"Uğurlarımız Fransada da eşidilir"

 

Strasburq Universitetinin doktoru Vazeh Əsgərovun "Həftə içi"nə müsahibəsi

 

Avropa Birliyində, ümumiyyətlə "köhnə dünya"da aparıcı söz sahibi olan Fransa dünya beynəlxalq səviyyədə yürüdülən siyasətə təsir göstərən əsas dövlətlərdən sayılır. Bu baxımdan onun yürütdüyü siyasətə kiçik dövlətlər tərəfindən böyük maraq göstərilir, hər bir ölkə bu siyasətin öz mənafeyinə doğru dəyişməsini arzulayır. Bu işdə isə sözsüz ki, diaspora lobbi qurumları mühüm rol oynayır.

Fransanı Azərbaycan üçün maraqlı dövlət edən başlıca səbəb onun Minsk Qrupunun həmsədrlərindən biri olması ilə yanaşı, həm orada güclü erməni lobbisinin fəaliyyət göstərməsidir. Fransada fəaliyyət göstərən Azərbaycan Tələbələr Cəmiyyətinin sədri, Strasburq Universitetinin doktoru Vazeh Əsgərov "Həftə içi"nə müsahibəsində bu məsələlərə aydınlıq gətirdi.

- Fransanın yeni prezidenti qondarma erməni soyqırımını yenidən qaldıracağını bildirib. Bu məsələnin əsl səbəbi nədir?

- Fransadakı son prezident seçkilərindən sonra "soyqırım" məsələsi yenə aktual olaraq qalmaqdadır özünü daha çox biruzə verir. Lakin istər Fransada, istərsə digər ölkələrdə bu buna oxşar qanunların qəbulunu bir o qədər real hesab etmirəm. Qeyd etmək istərdim ki, ermənilərə "soyqırım" məsələsinin hər zaman aktual saxlamaq qədər vacib sayılırsa, bu siyasəti dəstəkləyən supergüclərə bir o qədər önəmli sayılmaqdadır. Bir əsr keçməsinə baxmayaraq Osmanlı imperiyasının xofu hələ yaddaşlardan silinməyib. Düşünürəm ki, bu kimi məsələlərin aktual saxlanılması sadəcə ermənilərə xoş gəlmək uçun deyil, eyni zamanda Türkiyəni psixoloji gərginlikdə saxlamağa hesablanır.

- Bu məsələyə qarşı Azərbaycan Türkiyə diasporu hansı adekvat planlar hazırlayıblar?

- Öz təcrübəmdən faydalanaraq qeyd etmək istərdim ki, Fransadakı əksər türklər erməni məsələsinə bir o qədər önəm vermirlər. Əlbəttə ki, uzun illər Türkiyədəki ermənilərlə bir yerdə yaşamış etnik azərbaycanlıları nəzərdə tutmuram. Türklər kürd məsələsinə daha çılgın reaksiya verir, lakin azərbaycanlıların hər bir cağırışı cavabsız qalmır onlar bizimlə birlikdə öndə hərəkət edirlər. Son aylarda Parisdəki Ermənistan səfirliyinin qarşısında təşkil olunan iki aksiyanı buna misal göstərmək olar. Digər hallarda Fransada Azərbaycan Türkiyə əlaqələrinə kifayət qədər önəm verilir. Düşünürəm ki, əgər bu yöndə fəaliyyət davam etdirilsə birgə atdığımız addımlar daha çox səmərə verəcək.

- Fransa-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə qiymətləndirmək olar?

- Tarixə nəzər salsaq, bu əlaqələrin kökünün XIII əsrdə ilk fransız səyyahların Azərbaycana gəlməsi zamanına təsadüf etdiyini görərik. XVI XVII əsrlərdə Səfəvi dövləti ilə qərb dövlətlərinin ticarət diplomatik əlaqələrinin olduğunu şahidi oluruq. Müasir Fransa Azərbaycan əlaqələrinin tarixi İsmayıl bəy Qutqaşınlı, Rəşid bəy Axundov, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağaoglu s. kimi azərbaycanlıların yetişdiyi dövrə təsadüf edir. Bu dövr 1919-cu ildə Paris Sülh Konfransına göndərilmiş ilk diplomatların vasitəçiləri ilə ADR-in "de facto" tanınması ilə nəticələndi. XX əsrin sonuna qədər bütün əlaqələr Fransada yaşamış immiqrantların göstərdiyi fəaliyyətlə bağlıdır. Məhz müstəqillik əldə olunduqdan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıyan öz səfirliyini açan ölkələrdən biri Fransa oldu. Son 10 ildə həmyerlilərimiz kifayət qədər təşkilatlanmağa müyəssər olublar. İldən ilə Fransaya üz tutan tələbələrin sayının artması bu münasibətlərin sürətlənməsinə təkan verir. Düşünürəm ki, Azərbaycanın tanınmasında diplomatik fəaliyyətimiz yetərincədir. Bütün sadalanları nəzərdən keçirəndə hazırki Fransa Azərbaycan əlaqələrinin yüksək tempdə olması qənaətinə gəlmək olur.

