 kubmetrlik və
2 ədəd 2500 kubmetrlik su anbarının tikintisi başa
çatdırılıb: "Kəndlərin su təchizatını
yaxşılaşdırmaq məqsədilə 13
yaşayış məntəqəsində modul tipli sutəmizləyici
qurğular quraşdırılaraq əhalinin istifadəsinə
verilsə də, digər kəndlərdə də buna ehtiyac
var. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə müraciətlər olunub".
Qış
hazırlıqları davam edir
Rayonun qışa hazırlıq tədbirlərindən
danışan Elnur Tağıyev bildirir ki, bu il əksər kəndlərdə
elektrik xətt təsərrüfatında yenidənqurma
işləri aparılıb. Onun sözlərinə görə,
istismar müddəti başa çatmış dayaqlar yeniləri
ilə əvəz olunub. Həmçinin Qaravəli və
Mirişli kəndlərinə asfalt yol çəkilib və
hazırda bir neçə kənddə də yolların
çəkilişinə başlanılıb: "Bütün
kəndlərin yolları asfaltlanacaq. Kür-Araz
çaylarında mühafizə bəndlərini möhkəmləndirmək
məqsədilə 199 kubmetr həcmində beton, 392 kubmetr həcmində
faşınla sahilbərkitmə, 25,3 kilometr uzunluğunda 817,1
min kubmetr həcmində qayakəsmə və təmir işləri
görülüb. Artıq Xoşçobanlı,
Murğuzalı, Mürsəlli və Qaraqaşlı kəndləri
ərazisində 20,1 kilometr məsafədə bəndlərin
hündürlənməsi və möhkəmləndirilməsi
işləri artıq başa çatıb".
Qələndər
Xaçınçaylı
Həftə
içi. – 2012. – 6 noyabr. –S. 7.