- Fransadakı diasporumuzun fəaliyyəti qaneedicidirmi?

- Diaspora sahəsində görüləcək işlər çoxdur. Son 200 yüz ildə diasporamız əsasən 3 ölkə - Azərbaycan, İran və Türkiyə vətəndaşlarından formalaşıb. Statistik göstəricilərdə sayı 70 000 bildirilən soydaşdarımız vahid və bütöv Azərbaycan uğrunda fəaliyyət göstərir. Buna misal olaraq yaranan cəmiyyət, təşkilat və Azərbaycan evlərini göstərə bilərik. Son 10 ilə nəzər salanda əminliklə deyə bilərik ki, fəaliyyətimiz qənaətbəxşdir. Belə ki, illər əvvəl tək-tək fəaliyyət göstərən cəmiyyətlər var idisə, hazırda ildən ilə onların sayı artmaqdadır.

- Orada 450 mindən artıq türk yaşayır. Belə olan halda üçün ermənilər daha çox görürlər onlar hakimiyyətə daha çox təsir edə bilirlər?

- Sizə bir fakt deyim. Bu ilin noyabr ayında mənim Strasburq Universitetində doktorluq müdafiəm baş tutdu. Müdafiədən iki ay öncə rəhbərim ona erməni həmkarları tərəfindən göndərilmiş bir iki məktubda mənim mediaya verdiyim müsahibələr məqalələr haqqında xatırlatma edib. Dissertasiya işimdə vurğunu tarixi məsələlərə, ən çox da erməni məsələsinə yönəltdiyim üçün jüri heyəti mövzunun çapına qadağa qoymaq kimi problem qaldırmışdı. Əlbəttə Fransada ermənilər kimi bizim nüfuz sahibi olan soydaşlarımız çoxluq təşkil etsəydi bu cür halların sayı da azalardı. Bu hadisə bir daha bizm hazırki vəziyyətimizi göstərdi. Əminəm ki, illər keçdikcə Qərbdə ali təhsil almış Azərbaycan Türkiyə türklərinin nüfuzu qalxacaq.

- Əvvəllər bəzi Azərbaycan vətəndaşları Fransaya gedərək özlərini erməni kimi təqdim edir Azərbaycanda incidildiklərini bildirərək sığınacaq alırdılar. Bu məsələ ilə bağlı hansı məlumatlarınız var bu tendensiya indi davam edirmi?

- Sizin toxunduğunuz məsələ sırf immiqrasiya faktıdır. İnsanlar immiqrasiya etdikləri zaman ən yararlı vasitələrə əl atırlar. Belə ki, qərb ölkələrində yerləşmək üçün istifadə olunan miks-ailə kimi məsələ çox aktualdır. Konflikt yeni başlayanda hər iki tərəfdə qarışıq ailələr var idi öz ölkələrində artıq yaşamaq təhlükəsi ilə üzləşən bu ailələr üçücü ölkəyə keçməli olurdular. Fransada statistik göstəricilərə öz apardığım araşdırmalara görə belə situasiyadan istifadə edib yerləşənlər var. Bunlar əsasən ermənilərdən ibarətdir. Bu gün sığınacaq almaq üçün istifadə edilən vasitələrdən olan qarışıq ailə məsələsi hər iki tərəfdə istifadə olunur böyuk əksəriyyəti hər hansı bir həqiqətə söykənmir. Sevindirici haldır ki, ildən ilə Azərbaycanın uğurları Fransada da eşidilməkdədir. Sevinirəm ki, insanlarımızın sosial rifahı son 10 ildə yaxşılığa doğru dəyişib təhsil dalınca gələn soydaşlarımızın sayı artmaqdadır. Son illərdə görülən işlər bunu deməyə əsas verir ki, Fransada Azərbaycan diasporu yetişməkdədir. Bunun üçün birlik nümayiş etdirmək bütün səylərimizi birləşdirmək tələb olunur.

 

 

Əli Zülfüqaroğlu

 

Həftə içi. – 2012. – 27 noyabr. – S. 4.